Əlavə 3 azərbaycan respublikasi



Yüklə 465,34 Kb.
səhifə21/34
tarix05.01.2022
ölçüsü465,34 Kb.
#111963
1   ...   17   18   19   20   21   22   23   24   ...   34
ingilis dilində: beat [bi:t]; bit [bıt] (qalib gəlmək), (parça)

sheep [i:p]; ship [ıp] (qoyun), (gəmi)

pot [pot]; poot [pɔ:t] (qazan), (quru)

shot [ot]; short [ɔ:t] (atəş), (qısa)

cut [kʌt]; cart [ka:t] (kəsmək), (araba)

much [mʌt]; March [ma:t] (çox), (mart)

pool [pu:l]; pull [pʊl] (hovuz), (çəkmək)

fool [fu:l]; full [fʊl] (axmaq) , (tam)

alman dilində: Staat [ta:t]; Stadt[tat] (dövlət) ,(şəhər)

Beet [be:t]; Bett [bεt] (lək), (çarpayı)

Kahn [ka:n]; kann [kan] (gəmi), (bilmək,bacarmaq modal

feilinin indiki zamanda I şəxsi)

Ofen [o:fən]; offen [ɔfən] (ocaq), (açıq)

Miete [mi:tə]; Mitte [mıtə] (kirayə), (orta)

Ratten – raten (siçovul), (məsləhət vermək)

Füllen – fühlen və s. (doldurma), (hiss etmək)

Şübhəsiz ki, qeyd olunan bu nümunələrdə uzunluq əsas differensial əlamət kimi çıxış edir və qarşılaşdırılan bu sözlər məhz bu distinktiv əlamətə görə fərqlənir. Elə bu əlamətin olub-olmaması həmin sözlərin məna strukturlarında dəyişikliyə səbəb olur. Lakin onu da qeyd edək ki, bu uzun saitli hecaların özləri də mövqedən və fonetik əhatədən asılı olaraq müxtəlif uzunluqda tələffüz olunur.

İngilis və alman dilləri üçün xarakterik olan bu kvantitativ xüsusiyyət Azərbaycan dili üçün yaddır. Lakin bunun özü də Azərbaycan dili fonologiyasında mübahisəli bir problemdir. Bəzi dilçilər (A.Axundov) Azərbaycan dilində uzun sait­lərin işləndiyi fikrini söyləsələr də, bəziləri (Ə.Dəmirçizadə) bu fikri inkar edir. Azər­baycan dilində yalnız alınma sözlərin daxilində uzun saitə rast gəlmək mümkündür. Məs.:

mədəni (davranış, hərəkət, irs və s.)

mədəni (məkan) (yoxladılar).

Şübhəsiz ki, fonem səviyyəsində özünü göstərən temporal fərqlər, daha sonrakı vahidlərin (heca, söz və s.) temporal xüsusiyyətlərinə təsir göstərir.

Lakin sözün prosodik strukturunda temporal parametri ilə bağlı baş verən dəyişikliklər, xüsusən, Azərbaycan dilində fonetik səviyyədə baş vermiş dəyişiklik­lərdir. Sözün prosodik strukturu deyər­kən, əsasən, eyni sözün mövqedən və vurğudan asılı olaraq, dəyişməsi nəzərdə tutulduğundan, temporal parametrdə baş verən dəyişikliklər də bu cür qəbul olunmalıdır.

Söz daxilində seqmentlərin düzümündən və onların kombinator və distributiv xüsusiyyətlərindən, hecaların növ xüsusiyyətlərindən asılı olaraq sözün temporal strukturu müxtəlif dərəcədə dəyişikliklərə məruz qalır. Ədəbi dildə hər bir sait tələffüz zamanı danışandan və situasiyadan, fonetik əhatədən asılı olaraq, temporal xüsusiyyətini dəyişir. İngilis dili fonemlərinə həsr etdiyi “Fonema” əsərində S.E.Poladova qeyd etmişdir ki,ingilis dilində hər bir saitin özünəxas temporal əlaməti olur. Məsələn, ingilis dilində /i:/ saiti uzun, gərgin, ön sıra və yüksək yüksəlişli səsdir. Kəmiyyətcə bu saitə oppozisiya təşkil edən [ı] saiti qısa və gərginsiz tələffüz olunur [117, s.48-49]. İngilis dilində /i/ saitinin ikili tələffüzü, onun Azər­bay­can dilində mövcud olan /i/ saitindən fərqləndirir. İngilis dilində tələffüz prosesində uzun və qısa saitlərin qarşılaşdırılması, yəni birinin əvəzində digərinin tələffüz edilməsi yolverilməzdir [e]. Fonemi ingilis dilində qısa və qeyri-gərgin tələffüzü ilə fərqlənir. Məsələn, head /hed/ (baş); pat /pet/ (astadan əl çalma); land /lend/(borc vermək) və s. İngilis dilində mövcud olan /ʊ/ və /u:/ fonemləri də bir-birindən kvantitativ və buna uyğun olaraq yaranan gərginliyə görə fərqlənirlər. Biz burada ingilis dilində bütün uzun və qısa saitlərin temporal xüsusiyyətləri haqqında ümumiləşdirilmiş məlumat verdik. Bunların eksperiment materiallarından necə müşahidə olunduğu haqqında III fəsildə daha geniş məlumat veriləcəkdir. “German dillərindən olan alman dilində kəmiyyət və keyfiyyət parametrləri bir-biri ilə əlaqədə olur” [204, s.24]. Ümumilikdə, qapalı saitlər uzun, açıq saitlər isə qısadır. Sözlərin hansı heca modellərindən (CV, VK, VCV, CVC və s.) ibarət olması sözün temporal xüsusiyyətlərinə təsir göstərən amillər­dəndir. Əsas tonun tezliyi və intensivlik parametrlərindən fərqli olaraq temporal parametri fonemlərdən başlayaraq, ən böyük sintaktik vahidlər üçün xarakterikdir.

Təcrübə göstərir ki, istər heca, istərsə də söz daxilində sait səslər kəmiyyət parametrinə görə samitlərlə müqayisədə uzun olur. L.V.Bondarko təcrübi yolla belə bir qənaətə gəlmişdir ki, insanın eşitmə orqanı 30-50 ms uzunluğunda olan səsləri eşidib təhlil etmək iqtidarındadır [76, s.19].

Artıq sübut olunmuş faktdır ki, qısa saitlər yalnız samitlərdən əvvəl gəlir [41, s.243].

Bu, o deməkdir ki, hər bir dildə qısa saitlər üçün qapalı heca xarakterikdir.

İngilis, alman, və holland dillərinin materialları əsasında uzun heca daşıyıcısı kimi fonetik hadisədən bəhs etmiş N.S.Trubetskoy yazmışdır ki, bu dillərdə başqa bir mənzərənin şahidi oluruq.

Kəmiyyət qarşılaşması açıq auslautda neytrallaşır. Özü də açıq vurğulu auslaut hecalarında yalnız uzun sait fonemlər gəlir. Ona görə də burada qısa deyil, uzun heca daşıyıcıları əlamətsiz korrelasiya üzvləri kimi götürülə bilərlər.

Beləliklə, burada söhbət bir tərəfdən yalnız normal, tam sona qədər səslənən sait fonemlər arasındakı qarşılaşmadan gedirsə, digər tərəfdən öz axarında sonra gələn samitin gəlməsilə kəsilən, dayandırılan sait fonemlər arasındakı qarşılaşmadan gedir. Özü də “hecanın kəskin şəkildə dəyişməsi” korrelyasiyasının əlamətidir. Bu cür heca kəsiyi korrelasiyasında uzunluq “tam, maneəsiz sait axarının və qısalıq isə yalnız sonda gələn samitlə sait axarının dayandırılmasının ifadəsidir” [41, s.242]. Deməli, bəzi dillərdə temporal komponent relevant xüsusiyyət kimi prosodik əlamət funksiyasını yerinə yetirdiyi halda, bəzi dillərdə bu irrelevant xüsusiyyət kimi çıxış edir.

Sözün prosodik strukturunda temporal əlamətin funksional yükünü müəyyənləş­dirmək üçün, nitq prosesində reallaşan səslərin uzunluğuna əsaslanılmalıdır. Səsin uzunluğu fonetik şərtlərlə bağlı olur, daha doğrusu, fonetik mövqedən asılı olur. Səsin uzunluğu əksər hallarda hecanın açıq və qapalı olmasından asılıdır” [97, s.187]. “Saitin uzunluğuna əvvəl və sonra işlənən samitlərin xarakteri də (kipləşən, novlu, kar, cingiltili) təsir göstərir. Bu halda saitdən sonra neçə samitin işlənməsi də əsas amillərdəndir ” [20, s.187].

K.Kohler hesab etmişdir ki, ingilis dilində söz daxilində saitlərin kəmiyyət parametrlərinə novlu və kipləşən kar və cingiltili samitlər müxtəlif səviyyələrdə təsir göstərir [170, s.111]. Bunun üçün o, /bi:d/ (bead) – (diyircək) və /bit/ (bit)- (parça) sözlərində tələffüz olunan /i/ və /ı/ saitlərinin kəmiyyət xüsusiyyətlərini müqayisə etmişdir. Kəmiyyət dəyişməsinə keyfiyyət dəyişikliyi ilə yanaşı onlarla əlaqədə olan kar /t və cingiltili /d/ samitlərinin də az rolu olmamışdır. Onu da əlavə edək ki, “saitlərin kəmiyyət xüsusiy­yətləri ilə bağlı qanunauyğunluq yalnız ingilis dili üçün səciyyəvi deyil, belə bir kəmiyyət variasiyası dünyanın əksər dillərində müşahidə olunmuşdur” [170, s.111].

İngilis dilində müxtəlif kommunikativ vahidlərin temporal xüsusiyyətlərini təhlil edən T.A.Brovçenko belə qənaətə gəlmişdir ki, kommunikativ vahidlərin özlərinə məxsus temporal əlamətləri vardır. Bu əlamətlər dil vahidinin ön və son hissələrinin sayəsində formalaşır. İngilis dilində saitlərin temporal xüsusiyyəti relevant əlamətdir [78, s.90-91].

İntensivlik parametrində olduğu kimi, uzunluq və qısalıq da müəyyən mənada saitin tipindən asılıdır. O.Yespersen dildə “kəmiyyət qanunu”nu işləyib hazırlamışdır. Bu qanununa görə, “danışan bildikdə ki, o, uzun səs sırasını tələffüz etməlidir, tempini artırır” [167, s.175]. Bununla da o, Raskın Danimarka dilində “far” sözündə saitin “fare” sözündəkinə nisbətən uzun tələffüz edilməsi, Saitin isə “tail” sözündəki diftonqun “tailor” sözündəki diftonqa nisbətən davamlı olduğu, eləcə də Siversin “fahl” sözündəki /a:/ saitinin “fahle” sözündəki /a/-dan, bunun da öz növbəsində “fahlere” sözündəki /a/-dan uzun tələffüz edilməsi haqqındakı fikirlərinə aydınlıq gətirmişdir [167, s.176]. Analoji hadisə ingilis və Azərbaycan dillərində də müşahidə olunmuşdur. Bunun üçün biz eksperiment zamanı eyni kökdən əmələ gələn sözlərin temporal göstəricilərini müqayisə etmişik. Məsələn, “ək”, “əkin”, “əkinçi” və s. İngilis dilində də oxşar nümunələr təhlil olunmuşdur. Məsələn: moon /mu:n/ (ay), moonlight (ay işığı). Bu nümunələrdən birincidə “moon” təkhecalı sözü ayrılıqda, yəni simpleksaksent daşıdığı vəziyyətdə, ikinci halda isə “moonloght” sözünün birinci komponenti kimi, yəni initialaksent daşıyıcısı kimi çıxış etmişdir. Bu fonetik hadisə ilə bağlı aparılmış təhlillərin nəticələri üçüncü fəsildə daha geniş şərh olunacaqdır.

Lakin onu da qeyd edə bilərik ki, ümumi fonetik nöqteyi-nəzərindən uzunluğun müəyyən növlərinin müəyyənləşdirilməsi elə də asan problem deyil. Elə buna görə də O.Yespersenin irəli sürdüyü: çox qısa, qısa, yarımuzun, uzun, çox uzun kimi növlərin mövcudluğu şübhə doğurur. Bu da ondan irəli gəlir ki, hələlik fonetika bu və ya digər seqmentin minimum və maksimum kimi hansı uzunluqda olmasına tam aydınlıq gətirməmişdir.

