Əlavə 3 azərbaycan respublikasi


İngilis dilində sözün prosodik strukturunun özəlliyi və onun eksperimental təhlili



Yüklə 465,34 Kb.
səhifə26/34
tarix05.01.2022
ölçüsü465,34 Kb.
#111963
1   ...   22   23   24   25   26   27   28   29   ...   34
3.2. İngilis dilində sözün prosodik strukturunun özəlliyi və onun eksperimental təhlili
Dissertasiyanın üçüncü fəslinin bu yarımfəslində ingilis dilində sözün prosodik strukturu eksperimental metodlardan istifadə olunmaqla təhlil olunmuşdur. Məhz burada ingilis dilində sözün prosodik strukturunun formalaşmasında hansı prosodik vasitələrin relevant əlamət kimi çıxış etməsi məsələsinə aydınlıq gətirilmişdir. Eksperimental təhlil prosodik vasitələrdən hansının dominant olduğunu aşkarlamağa imkan vermişdir. Təhlil sayəsində tələffüz edilən hər bir sözün yaranmasında seq­ment­lərlə bərabər superseqment vahidlərin də həlledici rola malik olduğu dəqiqləş­dirilmişdir. Deməli, söz o vaxt söz olur ki, o, semantik, qrammatik və prosodik xüsusiyyətlərinə görə tamamlanmış olsun. Leksik vahidlər o halda formalaşır ki, onlar fonetik cəhətdən dilin tələblərinə uyğun halda yüklənir. Prosodik vasitələr də o vaxt öz funksiyalarını yerinə yetirilər ki, orada dilin seqmentləri və onların dilin daxili qanunları ilə tənzimlənən zəncirvari düzümü mövcud olur. Məs.:

/bæd/ və /pæt/ sözlərinin təhlilindən məlum olmuşdur ki, bu sözlərdən birincisində [b], [æ] və [d] səsləri, /pæt/ sözündə isə [p], [æ] və [t] səsləri ardıcıl düzülmüşlər. Hər iki söz üç seqmentin birləşməsindən yaranmışdır və hər ikisi birhecalı sözdür. Sözlərdə eyni seqment və oxşar prosodik strukturun olması heç də o demək deyil ki, bu sözlər eyni tələffüz xüsusiyyətlərinə malikdir. Bunlar heca və morfem modellərinə görə eyni olsalar da, prosodik xüsusiyyətləri fərqlənmişdir. Hər iki sözdə hecanın nüvəsini eyni [æ] saiti təşkil etmişdir. Sözlərin birinci və üçüncü səsləri (samitlər) fərqli olub bir diferensial əlamətə, O.Yespersenin təbirincə desək, “karlıq və cingiltiliyə görəfərqlənmişlər. Heca nüvəsini əmələ gətirən [æ] saitindən əvvəl və sonra işlənən samitlərin bu diferensial xüsu­siy­yəti həmin sözlərin fərqli prosodik xüsusiyyətlərə malik olmalarına səbəb olmuşdur.



/bæd/ birhecalı sözünün tələffüzünə ümumilikdə 0,47 san. Vaxt sərf edildiyi halda, birhecalı /pæt/ sözünün tələffüzünə ümumilikdə 0,5 san. vaxt sərf edilib. Həmin sözlərdə heca nüvəsini təşkil edən [æ] saitinin tələffüzü zamanı intensivlik göstəri­ciləri heç də əvvəldən axıradək eyni olmamışdır. Saitin ön, əsas və son fazalarında göstəricilər aşağıdakı kimi olmuşdur.

önfaza əsas faza son faza

1) /æ/ (bæd) – 82,2 db 84 db 81,6 db

2) /æ/ (pæt) – 84,7 db 80,3 db 73,1 db

Birini işlətdiyimiz “ön faza əsas”, “əsas fara” və “son faza” terminləri əvəzində bəzi tədqiqatçılar “özək”, “özəkönü” və “özəksonu” terminlərindən istifadə etmişlər” [47].

Hər iki sözün tələffüzü zamanı saitin son fazasında intensivlik göstəricisi minimum səviyyədə olmuşdur. Ön fazanın göstəriciləri isə nisbətən fərqlidir, çünki 1-ci halda /æ/ saiti /b/ cingiltili samitindən, 2-ci halda isə /p/ kar samitindən sonra işlənmişdir. /p/ kar partlayışlı samitin intensivliyi özündən sonra işlənən səsin inten­sivliyinə təsir etmişdir. Ona görə də /pæt/ sözündə /æ/ saiti daha yüksək inten­siv­liklə tələffüz olunmuşdur (84,7 db). O da məlum olmuşdur ki, bu sözlərdə /æ/ saitinin orta intensivlik qiymətləri də fərqlənmişdir. Məsələn, /bæd/ sözündəki /æ/ üçün bu göstərici 82,3 db, /pæt/ sözündəki /æ/ üçün isə 79,3 db olmuşdur. Birinci vəziyyətdə /æ/ saitinin maksimum intensivlik göstəricisi əsas fazada olmuşdur (84 db).

