Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Qulançarın müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə251/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   247   248   249   250   251   252   253   254   ...   386
Qulançarın müalicəvi xassələri. Hazırda dünya miqya­sında Qulançar fitoterapiya sahəsində bir çox xəstəliklərin müalicəsində uğurla istifadə olunur. Belə ki, bitkinin kökü, kökümsovu, təzə-tər zoğları, gövdəsi, iynə və ya sapşəkilli yarpaqları və toxumları müxtəlif xəstəliklərin müalicəsində sidik­qovucu, sidik kisəsinin ağrıları, qantəzyiqi, vərəm, ürəkağ­rıları, yel, şəkər, sonsuzluğa qarşı və s. istifadə olunur.

Vərəm xəstəliyinə düçar olan xəstələr yemək rasionunda Qulançar istifadə etsələr daha faydalı olar. Çin təbabətiində bitkinin köklərinin dəmləməsindən sidikqovucu, orqanizmin tonusunun yaxşılaşdırılması, hərarətin salınması, qan döv­ra­nının tənzimlənməsi, yel, şəkər və vərəm xəstəliyinin müali­cəsində istifadə olunur. Qulançarın qurudulmuş köklərin­dən 3 xörək qaşığı götürüb xırda-xırda doğrayır, ilıq suda yuyub təmizləyir və onun üzərinə 3 stəkan qaynar su əlavə edib vam odun üzərində 5-7 dəq dəmləyərək onu süzüb təmiz şüşə qaba qoyurlar. Yeməkdən 15 dəq əvvəl səhər və axşam 1 xörək qaşığı qəbul edilir. Qəbul vaxtı 1 ay davam edir.

Hələ lap qədimdən bir çox ölkələrdə – Çində, Bolqarıs­tanda, Fransada qulançarın tər zoğlarından, köklərindən böyrək xəstəliklərinin müalicəsində istifadə etmişlər. Azərbaycanın bir çox bölgələrində xalq arasında bitkidən bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur. Böyrəklərdə ağrılar, iltihabi proseslər, sancılar olarsa, qulançarın qurumuş köklərindən 3 q, gicitkən yarpağından 1 q, əvəlik kökündən 1 q, itburnu mey­vələri və bağayarpağının hər birindən 2 q və qatır­quy­ruğundan 5 q götürüb qarışdırırlar. Qarışıqdan 1 xörək qaşığı 200 ml qaynar suya tökür və 30 dəq dəmləyirlər. Sonra onu süzüb təmiz şüşə qaba tökürlər. Yeməkdən 10 dəq əvvəl bir xörək qaşığı ilıq halda qəbul edilir. Qəbul müddəti 30 gündür. Yaxşı olar ki, bu müalicə payız və yaz aylarında aparılsın.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin