Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Qozun müalicəsi xassələri



Yüklə 9,53 Mb.
səhifə189/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   185   186   187   188   189   190   191   192   ...   386
Qozun müalicəsi xassələri. Pəhriz qidasında və aterosklerozun profilaktikasında qozun müsbət təsiri onun tərkibindəki yağın doymamış yağ turşuları ilə zəngin olması ilə izah edilir. Qoz yağı və sellüloza bağırsağın perestaltikasını gücləndirir. Ona görə də yaşlılar qozdan mütləq istifadə etməlidirlər. Qaraciyər xəstəliklərində də qoz əhəmiyyətlidir.

Qədim dövrlərdən bu günə kimi qozun bütün hissələri bir çox xalqların xalq təbabətində istifadə olunur. Əsas dərman əhəmiyyəti olan qozun yarpaqlarında aşı maddələri ilə yanaşı qlükozidlər, flavanoidlər, efir yağları, yuqlon, inozit, C, B1, P vitaminləri və karotin vardır. Yetişmə dövründə C vitamininin miqdarı 5%-ə çatır. Eyni zamanda, onun tərkibində digər faydalı maddələr vardır. Qozun mərkəzi gövdəsindən yarpaqlar kəsilib, təmiz kağız və ya parça üzərinə sərilir. Sonra bozarmış və qaralmış yarpaqlar azad edilir. Quru yarpaqlardan tinktura, həlim və məlhəm hazırlanır. Yarpaqlardan alınmış tinkturanı maddələr mübadiləsini yaxşılaşdırmaq üçün, avitaminoz və orqanizmin zəifləməsi zamanı ümumi möhkəmləndirici vasitə kimi içirlər. Yarpaqdan alınan həlim və tinkturanı baş beyninin aterosklerozunda qəbul etmək məsləhət görülür. Həmin məhlullardan ishala qarşı büzüşdürücü vasitə kimi də istifadə olunur. Belə hallarda 1-2 çay qaşığı quru yarpaqlar çay kimi bir stəkan qaynar suda dəmlənir, soyuduqdan sonra süzülür və gündə 3-4 dəfə yarım stəkan içilir. Yarpaqlardan alınan sulu məhlullar və ekstraktlar həm də qanda şəkərin səviyyəsini aşağı salır. Qədimdən məlumdur ki, qoz yarpaqlarından alınan ekstrakt qanın laxtalanmasını artırır. Həkimlərin müşahidəsinə əsasən qeyd olunur ki, xəstələr 2-4 gün 50 ml qoz yarpağından alınan ekstrakt qəbul etdikdə qanaxmalar əhəmiyyətli dərəcədə azalır. Vərəm xəstəliyinə tutulmuş xəstələrə 1-3 ay həmin dozada ekstrakt verdikdə, qanlı bəlğəm və digər qanaxmalar da heç bir əks-göstərici müşahidə olunmamışdır.

Meyvə qılafından və yarpaqlardan alınan həlimdən Qərbi Sibirin xalq təbabətində yaxşı tonuslandırıcı və «qantə­miz­ləyici» vasitə kimi, xüsusilə də diatezdə istifadə olunur. Həmin həlimləri həm xaricə sürtür və həm də daxilə qəbul edirlər. Dərinin müxtəlif xəstəliklərində (sızanaqlı gənə, irinli səpgi, ekzema, dəmrov) bu ekstraktla vanna qəbul edir, islatma qoyulur və yuyunurlar. Xaricə istifadə etmək məqsədilə 4-5 xörək qaşığı yarpağı 0,5 litr suda 15 dəq qaynatmaqla həlim hazırlayırlar. Məişətdə sıraca xəstəliyi (xənazır xəstəliyi), eləcə də raxit xəstəliyində tinkturanı 1 xörək qaşığı xırdalanmış yarpaqları 1 stəkan qaynanmış suda saxlamaqla hazırlayırlar. Soyuduqdan sonra tinktura süzülür və gündə 3 dəfə 1-2 çay qaşığı yeməkdən qabaq uşaqlara verilir. Belə tikturadan ağızın və boğazın iltihabında, eləcə də dişlərin laxlanması və damağın yumşalmasında qarqara edirlər. Bəzi ölkələrdə bu məqsədlə qoz ağacının gövdə və köklərinin qabığından istifadə olunur. Bu mənada Əlcəzairdə hökm sürən adət çox maraqlıdır. Məlumdur ki, «Qurani Kərim»də müsəlmanlara dişlərə və ağız boşluğuna ciddi qulluq etmək məsləhət görülür. Bununla əlaqədar Əl­cə­zairdə yerli əhali qoz ağacının cavan budaqları və kökünün qa­bığı ilə diş ətinin bərkiməsi üçün hər gün bir neçə dəfə dişlərə qulluq edirdilər. Bu adət o qədər geniş yayılmışdı ki, bu cavan qoz ağaclarının məhvinə səbəb olurdu. Odur ki, buna görə çox ciddi qanunvericilik tədbirlərinin görülməsi lazım gəldi.

Qozun təzə yarpaqları xalq təbabətində yaxşı yara­sağaldıcı vasitə kimi istifadə olunur. Təzə yarpaqlar yaraların və çibanların üstünə qoyulur. Bu məqsədlə xüsusi məlhəm də hazırlanır. 15 q xırdalanmış quru yarpaqlara 100 q günəbaxan yağı əlavə olunur, yeddi gündən sonra su hamamında 3 saat qay­nadılır, iki dəfə cunadan süzülür və yenidən 30 dəq qay­nadılır, üzərinə 15 q mum əlavə edilib soyudulur.

Qoz yarpağından alınan sulu ekstrakt yarasağaldıcı vasitəyə və bakterisid xassələrə malikdir. Bəzi hallarda onu yaraların epiteli toxumalarının bərpasında, dəri və boğazın zədələnməsinin müalicəsində də istifadə edirlər. Baytarlıqda qozun yaşıl qərzəkləri müxtəlif yaraların, oynaqlardakı çatların və dəridəki səpkilərin müalicəsində müvəffəqiyyətlə istifadə olunur. Hindistanda qozun yarpaqları balıq zəhəri kimi istifadə olunur, çünki qoz yarpaqlarında zərərvericilər və balıqlar üçün zəhərli maddələr vardır.

Hippokrat qozun yaşıl qərzəklərindən qurdqovucu kimi istifadə etmişdir. Orta və Cənubi Amerikada, Iranda, Orta Asiyada və Qafqazda yetişməmiş qoz meyvələri askarid və soliter qurdlarına qarşı yaxşı qurdqovucu vasitədir.

Qoz yağından bəzən mədə-bağırsağı yumşaldıcısı kimi, eləcə də yanıqlara və sağalmayan yaralara sürtmək üçün istifadə olunur.

Xalq təbabətində qozdan alınan yuqlon preparatından məlhəm və ya su-spirt məhlulu halında dəri vərəminin müa­licəsində, dərinin bəzi stafilokokk və streptokokk zədə­lən­məsinin müalicəsində kompres, yaxalama və islatma dərmanı kimi istifadə edirlər. Qurdeşənəyi (dəri vərəmi) xəstəliyinin müa­licəsində qoz yarpaqlarından alınan karion preparatı istifadə etmək məsləhət görülmüşdür.





Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin