Ağ istiot – Белый перец – Piper alba. İstiot (Piperaceae) fəsiləsindən çoxillik, sarmaşan tropik bitkisinin tam yetişmiş meyvələrindən alınır. Yetişmiş meyvələr dərilir, dəniz suyunda və ya əhəng suyunda isladılır, yaxud da fermentləşdirilir və meyvə qişasından təmizlənib qurudulur. Ağ istiotun dənləri uzunsov yumru, diametri 4,5 mm-ə qədər olur. Ağ istiotun ən məşhur sortları Muntak (Indoneziyada becərilir), Saravak, Batoviya istiotlarıdır. 100 ədəd dənin kütləsi 3,23q-dan 5,27 q-a qədər olur.
Dənləri sarımtıl-boz rəngli və üzərində çiçəkliyindən saplağına doğru uzanan zərif zolaqlar görünür. Ağ istiotun dadı və ətri qara şstiot kimi kəskin ətirli və çox yandırıcı deyil. Bu istiotun meyvə qişası ayrıldığı üçün nisbətən azyandırıcı və zərif ətirli olur. Ağ istiotun kimyəvi tərkibi faizlə aşağıdakı kimidir: su – 11,4-15,0; azotlu maddələr – 11,6-13,3; efir yağları – 1,4-3,2; yağ – 6,4-8,6; karbohidratlar – 51,3-61,6; sellüloza – 4,9-9,5; kül – 0,7-3,5; qatran – 0,2-0,4; piperin – 6,1-9,4; piperidin – 0,2-0,4.
Standart üzrə nəmliyi 12%-ə qədər, efir yağı 0,8%-ə qədər, ümumi külü 5%-dən çox olmamalıdır. Dənəvər və üyüdülmüş halda satışa verilir.
Dostları ilə paylaş: |