Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Ağbaş kələmin müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə200/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   196   197   198   199   200   201   202   203   ...   386
Ağbaş kələmin müalicəvi xassələri. Qədim Romada kələmi əsas yeməkdən sonra desert kimi süfrəyə verirdilər. Kələmin dəyəri onun qidalılığı ilə məhdudlaşmır. Kələm qədimdən böyük müalicəvi əhəmiyyətə malikdir. Kələmin müalicəvi məqsədələ istifadə olunması haqqında Katon, Dioskorid, Pliniy və Qalen kimi tarixçilərin əsərlərində qeyd olun­muşdur. Kələmdən qədimdə dəri xəstəliklərində, qida həz­minin pozulması zamanı istifadə etmişlər. Rus xalq təbabətində kələmdən qida həzminin pozulmasında, qaraciyərin və dalağın xəstəliklərində, ekzemanın müalicəsində, yanıqlarda, irinlənmiş yaraların və digər xəstəliklərin müalicəsində istifadə edirlər.

Kələmin tərkibində 1,63% sellüloza vardır. Bu, bağır­sağın motor funksiyasını yaxşılaşdırır və xeyirli bağırsaq çöplərinin həyat fəaliyyətinə müsbət təsir göstərir. Bununla belə, sellüloza orqanizmdən xolesterinin kənar edilməsinə səbəb olur ki, bu da aterosklerozun qabağını almaqda mühüm əhə­miyyətə malikdir. Kələmin tərkibindəki vitaminlərin, fer­mentlərin, kalium, fosfor və kükürd duzlarının orqanizm üçün xeyiri vardır. Kələmin müalicəvi və pəhrizi qidalanmada mühüm əhəmiyyəti vardır.

Təzə kələmdən hazırlanan salatlarda C və digər vita­minlər olduğundan çox xeyirlidir. Kələmin daxili yarpaqlarında C vitamininin miqdarı üst yarpaqlar-dakından çoxdur. Kələmi düzgün turşutduqda C vitamini yaxşı qalır. Həm də bütöv və 2-4 yerə bölünmüş kələmdə xırda doğranmış kələmə nisbətən daha çox C vitamini olur. Qış mövsümündə kartof və turşudulmuş kələm əsas vitamin mənbəyi hesab olunur. Bunun üçün turşudulmuş kələmi soyuq və qaranlıq yerdə, eləcə də səthi örtülənə qədər duzluq (məhlul) altında saxlamaq lazımdır. Kələmi turşutduqda C, B2, PP vitaminləri və digər faydalı maddələr duzluğa keçir. Həmin məhlulun pəhrizi və müalicəvi əhəmiyyəti vardır. Xalq təbabətində turşudulmuş kələmin suyunu vitaminli və ümumi möhkəmləndirici içki kimi içmək məsləhət görülür. Bu iştahanın artmasına, qida həzminin yax­şılaşmasına, qaraciyər, davamlı qəbizlik və babasil xəstə­lik­lərinə kömək edir. Kələm suyunu yeməkdən əvvəl və ya yemək zamanı ilıq halda 1-1,5 stəkan içirlər.

Kələmin müalicəvi xassələri onun tərkibində mədə xorasına qarşı təsiredici vasitənin 1949-1950-ci illərdə ekspe­riment yolu ilə müəyyən olunması ilə daha çox əhəmiyyətlidir. Mədə və onikibarmaq bağırsağın peptid xoralarının müali­cə­sində kələm suyunun sağaldıcı təsiri vardır. Kələm şirəsi mədə xorasının sağalması və epitel toxumaların əmələ gəlməsini sürətləndirir. Birinci 5-10 gün müalicə aldıqdan sonra xəstədə ağrılar azalır və özünü yaxşı hiss edir.

Kələm suyundan istifadənin əhəmiyyəti onun tərkibin­dəki U vitamini ilə əlaqədardır. Bu isə bəzi bədxasiyyətli şişlərin artmasının qarşısını alır.

Kələm şirəsini ev şəraitində hazırlamaq çətin deyil. Kə­ləm şirəçəkən maşından keçirilir və belə şirə 1-2 gündən çox sax­lanılmamalıdır. Şirəni sərin yerdə və ya soyuducuda sax­lamaq lazımdır. Sərin şirənin dadı və təravəti daha yaxşıdır. Hər gün 3-4 dəfə yeməkdən 40-50 dəq. əvvəl 1-1,5 stəkan kələm suyu içmək məsləhətdir. Mədənin və onikibarmaq ba­ğırsağın müalicəsi 1 ay, bəzən daha çox davam edir. Xəstə sağal­dıqdan 6 ay sonra təkrar profilaktiki müalicə kursu apa­rılır. Kələm şirəsi mədə şirəsinin turşuluğunun az olması ilə əlaqədar qastritdə, xolesistitdə, yoğun bağırsağın xoralı və spazmalı iltihabında faydalıdır.

Kələmin tərkibində fitonsidlər vardır. Bu maddələrin bakteriyalara qarşı, qızılı stafilakokk, vərəm çöpləri və digər mikroblara öldürücü təsiri eksperiment yolu ilə müəyyən olunmuşdur. Kələmdə fitonsidlərin olması xalq təbabətində onun xaricə müalicəvi təsiri ilə də təsdiq olunmuşdur. Belə ki, kələm əzintisini yumurta ağı ilə qarışdırıb irinli yaraların, yanıqların üzərinə qoyurlar. Xırdalanmış kələm yarpaqlarını süddə bişirib kəpəklə qarışdırmaqla dərinin nəmli ekzemalı yerlərinə və sıraca xəstəliyində (xənazir xəstəliyi) təpitmə kimi qoyulur.

Təzə kələm şirəsini ilıq su ilə qarışdırıb ağız boşluğunu və boğazı qarqara edirlər. Qədim Romada qırmızıbaş kələmin şirəsi ağciyər vərəmində ən yaxşı müalicə vasitəsi hesab edilirdi. Belə şirəni indi də öskürəyə və səs tutulmasına qarşı gündə bir neçə dəfə çay qaşığı ilə içmək məsləhət görülür.

Tənəffüs yollarının iltihabı xəstəliyində kələm həlimini südlə qarışdırıb içmək çox xeyirlidir.

Kələmin digər sortlarının (Gül kələm, Savoy kələmi, Brüssel kələmi və s.) tərkibində vitaminlər və faydalı maddələr olduğundan, onlardan da pəhriz və müalicəvi məqsədlə istifadə olunur.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin