Əlavə 3 azərbaycan respublikasi



Yüklə 465,34 Kb.
səhifə22/34
tarix05.01.2022
ölçüsü465,34 Kb.
#111963
1   ...   18   19   20   21   22   23   24   25   ...   34
2 4 1 5 3

/, p o s ə´ b ı l ı t ı/” [116, s.181].
Nümunədən aydın olmuşdur ki, bu ritmik strukturda əsas vurğulu heca 3-cü hecadır, 1-ci heca isə köməkçi vurğu daşıyır. Q.P.Torsuyevin irəli sürdüyü fikir bizim eksperiment materialımızda da öz təsdiqini tapmışdır. Buradan aydın olur ki, eyni bir sait fonem ingilis dilində gah vurğulu, gah da vurğusuz çıxış edə bilir. Şübhəsiz ki, bundan asılı olaraq, bu və ya digər hecanın söz tərkibində funksional yükü də dəyişir.

Danışıq aktında ritmik struktura söz və sözdən böyük danışıq vahidlərində (sintaqmlarda, frazalarda, cümlələrdə və s.) əməl olunur.

Dillər danışığın ritmik quruluşuna görə iki qrupa bölünür. Birinci qrupa daxil olan fransız, ispan və çoxlu hind, Afrika xalqlarının dillərində ayrı-ayrı hecaların çox və ya az konstant zaman kəsiyində tələffüz olunan vahidlərin ardıcıl işlənmə ənənəsi vardır. “Fransız dilində frazalar mənalı parçalara – sintaqmlara bölünür, bu vahidlərin də sonunda əsas aksent daşıyan söz durur və fərqli uzunluqda ola bilir. İngilis və digər german dillərində və slavyan dillərinin aid olduğu ikinci qrupda belə ənənə mövcuddur ki, ritmik yüksəlişlər – vurğulu hecalar eyni səviyyəli approksimativ zaman kəsiyində, danışıq taktları formasında bir-birlərinin ardınca növbəli düzülür” [97, s.246]. Ritmik strukturda hecaların sayı taktdan-takta dəyişir və nəticədə bu proses ayrı-ayrı hecaların, xüsusən də vurğusuz hecaların uzunluq-qısalığı ilə tənzimlənir [128, s.206-207]. “Vurğusuz hecalar dildə söz semantikasının ifadəsinə deyil, sintaktik strukturların düzəldilməsinə xidmət edir. Bu cür hecaları çox vaxt sözönüləri, artikl, şəxs əvəzlikləri, bağlayıcılar təmsil edirlər və bunlar da leksik vurğu daşımayan sözlərdir. Bu sözlər vurğulu sözdən əvvəl və ya sonra işlənməsindən asılı olaraq proklitik və ya enklitik kimi çıxış edir” [104, s.41; 46, s.143].

Bir sinsemantik sözün avtosemantik sözlə birləşməsi adətən fonetik söz adlandırılır. Vurğusuz element vurğuludan əvvəl gələndə proklitik, sonra gələndə isə enkliftikdən (və onlar transkripsiyada qövs işarəsilə birləşirlər) söhbət gedir. Müq et: “in the room”(otaqda), “on the table”(stolun üstündə) “настоле”, auf dem Tisch (stolun üstündə) və s.” [46, s.143].

Azərbaycan dilçiliyində hecanın söz daxilində ritmik xüsusiyyətlərinə dair Ə.Dəmirçizadənin irəli sürdüyü fikirlər daha çox maraq doğurur. Onun fikrincə, ”heca haqqında məlumat verilərkən, onun hansı üslub şərtlərində tələffüz edildiyi nəzərə alınmalıdır ”[18, s.175].

Azərbaycan dilində söz daxilində iki sait arasında işlənən samitlərin sayından asılı olaraq, hecaların ritmik bölgüsünə dair A.Axundovun da irəli sürdüyü fikirlər maraq doğurur, çünki burada Azərbaycan dilində işlənən alınma sözlərin hecalan­masından bəhs olunmuşdur. Bu haqda o, özünün “Azərbaycan dilinin fonetikası” əsərində yazmışdır ki, nitq axınında iki sait arasında dörd samit olduqda samitlər hecalar üzrə iki cür bölünür:



1)Alınma sözün daxilində yanaşı dörd samitdən ikisi əvvəlinci saitlə, ikisi sonrakı saitlə qovuşur: abs-trakt;

2) Üç yanaşı samitlə bitən alınma sözə samitlə başlanan şəkilçi bitişdirildikdə də üç yanaşı işlənən samit əvvəlki hecanın tərkibində qalır: şvarts+dan.

Nitq axınındaiki sait arasında iki samit olduqda bu samitlərdən biri əvvəlinci, digəri ikinci saitə qoşulur. Bəzi hallarda bu vəziyyət pozulur. Əgər samitlərdən biri kar, ikincisi sonor samit olarsa, belə samitlər bərabər bölünmür. Kar səs özündən sonra işlənən sonor samitlə birlikdə ikinci saitin düzəltdiyi hecaya daxil olur. Məs.: hid-ro-plan.

İki sait arasında gələn üç samitdən birincisi əvvəlki, ikinci və üçüncü isə sonrakı saitə qoşulmuş halda hecalara bölünür. Məs.: sen-tyabr; ak-tyor və s.” [6, s.270].

Dilimizdə hecaların bəzi növləri sabit deyil. Onlar müxtəlif fonetik vəziyyətlərə düşdükdə dəyişir və hecanın başqa növlərinə çevrilir. Məs.:

əl – ə+lim; ox – o+xun; üst – üs+tü; sol – so+la və s.

Bu səbəbdən də, demək olar ki, ingilis və Azərbaycan dillərində hecanın sərhədi söz və morfem sərhədi ilə üst-üstə düşməyə bilər. Bunların müəyyənləşdirilməsi nitq ritminin təbiətinin öyrənilməsi ilə bağlı hadisədir və bunun özü də ayrıcı tədqiqat tələb edir. Burada yalnız sözün prosodik strukturunun formalaşmasında prosodik vasitə kimi ritmin də iştirak etdiyi şərh olunmuşdur.



Yüklə 465,34 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin