Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə327/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   323   324   325   326   327   328   329   330   ...   386
Qaraqınıq ДушицаOriganum vulgare L. Dodaq­çiçəklilər (Labiatae) fəsiləsindən 20-ə qədər növü olan çoxillik ot bitkisidir. Azərbaycanda 3 növünə təsadüf edilir. Bu bitki Azərbaycanın bütün dağlıq və meşəlik rayonlarında (Quba, Xaçmaz, Qonaqkənd, Qusar, Şəki, Zaqatala, Naxçıvan) geniş yayılmışdır. Hündürlüyü 30-60 sm, qırmızı-çəhrayı rəngli ətirli çiçəkləri olan bitkidir. Azərbaycanın dağlıq və meşəlik rayon­larında ehtiyatı çoxdur. İyun ayında çiçək açır, meyvəsi av­qustda yetişir.

Dərman məqsədilə çiçəkli baş hissələrindən istifadə olunur. Belə ki, bitki çiçək açan dövrdə onun gövdəsinin yuxarı çiçəkli hissələrini çin və oraqla kəsib toplayır, quru binalarda qurudur, sonra aptek anbarına göndərirlər. Bundan başqa, qaraqınığın tərkibində C vitamini, flavonoidlər, fitonsidlər və digər mühüm maddələr də var.

Qaraqınığın tərkibində 0,5-1,0%-ə qədər efir yağı vardır. Efir yağının tərkibində timol, karvakrol, geranilasetatseskviterpenlər vardır. Bundan başqa, qaraqınığın tərkibində aşı maddəsi, askorbin turşusu (çiçəklərində 166 mq%, yarpaq­larında isə 565 mq%, zoğlarda 58 mq%), flavanoidlər, fiton­sid­lər vardır. Qaraqınığın yarpaqları ədviyyəli tərəvəz kimi kartof, soya, lobya və ət xörəkləri, salat, kolbasa və çay içkiləri ha­zırlamaq üçün istifadə edilir. Həmçinin, xiyar, pomidor və göbələyin konservləşdi-rilməsində, pivə istehsalında tətbiq edilir. Qaraqınıq yarpaqları acı nastoykalardan «Zveroboy» və «Yerofiç» istehsalında istifadə edilir. Ətriyyat sənayesində sabun, pomada və pastaların ətirləndirilməsində, elmi təbabətdə çay kimi dəmləyib sinir sistemi xəstəliklərində sakitləşdirici, eləcə də mədənin həzm prosesini yaxşılaşdırıcı, soyuqdəymədə və sidikqovucu kimi istifadə edilir. Qaraqınıq yaxşı balverən (100 kq/ha) bitkidir.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   323   324   325   326   327   328   329   330   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin