Mil — uzunluq ölçü vahidi.
Ümumi məlumat
Fərsəxlə eyni vaxtda uzunluq ölçmək məqsədilə mildən də istifadə olunmuşdur. Qeyd edək ki. 1 mil fərsəxin üçdə birinə bərabərdir ki, bu da 1,6 km deməkdir. Qədim Romada mil min qoşa addıma, yəni 2 min addıma bərabər götürülmüşdür ki, bu da orta hesabla 2 km eləyir.
Dəniz mili - uzunluq vahidi. 1 dəniz mili 1852 metrə bərabərdir. Əsasən beynəlxalq dəniz yollarının ölçülməsi üçün, həmçinin aviasiyada istifadə olunur. 1 dəniz mili 10 kabeltə bərabərdir.
Fərsəx, fərsəng, pərəsəng — qədim uzunluq ölçü vahidi.
Fərsəx 12 min addım (təqr. 6—8 km) idi. Bəzi yerlərdə hər fərsəngdən bir daş və ya ağacdan işarə qoyulduğu uçün daş, ağac da deyilirdi. Muxtəlif ərazilərdə ölçusü fərqli olurdu. Bəzi yerlərdə fərsəng hətta 9,5 km-ə, digər yerlərdə isə 5—6 km-ə bərabər idi. Orta əsrlərdə Yaxın Şərq ölkələrində, Azərbaycanda, Orta Asiyada və s. yerlərdə geniş yayılmışdı.
Fərsəx təqribən 6 km-ə bərabər olmuşdur ki, bu da təxminən bir ağaca bərabərdir. Fərsəx digər uzunluq ölçüsü vahidləri ilə belə müqayisə olunur: 1 fərsəx=3 mil=6 km=12 min dirsək.
Verst — keçmiş rus uzunluq ölçü vahidi. 500 sajenə, 1066,781 metrə bərabərdir. Təki rusca "Верста" olan söz cəmdə "Верст" olur.
1 verst = 1066 m = 3500 fut[1].
Arpa – əsasən türk xalqlarının məişətində çəki ölçü vahidi.
Arpa türk sözü olub, ondan bir çəki vahidi kimi əsasən türk xalqlarının məişətində istifadə olunmuşdur. Başqa xalqlar bu çəki vahidini türklərdən götürmüşlər. Arpanın tibbi ədəbiyyatlarda 37,5 qr-a bərabər olduğu göstərilir.
Azərbaycanda əski çağlardan bəri daha çox qızıldan, az hallarda isə gümüşdən hazırlanan qadın boyunbağısı da "arpa" adlanmışdır. Həmin boyunbağının xırda hissələri arpaya bənzəməklə, hər birinin çəkisi də 1 arpaya bərabər olmuşdur.
Xalq çəki və ölçü vahidlərinin öyrənilməsində folklora və yazılı ədəbiyyata müraciət etmədən keçinmək mümkün deyil, çünki bu zəngin söz xəzinəsində xalq çəki və ölçü vahidləri haqqında çox geniş bilgilər var. Həmin ölçü vahidlərindən istifadə olunması XIX əsrin axırları və XX əsrin əvvəllərində eyni əhəmiyyət kəsb edirdi.
Nizami Gəncəvi "Yeddi gözəl" poemasında deyirdi:
Qadın qızıl görəndə qızıl tərəzisi kimi
Bir arpaya görə arpa önündə baş əyər.