2. Hans calls Tom //[ Hʌns cɔlsTɔm]
Bu cümlələrdə icraçı ilə obyekt yerlərini dəyişmişlər. Cümlədə sözün funksiyası onun prosodik xüsusiyyətlərinə də təsir göstərir.
/Tom calls Hans// cümləsinin tələffüzünə 1,22 san. vaxt sərf edildiyi halda, /Hans calls Tom// cümləsinin tələffüzünə 1,18 san. vaxt sərf olunmuşdur, baxmayaraq ki, hər iki cümlədə eyni leksik vahidlər işlənmişdir. Bu cümlələrdə son mövqedə işlənən sözlərdə koda elementləri fərqlidir /m/ və /s/. /s/ frikativ, /m/ isə sonor-burun samitidir. /s/ samiti /m/ samiti ilə müqayisədə davamlı tələffüzü ilə fərqlənir. Həmin cümlələrdə işlənən /Tom/ və /Hans/ sözlərindəki saitləri mövqelərindən asılı olaraq nömrələsək (cümləəvvəli mövqedəkini /ɔ/1, /ʌ/1; son mövqedəkini isə /ɔ/2və /ʌ/2). Bu halda göstəricilər aşağıdakı kimi olmuşdur.
/Tom/ /ɔ/1: t=0,1 san; i=81 db; ƏTT=211 hs;
/Tom/ /ɔ/2: t=0,5 san; i=81 db; ƏTT=225 hs;
/Hans/ /ʌ/1: t=0,14 san; i=80 db; ƏTT=129 hs;
/Hans/ /ʌ/2: t=0,12 san; i=76,3 db; ƏTT=177 hs;
Müqayisə üçün bax: Qr 12,13,14
Həmin sözlərin hansı mövqedə işlənməsindən asılı olaraq, onların nüvəsini təşkil edən saitlərin açıq və qapalılığının və sıra vəziyyətinin necə dəyişdiyi FI və FII göstəricilərində öz ifadəsini tapmışdır.
/ɔ/1 /ɔ/2 /ʌ/1 /ʌ/2
FI 963 963 931 918
FII 1321 1245 1432 1682
Strukturda baş verən dəyişikliklər fərdlərlə bağlı çalarları da özlərində əks etdirmişdir. Bütün bu xüsusiyyətlər F1 və F2-nin göstəricilərinin müqayisəsində daha aydın əks olunmuşdur.
“He comes to see me// cümləsində /see/ və /me/ təkhecalı sözləri işlənmişdir. Onların nüvəsini eyni sait /i:/ təşkil etmişdir. Hər iki heca açıq hecadır. Lakin onlar onsetə görə fərqlənirlər. /see/ sözündə bu novlu kar samit olduğu halda, /me/ sözündə bu /m/ sonor samitidir. Deməli, bu bir hecalı iki söz bir-birindən fərqli onsetə və prosodik vasitələrə, temporal, melodik və intensivlik göstəricilərinə görə fərqlənir. Bu sözlərin tələffüzündə mövqedən asılı olaraq intensivlik və əsas tonun tezliyi temporal parametrlə tərs mütənasiblik təşkil edir, çünki /see/ sözündəki /i:/-nin tələffüzündə intensivlik və əsas tonun tezliyi /me/ sözündəki /i:/-nin müvafiq parametrlərinin göstəricilərindən yüksək olduğu halda, temporal göstəricidə bu əksinədir, yəni son mövqedə /i:/-nin tələffüzünə daha çox vaxt sərf olunub.
Məs.: /i:/(see) t=0,1 san; i=70,9 db;
/i:/(me) t=0,2 san; i=68 db.
Sözün tələffüzündəki prosodik dəyişikliyi həmin sözün tələffüzündən əldə edilmiş qrafiklərdən də müəyyən etmək mümkün olmuşdur (Bax: Qr 13. /He comes me to see me// cümləsinin ossilloqramı).
Təhlil zamanı “He comes to see me” cümləsində işlənmiş “see” sözünün prosodik xüsusiyyətləri həmin sözün “I see the man” cümləsindəki variantının prosodik xüsusiyyətləri ilə müqayisə edilmişdir (Bax: Qr 11). Bu sözün hər iki variantının ossilloqramlarının təhlilindən məlum olmuşdur ki, “he comes to see me” cümləsində işlənən “see” sözü digər variantla müqayisədə daha gərgin və davamlı tələffüz olunmuşdur.
İkihecalı sözlərdə son mövqedə çıxış edən vurğulu hecanın saitinin uzun tələffüz edilməsi aşağıdakı nümunələrdə də öz ifadəsini tapmışdır.
“prestige” /pes´ti:ʒ/
“sardine” /sa:´di:n/
“marine” /mə´ri:n/
“intrigue” /intri:g/
“unique” /ju:ni:k/ və s
Bu sözlərdə vurğulu hecanın saiti /i:/ gərgin və uzun tələffüz edilmişdir.
Sözün prosodik xüsusiyyəti onun hansı cümlə tipi daxilində (nəqli, sual) işlənməsindən asılı olaraq da dəyişir. Bu məqsədlə təhlil olunmuş bu tip cümlələrin daxilində sözün prosodik vasitələrinin təsiri ilə necə dəyişdiyi /Did you ask?/ və /Yes, asked/ kimi cümlələrdə nəzərdən keçirilib. Birinci sual cümləsidir və “ask” sözü son mövqedə işlənmişdir. İkinci cümlə isə nəqli cümlədir və “asked” sözü yenə son mövqedədir. Bu sözlərin cümlədə mövqeləri eyni olsa da, cümlələr intonasiya növlərinə görə fərqli olduğundan intensivlik, əsas tonun tezliyi və temporal parametrlərin göstəriciləri fərqli şəkildə müəyyənləşmişdir. Birinci cümlədə /ask/ sözündə koda hissə /st/ elementlərindən ibarət olduğu halda, ikinci cümlədə /asked/ sözünün koda hissəsi /skt/ birləşməsindən ibarətdir. Hər iki halda /a:/ saiti reallaşmışdır. “asked” sözündəki /a:/ saitinin tələffüzündə intensivlik üzrə orta qiymət 83 db+77 db=160 db : 2 = 80db olduğu halda. Əvvəl və son fazalarda həmin saitin intensivlik qiyməti eyni olmamışdır. Sözün əvvəlində intensivlik qiyməti 83 db olduğu halda, sözün sonunda (/a:/ saitinin son fazasında) 77 db olmuşdur. Hesablama göstərir ki, saitin tələffüzündə önfazada intensivlik üzrə orta qiymətdən 3 db yüksək, sonfazada da 3 db aşağı olmuşdur (80 db – 77 db =3db).
Həmin birhecalı sözün nüvəsini təşkil edən /a:/ saitinin temporal xüsusiyyətində də cümlədə işlənmə mövqeyindən asılı olaraq, fərq müşahidə olunmuşdur.
“I am ill” və “I am ill today” cümlələrində isə eyni “ill” sözü əvvəlki nümunələrlə müqayisədə fərqli olmuşdur. Daha doğrusu, bu söz bu sintaktik vahidlərdə 1-ci vəziyyətdə cümlənin sonunda, ikinci vəziyyətdə isə sonda işlənmişdir.
“I am ill” cümləsində “ill” sözü işləndiyi sintaktik konstruksiyada informasiyanın daşıyıcısı kimi çıxış etmişdir və cümlənin rema hissəsini təşkil etmişdir. Sözün tələffüzü zamanı prosodik strukturu əks etdirən akustik göstəricilər aşağıdakı kimi olmuşdur:
/I/: t=0,09 san; i=78 db; ƏTT=187 hs. (Bax şəkil 2)
Həmin sözün cümlə ortası mövqeyindəki göstəricilərinin (“I am ill today”) fərqli olduğu müəyyən olunmuşdur:
/I/: t=0,07 san; i=74 db; ƏTT=199 hs.
Birinci vəziyyətdə “ill” sözü fonetik sözün daxilində işlənmişdir (I am ill) və fonetik sözün bütöv halda formalaşmasını təmin etmişdir. Burada “ill” sözü özündən əvvəl işlənən vurğusuz sözləri proklitik kimi öz ətrafında birləşdirmişdir. Cümlənin semantik strukturunda fokus hissə öz ifadəsini məhz bu sözdə tapmışdır. Cümlənin intonasiya strukturu bu sözün tələffüzündə öz bitkinliyini tapmışdır. Belə bir cümlənin intonasiya strukturunda çıxış edən “ill” sözünün tələffüzünə xidmət edən prosodik vasitələr cümlənin ümumi prosodik strukturuna uyğun olaraq dəyişmişdir, yəni cümlənin sonuna doğru intonasiyanın tədricən zəifləməsi, “ill” sözünün tələffüzünə də öz təsirini göstərmişdir və nəticədə, sözün tələffüzündə yaranan gərginlik və əsas tonun tezliyi zəifləmişdir. Bu da ondan irəli gəlir ki, mövqe ilə bağlı sözün tələffüzünü təmin edən prosodik vasitələr variasiya olunmuşdur. Oxşar vəziyyət /It isa bus//, /The bus comes//, /The table is black/, /It is a table/ cümlələrinin tələffüzündə də müşahidə olunmuşdur.
/I am ill// və /I see the man// kimi sintaktik vahidlərin tərkibində işlənən /I/ sözü bir fonemdən ibarətdir və ayrılıqda heca əmələ gətirmişdir. Söz bütövlükdə sədadan ibarət olub, əvvəli yüksək ton və intensivliklə başlamış və sona doğru zəifləmişdir. Fonemin özü diftonq olduğundan, iki seqment elementin vəhdətini əks etdirmişdir. Bu elementlərin hər biri müxtəlif sait fonemləri təmsil etmişlər. Ona görə də söz kimi işlənən bu fonemin tələffüzündə ön və son fazaların prosodik strukturları fərqli olmuşdur.
“cat” /kæt/ və “cap” /kæp/ sözlərinin tələffüzündən əldə edilmiş ossilloqramlar əsasında prosodik vasitələrdə baş verən dəyişikliklər təhlil olunmuşdur. Bu sözlər bir-birindən üçüncü seqmentə görə fərqlənmişlər, çünki birinci sözdə koda elementini /t/ samiti, ikincidə isə bunu /p/ samiti təşkil etmişdir. /kæt/ sözündə heca nüvəsini təşkil edən saitin temporal vəziyyəti t=0,12 san, intensivlik isə 84 db olmuşdur. /kæp/ sözündə bu parametrlərin göstəriciləri müvafiq olaraq t=0,15 san; i=84 db olmuşdur.
Fərqləri həmin sözlərin qrafiklərində də görmək mümkündür (Bax: Qr 7,15).
Həmin sözlərdə çıxış edən /æ/ saitinin formant strukturu da fərqli xüsusiyyətdə olmuşdur.
/æ/1 (cat) – FI=862 hs; FII=1930 hs;
/æ/2 (cap) – FI=1145 hs; FII=1829 hs.
“Food”, “mood”, “moon” sözlərinin tələffüzlərində onset və coda elementlərindən asılı olaraq /u:/ saitinin prosodik göstəriciləri fərqli şəkildə reallaşmışdır. Müqayisədən aydın olmuşdur ki, /m/ və /d/ samitləri arasında /u:/ saiti daha çox davamlı tələffüz olunmuşdur. Bu fonetik əhatədə onun tələffüzünə 0,24 saniyə vaxt sərf olunmuşdur. /mood/ sözündə isə /u:/ saitinin temporal göstəricisi 0,25 saniyəyə çatmışdır. Kar /f/ samitindən sonra /u:/-nun tələffüzünə sərf olunan zaman minimum səviyyəni təşkil etmişdir (0,08 san.).
Bu sözlərin tələffüzü zamanı danışıq tempində kəskin dəyişiklik olmamışdır.
“Food” sözünə ümumi halda 0,73 saniyə, “mood” sözünə 0,77 saniyə və “moon” sözünə 0,7 saniyə vaxt sərf olunmuşdur. Bu sözlərin tələffüzündə prosodik vasitələrdən hansının necə iştirak etdiyini həmin sözlərin osilloqramlarından da müəyyən etmək mümkün olmuşdur (Bax: Qr 7,8).
Ayrılıqda müstəqil söz kimi çıxış edən /mood/ sözünün temporal parametri üzrə göstəricisi həmin sözün /moonlight/ sözünün tərkib elementi kimi çıxış etmiş variantının müvafiq parametrindən çox olmuşdur. Bu fərq 0,4san : 0,28san. nisbətində özünü göstərmişdir.
İntensivlik göstəricisində isə fərq 80db : 77db nisbətində olmuşdur (Bax: Qr 16).
Çoxhecalı sözlərin strukturlarının müqayisəli təhlilindən aydın olmuşdur ki, söz daxilində işlənən eyni saitlərin akustik göstəriciləri eyni olmamışdır. Sözü təmsil edən hecaların prosodik strukturları sözün prosodik strukturu daxilində variasiya olunmuşdur.
/uncomfortable/ sözünün tələffüzündə əsas tonun tezliyinin maksimum göstəricisi ikinci heca ilə bağlı olmuşdur. Belə bir akustik dəyişiklik intensivlikdə də özünü göstərmişdir.
Temporal göstəricidəki dəyişiklik başqa formada olmuşdur, yəni bu sözün tələffüzündə birinci hecanın saitinə daha çox vaxt sərf olunmuşdur. Bu beşhecalı sözün tələffüzündə hər iki diktorun ifasında üçüncü hecanın saiti reduksiya olunmuşdur. Həmin sözün əsas tonunun tezliyi, intensivlik və temporal göstəriciləri müqayisə üçün aşağıda verilmişdir:
ʌ n ´ k ʌ m p f t ə b ə l
I d. t 0,9 0,06 0,07 0,03
ƏTT 140 160 100 80
İ 79 82 77 71
II d. t 0,1 0,08 0,05 0,04
ƏTT 130 162 128 100
İ 67 80 68 60
Əldə edilmiş faktlardan məlum olmuşdur ki, bu sözdə prosodik mərkəz ikinci hecadadır. Bu heca özündən əvvəlki və sonrakı hecalardan akustik göstəricilərinə görə fərqlənmişdir. Əsas tonun tezlik qiymətinin maksimum həddi məhz bu hecanın özəyini təşkil edən saitlə bağlıdır.
Sözün birinci və ikinci hecalarında eyni saitin işlənməsinə baxmayaraq ikinci hecada çıxış edən /ʌ/ saiti ƏTT və İ qiymətlərinə görə 1-ci hecada işlənən /ʌ/-nin göstəricilərindən yüksək olmuşdur. Bu sözün son iki hecasında da eyni /ə/ saiti işlənmişdir. Bunların da göstəriciləri fərqlidir. Pənultima kimi çıxış edən heca son hecadan ƏTT, İ və temporal xüsusiyyətinə görə fərqlənmişdir. Sözdə son mövqedə işlənən heca, sözə daxil olan digər hecalarla müqayisədə aşağı səviyyədə olmuşdur (1-ci diktor üçün: t=0,03 san; ƏTT=80 hs; i=71 db; 2-ci diktor üçün t=0,04 san; ƏTT=100 hs; i=60 db).( Bax: qr 31).
Sözün tələffüzündə ritmə əməl olunmuşdur.
Təhlil göstərir ki,“illimitableness” sözü də beş hecadan ibarət olsa da, onların prosodik xüsusiyyətləri fərqlənmişdir. Bu fərq həmin sözə daxil olan hecaların seqment tərkibləri, hecaların kvalitativ xüsusiyyətləri, heca və söz daxilində fonemlərin kombinator və distributiv xüsusiyyətləri sayəsində baş vermişdir. Bu çoxhecalı sözün birinci üç hecasının özülünü eyni [i] saiti təşkil etməsinə baxmayaraq, həmin hecaların hər birinin özünəməxsus prosodik xüsusiyyətləri olmuşdur. Baş vermiş bu dəyişiklikləri həmin sözün tələffüzü əsasında qurulmuş qrafiklərdə də görmək mümkündür.
Dostları ilə paylaş: |