/pæt/ sözünün tələffüzündə /p/ samitinin tələffüzü zamanı yaranan partlayışın gücü yüksək olmuşdur. /b/ samiti isə cingiltili samit olduğundan onun tələffüzündə partlayışın gücü zəif olmuşdur (bax: Qr:1). (Qrafiklər dissertasiyanın əlavə hissəsində verilmişdir.)

Qr. 1 /p ᴂ t / sözünün ossilloqramı və onun əsasında hesablanmış akustik parametrlərin göstəriciləri ( ƏTT , İ və T )


/bæd/ sözündə intensivlik əsas fazaya kimi yüksələn istiqamətdə olmuş, sonra isə sözün son fazasına doğru enmə müşahidə olunmuşdur. /pæt/ sözündə isə ön fazada inten­sivlik maksimum səviyyədə olmuş, sonra isə son fazaya qədər tədrici enmə olmuşdur.

/bæd/ sözündə /æ/ saiti cingiltili samitlər arasında işləndiyindən onun intensivlik göstəricisi /pæt/ sözündəki kar samitlər arasında işlənən /æ/ saitinin intensivlik göstəricilərindən yüksək olmuşdur. Bu fərq özünü əsas tonun tezliyinə görə göstəricilərdə də göstərmişdir. Müqayisə üçün həmin sözlərin ossiloqramalarını nəzərdən keçirmək kifayətdir. Bax Qr:1

/hɔ:n/ (horn) və /tɔ:k/ (talk) sözlərinin tələffüzündə təkhecalı sözlərdə samitlər arasında işlənən /ɔ:/1 və /ɔ:/2 saitlərinin tələffüzündə də istər intensivlik, istər əsas tonun tezliyi, istərsə də temporal göstəricilərdə fərq müşahidə olunmuşdur. Faktiki akustik dəyişikləri dəqiqləşdirmək üçün həmin sözlərin tələffüzündən əldə edilmiş göstəricilər və ossiloqramları nəzərdən keçirtmək mümkündür. Bax: Qr:2

/h or n / sözünün ossilloqramı və onun əsasında hesablanmış akustik parametrlərin göstəriciləri ( ƏTT , İ və T)


/hɔ:n/ sözünün tələffüzünə ümumilikdə 0,62 san vaxt sərf olunduğu halda, /tɔ:k/ sözündə bu göstərici 0,84 saniyəyə bərabər olmuşdur. /ɔ:/1 saitinin tələffüzünə 0,21 san., /ɔ:/2 saitinə isə 0,35 san. vaxt səf olunub. İntensivlik göstəriciləri isə /ɔ:/1 üçün – 81,35 db, /ɔ:/2 üçün isə 76 db təşkil etmişdir. Əsas tonun tezlik göstəriciləri isə aşağıdakı kimi olmuşdur:

/ɔ:/1 = 185 hs; /ɔ:/2= 148, 2 hs.

Oxşar prosodik dəyişikliklər /lu:s/, /ru:d/, /ru:t/ və s. sözlərin ossilloqrafik təhlillərində də aşkar olunmuşdur (bax: Qr: 3,4).

Sözün ayrılıqda mürəkkəb söz tərkibində və yaxud da cümlə tərkibində işlən­məsi onun prosodik strukturuna da təsir göstərmişdir. Məsələn, ayrılıqda tələffüz edilmiş “talk” sözünün prosodik göstəriciləri “I stopped to talk” cümləsində tərkib elementi kimi çıxış edən “talk” sözünün prosodik göstəriciləri ilə müqayisə edilmişdir. Müstəqil söz kimi işlənərkən /tɔ:k/1 sözünün tələffüzünə diktor 0,84 saniyə vaxt sərf etdiyi halda, cümlə daxilində işlənərkən həmin /tɔ:k/2 sözünün tələffüzünə 0,16 san. vaxt sərf etmişdir. Müəyyən olunmuşdur ki, ayrılıqda işlənən sözün tələffüzü temporal parametrə görə yuxarı göstəricili olur. Prosodik dəyişiklik həmin sözdə nüvə kimi çıxış edən /ɔ:/ saitinin tələffüzündə də baş vermişdir. Məsələn, “talk” müs­tə­qil söz kimi işləndikdə /ɔ:/ üçün t=0,35 san; i=82 db, ƏTT=148, 2 hs olmuşdur (Bax: Qr.2).

TALK / T ): K/ sözünün ossilloqramı və onun əsasında hesablanmış akustik parametrlərin göstəriciləri ( ƏTT , İ və T )


Cümlə daxilində işlənərkən onun prosodik göstəriciləri belə olmuşdur: t=1,15 san; i=76,75 san; ƏTT=140 hs. Deməli, sözün işlənmə yerindən asılı olaraq prosodik strukturu dəyişmişdir. (Bax Qr 4)


Yüklə 465,34 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin