Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə190/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   186   187   188   189   190   191   192   193   ...   386
TƏRƏVƏZ VƏ GÖYƏRTİLƏR

Tərəvəz və göyərtilər botaniki və bioloji xüsusiy­yətlərindən asılı olaraq birillik, ikiillik və çoxillik bitkilərin müxtəlif orqanlarından alınan şirəli yeməli qida məhsullarıdır. Bu bitkilərin tərkibində insan orqanizminə vacib olan zülal, karbohidrat, yağ, vitaminlər, minerallı maddələr və üzvi tur­şular vardır. Tərəvəzlərə istiyə- və quraqlığadavamlı Qabaq­ki­milər fəsiləsinə aid bostan tərəvəzlərindən qarpız, qovun və qabaq da aiddir. Bu bölmədə yabanı göyərtilərdən gicitkən, əmə­köməci, cincilim, quşəppəyi və eləcə də dəniz kələmi haqqında da məlumat verilir. Çünki bu bitkilərdən tərəvəz kimi istifadə olunur və əhali onlardan müxtəlif qida məhsulları hazırlayır.

Qida rasionunda tərəvəzlərin çox böyük əhəmiyyəti vardır. Onları sərbəst xörək kimi qəbul edir, qəlyanaltı, ət və balıq xörəklərinə qarnir kimi istifadə edirlər. Tərəvəzləri bişirilmiş, qızardılmış, pörtülmüş, qiymələnmiş və bəzən təzə halda yeyirlər. Uzun müddət saxlamaq üçün bir çox tərəvəzləri turşuya qoyur, qurudur və digər üsullarla konservləşdirirlər. Tərəvəzlərdən pəhriz qidasında geniş miqyasda istifadə olunur. Bəzi xəstəliklərdə müalicəvi qidalanmada tərəvəzlər eyni zamanda həm qida və həm də müalicəvi bitki kimi istifadə olu­nur. Onlardan hazırlanan xüsusi xörəklər sözün əsl mənasında müalicəvi qida adlanır. Dərman xammalı kimi tərəvəz bit­kilərinin yeyilməyən hissələri tərkibində olan fizioloji fəal maddələrə görə də istifadə olunur. Tərəvəzlər ənənəvi məişət təbabətində geniş miqyasda istifadə olunur. Tərəvəz bitkilərinin orqanları qalen preparatların və xalis dərman vasitələrinin alınmasında əvəzolunmaz xammaldır.

Tərəvəzlər müxtəlif göstəricilərinə görə təsnif edilir. Əm­təə­şünaslıqda tərəvəzlərin kompleks göstəricilərinə görə təsnifatı belədir:

1. Vegetativ tərəvəzlər. Bu tərəvəzlərin yeyilən hissəsi bitkinin müxtəlif vegetativ orqanlarıdır, yəni kökü, zoğu, yar­pağı və saplağıdır.

2. Generativ və ya meyvəli tərəvəzlər. Bunların meyvəsi və hamaşçiçəyi istehlak edilir.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin