QƏZƏBİN GETMƏSİ ÜÇÜN EDİLƏN DUA وقال سليمان بن صُرَد كُنتُ جَالساً معَ رسولُ الله ورَجلان يستبان, وأحَدُهما قد احمرَّ وجهُهُ, وانتفَخَتْ أودَاجُهُ, فقالَ رسُولُ الله : (( إِنَّي لأعْلم كلمةً لَو قالَهَا لذَهَبَ عنهُ ما يَجد, لو قَال: أعُوذُباللهمنَالشيطَانالرجيم , ذهبَ عنهُ ما يَجد)) قال الشيخ الألباني : صحيح
Süleyman İb Surad rəvayət edir ki, iki nəfər Peyğəmbərin hüzurunda bir-birlərini söydülər. Bunlardan birinin gözləri (qəzəbindən) qızarmağa və şah damarları şişməyə başladı. Peyğəmbər: «Mən elə bir kəlimə bilirəm ki, əgər o, kimsə bu kəliməni söyləsə qəzəb halı ondan gedər. O, kəlimə: Əuzu Billəhi Minəş Şeytanir Racim –lənətlənmiş şeytandan Allaha sığınıram sözüdür» deyə buyurdu. (Başqa rəvayətdə: Peyğəmbərdən bu kəlimələri eşidənlərdən biri qəzəbli olan kimsəyə: «Peyğəmbərin bir az öncə nə söylədiyini bilirsənmi? Mən elə bir kəlimə bilirəm ki, əgər bu kimsə onu söyləsə qəzəbi gedər» dedi. Qəzəbli olan kimsə: «Sən məni məcnun (dəlimi) sayırsan)» dedi1209.
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَيْسَ الشَّدِيدُ بِالصُّرَعَةِ إِنَّمَا الشَّدِيدُ الَّذِي يَمْلِكُ نَفْسَهُ عِنْدَ الْغَضَبِ. قال الشيخ الألباني : صحيح
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Hamını) yıxmaq güclü olmaq demək deyildir. Güclü o kəsdir ki, qəzəbləndikdə özünü ələ ala bilsin”1210.
عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ –صلى الله عليه وسلم- « مَا تَعُدُّونَ الرَّقُوبَ فِيكُمْ ». قَالَ قُلْنَا الَّذِى لاَ يُولَدُ لَهُ. قَالَ « لَيْسَ ذَاكَ بِالرَّقُوبِ وَلَكِنَّهُ الرَّجُلُ الَّذِى لَمْ يُقَدِّمْ مِنْ وَلَدِهِ شَيْئًا ». قَالَ « فَمَا تَعُدُّونَ الصُّرَعَةَ فِيكُمْ ». قَالَ قُلْنَا الَّذِى لاَ يَصْرَعُهُ الرِّجَالُ.قَالَ « لَيْسَ بِذَلِكَ وَلَكِنَّهُ الَّذِى يَمْلِكُ نَفْسَهُ عِنْدَ الْغَضَبِ ». قال الشيخ الألباني : صحيح
Abdullah İbn Məsud rəvayət edir ki, Peyğəmbər buyurdu: “Aranızda Raqub kimə deyirsiniz?” deyə soruşdu. Biz: “Uşağı olmayan” dedik. Raqub bu deyildir. Lakin Raqub sağlığnda övladlarından heç biri ölməyəndir” deyə buyurdu. Sonra: “Aranızda pəhləvan kimdir?” deyə soruşdu. Heç kəsin qalib gəlmədiyi bir kimsədir” dedik. O: “Pəhləvan qəzəb anında qəzəbinə qalib gələn kimsədir” deyə buyurdu1211.
عَنْ أَبِى مَرْحُومٍ عَنْ سَهْلِ بْنِ مُعَاذٍ عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ –صلى الله عليه وسلم- قَالَ « مَنْ كَظَمَ غَيْظًا – وَهُوَ قَادِرٌ عَلَى أَنْ يُنْفِذَهُ – دَعَاهُ اللَّهُ عَزَّ وَجَلَّ عَلَى رُءُوسِ الْخَلاَئِقِ يَوْمَ الْقِيَامَةِ حَتَّى يُخَيِّرَهُ اللَّهُ مِنَ الْحُورِ مَا شَاءَ ». قال الألباني: حسن.
Səhl İbn Muaz atasından rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər kim gücü çatdığı halda qəzəbini boğarsa Qiyamət günü Allah bütün yaratdıqları qarşısında onu çağıraraq: Hurilərdən istədiyini seç” deyər1212.
عن أبي هريرة رضي الله عنه ، أن رجلا قال للتبي رضي الله عنه : أوصني قال: لا تغضب ) فرد مرارا ، قال: لا تغضب ). قال الشيخ الألباني : صحيح
Əbu Hureyrə rəvayət edir ki, bir nəfər Peyğəmbərə : «Mənə tövsiyə (nəsihət) et!». (Peyğəmbər) buyurdu: «Qəzəblənmə!». (Adam): «Sualını bir neçə dəfə təkrar etdi». (Peyğəmbər) yenə: «Qəzəblənmə!» deyə cavab verdi1213.
عُرْوَةَ بْنِ مُحَمَّدِ بْنِ السَّعْدِىِّ فَكَلَّمَهُ رَجُلٌ فَأَغْضَبَهُ فَقَامَ فَتَوَضَّأَ ثُمَّ رَجَعَ وَقَدْ تَوَضَّأَ فَقَالَ حَدَّثَنِى أَبِى عَنْ جَدِّى عَطِيَّةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ –صلى الله عليه وسلم- « إِنَّ الْغَضَبَ مِنَ الشَّيْطَانِ وَإِنَّ الشَّيْطَانَ خُلِقَ مِنَ النَّارِ وَإِنَّمَا تُطْفَأُ النَّارُ بِالْمَاءِ فَإِذَا غَضِبَ أَحَدُكُمْ فَلْيَتَوَضَّأْ ». قال الألباني: ضعيف.
Urvə İbn Muhəmməd İbn Sadın (yanına) bir nəfər daxil olaraq sözləri ilə onu qəzəbləndirmişdi. (Urvə) qalxaraq dəstəmaz aldı, sonra dəstəmazlı halda yanımıza gələrək dedi: Atam babasından rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qəzəb şeytandandır və şeytan da oddan yaradılmışdır. Atəşi də yalnız su sönür. Biriniz qəzəbləndiyi zaman dəstəmaz alsın”1214.
عَنْ أَبِى ذَرٍّ قَالَ إِنَّ رَسُولَ اللَّهِ –صلى الله عليه وسلم- قَالَ لَنَا « إِذَا غَضِبَ أَحَدُكُمْ وَهُوَ قَائِمٌ فَلْيَجْلِسْ فَإِنْ ذَهَبَ عَنْهُ الْغَضَبُ وَإِلاَّ فَلْيَضْطَجِعْ ». قال الألباني: صحيح.
Əbu Zərr rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən biri qəzəbləndiyi zaman ayaq üstə olsa, otursun. Belə etdikdə qəzəbi ondan gedər. (Qəzəbi) getmədikdə uzansın“1215.