Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Zəncirotunun müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə194/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   190   191   192   193   194   195   196   197   ...   386
Zəncirotunun müalicəvi xassələri. Dərman məqsədilə zəncirotunun köklərindən daha geniş istifadə olunur. Kökləri payızın ilk aylarında toplanır, yerüstü hissələrdən təmizlənir, soyuq su ilə yuyulub günəş altında qurudulur. Belə qurudulmuş köklərdən təbabətdə iştahartırıcı və həzm prosesini yaxşı­laşdırıcı vasitə kimi istifadə olunur. Bu məqsədlə zən­cirotu köklərini xırdalayıb toz halına salır və ondan 1-2 xörək qaşığı 3 stəkan suda dəmləyib, gündə 3 dəfə armudu stəkanla, yeməkdən 5-10 dəq. əvvəl qəbul edilir.

Zəncirotu kökünün çayından qaraciyər və öd yolları xəstəliklərində də istifadə olunur. Bu məqsədlə hazırlanmış quru tozundan iki çay qaşığı götürüb, bir stəkan qaynar suda dəmləyərək, səhər və axşam yeməkdən əvvəl 1-2 xörək qaşığı xəstəyə içirirlər.

Xalq təbabətində zəncirotundan qida həzmini yaxşı­laşdıran, ödqovucu, sakitləşdirici, sarılıq, yuxusuzluq və digər xəstəliklərdə istifadə olunur.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin