Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Yerfındığının müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə188/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   184   185   186   187   188   189   190   191   ...   386
Yerfındığının müalicəvi xassələri. Əczaçılıq səna­yesində yerfındığı yağı müxtəlif dərmanların hazır-lanmasında istifadə olunur. Emulsiyaların hazırlanmasında yerfındığı nüvəsi şirin badamı əvəz edir. Yerfındığı uşaqlarda rast gəlinən hemorragik diatezlərin müalicəsində çox səmərəli nəticə verir. Bu xəstəlik zamanı uşaqlarda qanlaxtalanması kəskin zəifləyir və nəticədə çox qan itkisinə səbəb olur.

Yunan qozu – Грецкий орех – Juglans regia. Qoz (Juglandaceae) fəsiləsindəndir. Bu fəsiləyə aid 8 cinsin 50 növündən 2 yabanı növü yayılmışdır. Azərbaycanda yabanı halda bitən və becərilən qozlar adi qoz növünə aiddir. Orta Asiya və Qafqazda yabanı formada bitir. Uzaq Şərqdə isə Man­curiya qozu yayılmışdır.

Çox qədim zamanlardan Azərbaycanda böyük qoz sahələri Şəki-Zaqatala və Quba-Xaçmaz zonalarındadır. Hazırda Lerik, Ordubad, Dağlıq Qarabağ, Laçın, Kəlbəcərdə və Gəncənin dağlıq rayonlarının meşələrində yabanı bitən qozlara təsadüf edilir.

Qoz, adətən may ayında yarpaqlar əmələ gələn vaxt çiçəkləyir. Bəzən iyunda ikinci dəfə çiçəkləyir. Qozun mey­vələri sentyabr-oktyabrda yetişir. Meyvəsi ölçüsünə, formasına, qabığının bərkliyinə, ləpə arasındakı pərdənin yumşaq və ya sərt olmasına, dadına, kimyəvi tərkibinə və s. göstəricilərə görə fərqlənir. Qozun üzəri yaşıl qərzəklə örtülüdür. Qoz yetişdikcə qərzək qaralır, partlayır və içindən oduncaqlaşmış qabıqlı qoz çıxır. Ləpəsi açıq sarı və ya tünd darçını rəngdədir. Bir qozun çəkisi 5-17 q, ləpəsinin çıxarı 40-58%-dir.

Qoz ləpəsinin tərkibində 54-74% yağ, 12-21% zülali maddə, B qrupu vitaminləri və karotin vardır. Yaşıl sütül qozlarda 3000 mq% C vitamini vardır. Bu qozlardan yüksək-key­fiyyətli mürəbbə bişirilir. Qozdan qənnadı sənayesində müxtəlif məmulat hazırlanır, ləpəsi yeyilir və yağ çıxarılır. Qoz yağı rəssamlıqda işlədilir. Yağı çıxarılmış qoz cecəsinin tərkibində 34% azotlu maddə və 12% yağ olduğundan qənnadı mə­mulatı hazırlamaq və ev heyvanları üçün ən qidalı məh­suldur. Qozun qərzəyi, yarpaqları, qabıqları və kök hissələri tanin ilə zəngindir. Bunlardan parçaların boyan-masında isti­fadə edilir. Qozun oduncağı bərk və gözəl naxışlı olduğundan qiymətli faner və mebel hazırlamaq üçün işlədilir.

Ləpəsi çox dadlı və yağlı olduğundan təzə halda (çiy) və qovrulduqdan sonra yeyilir. Duzla qovrulmuş qoz ləpəsi şampan və digər üzüm şərablarının yanında verilir. Qozdan aşpazlıqda və qənnadı sənayesində geniş miqyasda istifadə olunur. Qafqaz xalqlarının xörəklərinin və sousların hazır­lan­masında qoz əvəzedilməz xammaldır. Qoz yağından yeyinti sənayesində istifadə olunur, yağ alındıqdan sonra qalan cecədən (jmıxdan) dadlı və qidalı halva istehsal olunur.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin