Zirincin müalicəvi xassələri. Zirincin meyvələrindən xalq təbabətində sinqa, raxit, qanazlığı, isitmə, mədə-bağırsaq xəstəliklərinin müalicəsində ta qədimdən bəri istifadə edilir. Eyni zamanda, meyvələrindən yeyinti sənayesində də mürəbbə və digər məhsullar alırlar. Zirincin yarpağının əsas təsiredici maddəsi berberin alkaloididir. Bu alkaloid təmiz halda açıq sarı rəngli kristal maddədir, qankəsici təsirə malikdir. Hazırda elmi təbabətdə hər iki zirinc bitkisinin yarpaqlarından spirtli cövhər (Tinctura Berberidis) hazırlanır ki, ondan uşaqlıq qanaxmalarında qankəsici dərman kimi istifadə olunur.
Yarpaqlarından alınmış spirtli cövhərdən daxili qanaxmalarda müalicəvi vasitə kimi istifadə edilir. Yarpaqlarında, həmçinin, A və C (130 mq%) vitaminləri vardır. Zirinc çiçəklərindən dəmlənmiş çay öskürəyə qarşı içilir.
Xalq təbabətində zirincdən və ondan hazırlanmış mürəbbədən sarılıq xəstəliyinin müalicəsində istifadə olunur.
Dostları ilə paylaş: |