Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə155/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   151   152   153   154   155   156   157   158   ...   386
Portağal – АпельсинCitrus sinensis. Sədokimilər (Rutaceae) fəsiləsindəndir. Azərbaycanda becərilən əsas sitrus meyvələridir. Portağalın qabığının rəngi sarımtıl-narıncı olur. Ətli hissəsi xoş narıncı-sarı, zərif lifli və ətirli olur. Karolyok sortlu portağalın ətli hissəsi qırmızı-yaqut rəngində olur.

Portağalın tərkibində efir yağlarının faizlə miqdarı on­ların ayrı-ayrı hissələrində müxtəlif olur. Yerli sort portağalın qabığında 2,4%, ətli hissəsində 0,24%, efir yağları olur.

Portağalın tərkibində şəkər, çoxlu miqdarda pektin maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağ­ları kimi pektin maddələri də, əsasən qabıq hissədə toplan­mışdır.

Portağalın tərkibində vitaminlərdən C, P, B1, B2, PP və karotin vardır. Vitaminlər qabıq hissədə ətli hissəyə nisbətən daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 33-62mq% olduğu halda, qabıq hissədə 121-175 mq%-dir.

Portağalın qabığında 490 mq% P vitamini vardır. Azotlu maddələrin miqdarı 1%-ə qədər təşkil edir.

Portağalın geniş becərilən sortlarından Vaşinqton-navel, Qamlin, əla Suxumi, Pervenes, yerli irimeyvəli və Korolyoku göstərmək olar.

Yerli sort portağal öz məhsuldarlığına görə başqa sortlar­dan geri qalmır.

Portağal ticarətə, əsasən dekabrdan fevrala kimi daxil olur. Bunları 6 aya qədər saxlamaq mümkündür.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin