Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Qara gəndalaş – Бузина черная –



Yüklə 9,53 Mb.
səhifə86/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   82   83   84   85   86   87   88   89   ...   386
Qara gəndalaş – Бузина черная – Sambucus nigra L. Bu bitki Doqquzdon (Caprifoliaceae) fəsiləsindən olan kol bitkisidir. 30 növündən ikisi Azərbaycanda yayılmışdır. Adi gən­dalaş (Sambucus racemosa L.) və qara gəndalaş (Sam­bucus nigra L.). Təbabətdə ancaq qara gəndalaşdan istifadə olunur.

Qara gəndalaş qollu-budaqlı kol bitkisi olub, qarşı-qarşıya düzülmüş cütlələkvarı yarpaqları və nizəvarı şəklində toplanmış ətirli, sarıtəhər, ağ rəngli çiçəklərə malikdir. Yeti­şən­də qara rəngə boyanan şirəli meyvələri xüsusilə nəzəri cəlb edir. Bitki may-iyun aylarında çiçəkləyir, meyvəsi iyul-av­qustda yetişir.

Xalq təbabətində, eləcə də elmi təbabətdə qara gən­dalaşın həm çiçəklərindən, həm də meyvələrindən geniş istifadə edilir. Çiçəkləri tam açılan dövrdə, meyvələri isə tamam yetişən vaxt toplanır. Çiçəkləri toplayan kimi kölgəli yerdə, açıq havada va ya quru havalı binalarda sərib qurudulur. Meyvələri isə xüsusi sobalarda və ya meyvə qurudan quruducularda quru­dulub tədarük məntəqələrinə göndərilir. Yaxşı qurudulan meyvələr turşməzə, azca selikli dada malik olur.

Qara gəndalaş çiçəklərində bir sıra müalicə əhəmiyyətli maddələr müəyyən edilmişdir. Bunlardan sanbuniqrin qliko­zidini, rutini, efir yağını, qatranı, pektin və selik maddələrini, xolini, xlorogeni, kofeini, valerian, alma və sirkə turşularını, eləcə də C, B1, B2 və K vitaminlərini göstərmək olar.

Meyvələrinin tərkibində antosian, xrizantemin, sam­busin, sambusianin kimi bioloji fəal maddələr vardır.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin