Düymə ölçü vahidi Düymə— ölçü vahidi.
Ümumi məlumat
Düymə ("düym" sözündəndir, niderland dilində "duim" - baş barmaq) xalq arasında bu gün də işlənən ölçü vahididir. Əsasən bəzi Avropa ölkələrində qeyri-metrik ölçü sistemində uzunluq vahididir. Tarixən kişi baş barmağının eni kimi götürülmüşdür. Müasir dövrdə "düym" dedikdə adətən ingilis düymü başa düşülür: 1 düymə 25,4 mm-ə və ya 2,54 sm-ə bərabər götürülmüşdür. Düymədən daha çox boruların iç diametrini ölçmək üçün istifadə olunur. Bir düymə borunun daxili diametri 25,4 mm-ə, yarım düymə borunun iç diametri isə 25 mm-in yarısına yox, 15 mm-ə bərabərdir.
Mənbə
Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 464. ISBN 978-9952-34-152-2
Arşın Arşın— riyaziyyatda əski çağlarda uzunlu]u ölçmək üçün istifadə edilən uzunluq ölçü vahidi.
Ümumi məlumat
Alimlər uzun illər apardıqları ciddi araşdırmalar nəticəsində belə bir fikrə gəlmişlər ki, Azərbaycan ərazisi mədəni əkinçiliyin ən qədim ocaqlarındandır. Sonrakı mədəni-təsərrüfat inkişafı zəminində cəmiyyətin istehsal münasibətlərində baş verən köklü dəyişikliklər məhsuldar qüvvələrin, eləcə də əmək alətlərinin yeni-yeni formalarının yaranmasına müsbət təsir göstərmişdir. Bu dövrdə qədim əcdadlarımızın düşünmə qabiliyyəti artmış, həyatın bəzi sirlərini dərk etmək bacarığı çoxalmış, onlar əkinəcəklərdə, torpaq sahələrində, mal-qaranın sayının müəyyənləşdirilməsində, yaşayış evlərinin tikintisində və digər yüzlərlə həyati işlərdə ölçüyə - hesablamaya ehtiyac duymuşlar. Odur ki, zaman keçdikcə, daha dəqiq və mükəmməl ölçü vahidləri meydana çıxmışdır. Arşın uzunluq ölçü vahidi də məhz belə yaranmışdır.
Arşın türk sözü olub çox qədimlərdən xalqımızın məişətinə daxil olmuş və bu gün də kənd təsərrüfatında torpaqölçmə işlərində geniş istifadə edilən 0,71 m-ə bərabər uzunluq ölçüsüdür. Hətta yer ölçmək üçün iki ağacdan haça şəklində düzəldilən və hər addımı 0,71 m-ə bərabər olan alət də arşın adlanır. Bu haçaları bəzən 2 arşınlıq da düzəldirlər.
Arşın 1931-ci ilədək Türkiyədə geniş istifadə olunmuş uzunluq ölçü vahidi idi; ipək parçaların ölçülməsi üçün ticarət arşını 60 sm-ə, digər parçalar üçün 68 sm-ə, inşaat arşını isə 75,8 sm-ə bərabər idi.
Arşın rusların və digər xalqların məişətinə də türklərdən keçmişdir. Rusiyada arşın XVI əsrdən istifadə olunurdu. Əvvəllər arşın ingilis ölçü sistemini qəbul edən ölkələrdə 27 düym (hollandca "baş barmaq" deməkdir), I Pyotrun dövründə isə 28 düym olmuş və dəyişməmiş qalmışdır. 1 arşın - 16 gireh (4,4 sm) = 28 düym = 71,12 sm. Arşının ölçüsü müxtəlif ölkələrdə 65,2-112 sm arasında götürülmüşdür.
Arşın sözünə ilk dəfə "Kitabi-Dədə Qorqud" dastanında rast gəlinir. Lakin başqa ədəbiyyatlarda, folklor nümunələrində də bu söz geniş işlədilmişdir.
Mənbə
Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 456. ISBN 978-9952-34-152-2 Çərək Çərək — riyaziyyatda əski çağlarda əsasən uzunluq və çəki ölçmək üçün istifadə edilən ölçü vahidi.
Ümumi məlumat
Çərəkdən həm uzunluq, həm də çəki vahidi kimi istifadə edilmişdir. Uzunluq ölçüsü vahidi kimi çərəkdən çox geniş istifadə olunduğu mənbələrdən də aydın gorunur. Çərək arşının dörddə birinə bərabərdir. Əgər arşın 0,71 m-dirsə, onda çərək təxminən 18 sm-ə bərabər olur.
Çəki vahidi kimi 1 çərək girvənkənin dörddə birinə bərabərdir. Girvənkənin 400 qram olduğunu biliriksə, onda çərək 100 qram olmuşdur. Çərək qab mənasında da işlənmişdir. Həmin qabın adı onun olcusu, tutumu ilə bağlıdır. Bir çərək taxıl, un və s. tutan mis qaba cçərək deyilmişdir.
Çərəkdən bir ölçu vahidi kimi musiqidə də istifadə olunur. Səslərin uzunluqlarına görə notlardan biri çərək not adlanır. Bütöv not ən uzun səsi, yarım not bütöv notun yarısını, çərək not isə dorddə birini təsvir edir. Başqa sözlə desək, bütöv not uzunluğuna görə iki yarım və dörd çərək nota bərabərdir. Yuxarıdakı misallardan göründüyü kini, çərək bütün hallarda bütövün dörddə birinə bərabər götürülür.
Mənbə
Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 459. ISBN 978-9952-34-152-2
Dirsək Dirsək — uzunluq ölçü vahidi.
Ümumi məlumat
Xalqımızın məişətində əski çağlarda işlənmiş, lakin bu gün öz əhəmiyyətini demək olar ki, itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aid etmək olar.
Qulacdan bir az kiçik, qarışdan böyük uzunluqları ölçmək üçün azərbaycanlılar arasında dirsəkdən istifadə olunmuşdur. Başqa xalqlarda da (məs.: farslar, ruslar, ərəblər və b.) işlədilən dirsək əli yumduqda barmağın qatlanan yerindən dirsəyin bükülən yerinə qədər olan məsafəyə bərabər ölçü vahididir. 1 dirsək 0,5 m-ə, yəni 50 sm-ə bərabər götürülür. Türkiyədə isə 1 dirsək uzunluq ölçüsü vahidi kimi 68,5 sm-ə bərabərdir. Maraqlıdır ki, kişilər şalvarın belini çox vaxt dirsəkləri ilə ölçürlər. Hər bir kişinin şalvarının beli iki qatlandıqda onun dirsəyinin ölçüsünə bərabər olur.
Addım, qulac, qarış və dirsək türksözləri olub, bu gün də bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir. Bu da onların dəqiq ölçülərə daha çox yaxınlığı ilə bağlıdır.
Mənbə
Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 455. ISBN 978-9952-34-152-2 Qarış Qarış — əski vaxtlardan bu günümüzə qədər istifadə edilən təxmini uzunluq ölçü vahidi.
Ümumi məlumat
Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri də qarış adlanır. Qarış da türk sözüdür. Diqqəti cəlb edən məqamlardan biri bəşər sivilizasiyasının inkişafında əvəzsiz rol oynayan şumerlərin də dilində torpaq ölçmək üçün eyni sözün olmasıdır. Məşhur Amerika şumerşünası S.N.Kramer şumerlərə məxsus "Əkinçinin təqvimi" mətnini tərcümə edərkən torpaq ölçü vahidi kimi qaruş//qareş sözünü eynilə saxlamışdır. Sonralar onun əsəri ("Tarix Şumerdən başlayır") rus dilinə tərcümə edilərkən qareş sözünə heç bir dəyişiklik edilməmişdir.
S.N.Kramerin əsərində qareş sözü 6-7 m uzunluğunda torpaq zolağı kimi şərh edilmişdir. Bir qareşin şumerlərdə 6-7 m-ə bərabər götürüldüyü o qədər də inandırıcı görünmür. Hazırda çox da dəqiqlik tələb olunmayan yerlərdə xalq qarışdan istifadə edir. Qarış əli açıq vəziyyətdə tutduqda baş barmağın ucundan çeçələ barmağın ucuna qədər olan uzunluğu bildirir və bu da orta hesabla 0,213 m-ə, yəni təqribən 20 sm-ə bərabərdir. El arasında 5 qarış 1 m-ə bərabər (5x20 sm=100 sm=1 m) götürülür.
Bir çox qaynaqlarda qarışın tərifi və ölçüsü düzgün verilmişdir. Sadəcə olaraq bir sıra ədəbiyyatlarda qarışın 20 sm yox, 22-25 sm olduğu göstərilir. Bədii ədəbiyyatda və folklorda qarış məcazlaşmışdır və çox az miqdarda torpaq mənasında işlənir.
Mənbə
Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 455. ISBN 978-9952-34-152-2 Qulac (qolac) — xalq arasında geniş yayılmış və bu gün də işlədilən uzunluq ölçüsü vahididir.
Ümumi məlumat
Qulac bəzi ədəbiyyatlarda "iki əli də çiyin bərabəri" açıq tutduqda sağ əlin başala barmağının ucundan sol əlin müvafiq barmağının ucuna qədər olan məsafəyə bərabər görürülür; gah 150 sm, gah 142 sm, yaxud 177 sm hesab olunur. Başqa bir mənbədə isə qulacın dirsək sümüyünün uzunluğuna bərabər olduğu göstərilir. Dirsək sümüyünün uzunluğu da 40-64 sm arasında dəyişir. Bəzi mənbələrdə qulacı dirsəklə eyniləşdirir və 0,5 m-ə bərabər götürürlər.
Qulac haqqında olan bu fikirlər mübahisəli sayıla bilər. Belə ki, qulac ("qol" və "aç" sözlərindən əmələ gətirilmişdir) insanın açıq vəziyyətdə tutulmuş sağ və ya sol əlinin ən uzun barmağının ucundan burnunun ucuna qədər olan məsafədir ki, bu da orta hesabla 1 m-ə bərabərdir.
Qulac qollarımı gərrəm, Meydanda hünər göstərrəm.
Siyah zülfü dal gərdəndə bir qulac!
Sona cıqqası tək ucları qıyqac.
Keçmişdə adətən quyunun dərinliyi qulac ilə ölçülərdi.
Mənbə
Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 454. ISBN 978-9952-34-152-2