Qırmızı süfrə şərabları – qırmızı üzüm sortlarından alınan müxtəlif çalarlı qırmızı rəngli, özünəməxsus dad və buketi ilə fərqlənən şərablardır. Tərkibində həcmə görə 9-14% spirt vardır. Şəkərin miqdarına görə turş (0,3 q/100 sm3-ə qədər şəkər ola bilər), yarımturş (1,5-2,5 q/100 sm3) və yarımşirin (3-8 q/100 sm3) qırmızı şərablar buraxılır.
Yarımturş süfrə şərabları – tərkibində təbii qıcqırmadan əmələ gələn həcmcə 9-4% spirt və qalıq kimi 0,5-2,5 q/100 sm3 şəkər olan şərab-lar qrupudur.
Yarımşirin süfrə şərabları – tərkibində təbii qıcqırma nəticəsində həcmcə 9-14% spirt və 3-8 q/100 sm3 şəkər olan süfrə şərablarıdır.
Tündləşdirilmiş şərablar başlıca olaraq rektifikat etil spirti əlavə edilməklə istehsal olunur. Şərabın tipindən asılı olaraq, spirt qıcqırmanın müxtəlif mərhələlərində əlavə edilir.
Spirtin miqdarına görə tündləşdirilmiş şərablar 2 qrupa bölünür.
Tünd şərablarda həcmcə 17-20%, o cümlədən təbii qıcqırma nəticəsində 3%-dən az olmayaraq spirt, desert şərablarda həcmcə 12-17%, o cümlədən təbii qıcqırma nəticəsində 1,2%-dən az olmayaraq spirt olmalıdır. Şəkərin miqdarına görə tündləşdirilmiş şərablar turş (1-3 q/100 sm3 şəkər olur) və yarımturş (4-14 q/100 sm3), desert şərablar isə yarım-
şirin (5-12 q/100 sm3), şirin (14-20 q/100 sm3) və likör (21-35 q/100 sm3) yarımqruplarına bölünür. Ağ, çəhrayı və qırmızı rəngdə adi və markalı tündləşdirilmiş şərablar buraxılır.
Desert şərablar – tərkibində həcmcə 12-17% spirt və 2-35 q/100 sm3 şəkər olan təbii və ya tündləşdirilmiş şərab qrupudur. Qəbul edilmiş qaydalara əsasən desert şərabların tərkibində təbii qıcqırma nəticəsində əmələ gələn spirtin miqdarı 1-2%-dən az olmamalıdır. Şəkərin kütləyə görə qatılığından asılı olaraq desert şərablar yarımşirin (5-12 q/100 sm3 şəkər, həcmcə 14-16% spirt), şirin (14-20 q/100 sm3 şəkər, həcmcə 15-17% spirt) və likör (21-35 q/100 sm3 şəkər, həcmcə 12-17% spirt) yarımqruplarına bölünür. Yüksəkkeyfiyyətli desert şərabı istehsal etmək üçün tam yetişmiş, tərkibində 22-35% arasında şəkər olan üzüm sortlarından istifadə edilir.
Desert şərablardan fərqli olaraq tünd şərabların tərkibində şəkərin miqdarı 3-13 q/100 sm3 olur. Burada qıcqırma daha dərin gedir. Üzərinə 17-20% tündlüyü olana qədər spirt əlavə edilir. Tünd şərabların tipik qruplarından «Portveyn», «Xeres», «Madera» və «Marsala»nı göstərmək olar. Bunlar biri-digərindən istehsalına görə fərqlənir.
106
Ətirləndirilmiş şərabları istehsal etmək üçün müxtəlif quru bitkilər və ədviyyat – bənövşə kötüyü, nanə, minyarpaq, keşniş toxumu, hil, zən-cəfil, vanil, muskat cövüzü, cirə, qaragilə, darçın, dağ nanəsi, aloye və sitrus bitkilərinin qabığı 13-14 günə 70-72%-li spirtə yatırdılır. Şərabın ümumi kütləsinə görə 1-2% miqdarında əlavə edilir. Tünd və desert Ver-mutlar buraxılır. Tünd Vermut şərablarının tərkibində 18% spirt və 10 q/100 sm3 şəkər olur. Desert Vermut şərablarının tərkibində 16% spirt və 16 q/100 sm3 şəkər olur. Bu şərablar ağ, çəhrayı və qırmızı olurlar. Hər ikisində 6 q/l turşu olur.
Şampan şərabı rənginə görə ağ və qırmızı olur. Şəkərin miqdarına görə (q/100 sm3) şampan şərabı aşağıdakı adlarda buraxılır: bryut – 0,3-ə qədər (çox saxlanılmış), çox turş – 0,8-1,3; turş – 3-3,5; yarımturş – 5-5,5; yarımşirin – 8-8,5; şirin – 10-10,5. Turş, yarımşirin və şirin şampan şərab-ları yalnız rezervuar üsulu ilə hazırlanır.
Qırmızı şampan şərabı 1 markada buraxılır ki, bunun da tərkibində 10-10,5 q/100 sm3 şəkər olur. Spirtin miqdarı 10,5-12,5%, turşuluq 6-8,5 q/l-dir.
Dostları ilə paylaş: |