Fonematiklik baxımından hər bir dil üçün saitlərin uzunluq məsələsi ayrılıqda həll olunmalıdır. Çünki bütün dillərin fonoloji sistemlərində buna ehtiyac duyulur. Çox halda uzunluq yalnız saitə məxsus xüsusiyyət kimi nəzərdən keçirilir. D.Counza görə “ingilis dilində /i:/ və /ı/ saitlərindən birinci uzun, keyfiyyətinə görə isə dəyişkən, ikinci /ı/ saiti isə qısa və açıq saitdir. L.R.Zinder Counzun bu fikrinə əlavə edərək göstər­mişdir ki, bu saitlər eyni fonemin mövqe ilə bağlı allofonlarıdır [97, s.188]. Bununla belə fonemin uzunluq və qısalığının əksər dillərdə fərqləndirici əlamət kimi çıxış etməsi dilçilik ədəbiyyatında qeyd olunmuşdur. Hətta onun müəyyən bir vurğu ilə mümkünlüyü də qeyd olunmuşdur [97, s.188]. Bu və ya digər dillərdə uzun, qısa saitlərin olması mübahisəli olmuşdur. Bu da ondan irəli gəlmişdir ki, uzun sait iki fonemin birləşməsidir (bu halda uzunluq fonematik deyil), yoxsa ki, uzun sait bir fonem kimi qəbul olunmalıdır (bu vəziyyətdə uzunluq fonematik əlamətdir). Deməli, iki səsin yanaşı işlənməsi və səs birləşməsi yaratması, heç də həmin səsin uzunluğunun relevantlığından xəbər vermir. Burada əsas məsələ müəyyən bir fonemin uzunluğundan gedir. Bu məsələnin həllində əsas kriteriya kimi morfoloji prinsip nəzərə alınmalıdır. Əgər morfoloji sərhəd səsin ortasından keçirsə, bu zaman söhbət bir fonemdən deyil, fonem birləşməsindən gedir. İngilis və alman dillərində bəzi dillərdən (Azərbaycan, rus) fərqli olaraq, uzun saitlər eyni bir morfemin tərkibində işlənir. Məs.:

ingilis dilində: /bi:t/, /i:p/, /fu:l/ (qalib gəlmək, qoyun, axmaq)və s.

alman dilində: /be:t/, /ta:t/ (lək, dövlət) və s.

Belə vəziyyətdə biz kommunikativ prosesdə uzun saitin uzunluğunun müxtəlif xüsusiyyətlərindən danışa bilərik. Azərbaycan dilində isə bu başqa formadadır, çünki bu dildə uzun saitlər ayrıca fonem kimi mövcud olmadığından, burada qısa saitlərin fərqli uzunluqda tələffüzünün reallaşması faktını göstərmək olar. Sözün prosodik strukturunun temporal parametrində baş verən dəyişikliklər daha çox başqa vahidlərlə əlaqəli münasibətdə özünü göstərir. Ona görə də S.Cəfərov yazmışdır ki, söz dil vahidi kimi öz təbiətinin dolğunluğunu və həqiqi mənasını əlaqəli nitq daxilində büruzə verir[15, s.12].

Təcrübə göstərir ki, sözlərin temporal parametri danışandan-danışana fərqli şəkildə olur. Dildə seqmentlərin uzunluğuna təsir edən amillərə münasibət bildirən K.J.Kohler qeyd etmişdir ki,bu prosesdə əsas qanunauyğunluq ondadır ki, seqmentlər onların tələffüzündə bir səsdən digər seqmentin tələffüzünə keçən yolu nə qədər geniş olarsa, bir o qədər uzun olur [170, s.110].

Araşdırmalardan aydın olur ki, müxtəlif dillərdə sözlərin prosodik strukturla­rının formalaşmasında temporal parametrin rolu eyni səviyyədə olmamışdır.

Prosodik kəmiyyət əlaqələrinin tədqiqi onu təsdiq edir ki, bəzi dillərdə ən kiçik prosodik vahid heca, digərlərində isə mordur və buna müvafiq olaraq dillər hecalı və morlu dillərə bölünür. Prosodem termini ilə müvafiq dildə ən kişik prosodik vahid, hecalı dillərdə heca, morlu dillərdə isə mor nəzərdə tutulur. Prosodik əlamətlər diferensial və yanaşma əlamətlərinə bölünür. Diferensial əlamətlərlə prosedemlərin özləri fərqlənir, yanaşma əlamətlərilə isə prosedemlərin özləri deyil, sonra gələn fonoloji elementə müxtəlif yanaşma (birləşmə) növü ifadə olunur” [41, s.247]. Prosedemlərin fərqləndirilməsi hecalı dillərdə intensivliklə, morlu dillərdə isə tonun yüksəkliyi ilə baş verir. Hər bir prosedemin də öz diferensial əlaməti mövcuddur.

Hələ keçən əsrin əvvəllərində türk dillərində sait və ya samitlərin müəyyən təsirlər sayəsində variasiya olunduğu qeyd edilmişdir “[41, s.18-19]. Dildə variasiya hadisəsi müasir dilçilikdə aktual hadisələrdən biridir.

Sözün prosodik strukturunun formalaşmasında iştirak edən prosodik vasitələr arasında tempin rolu da nəzərə alınmalıdır. Hər bir dil vahidi müəyyən tempə əməl olunmaqla tələffüz olunur, çünki danışıq aktında iştirak edən hər bir adresant və adresatın özlərinə xas danışıq tempi mövcuddur. Dilçilik ədəbiyyatında “temp danışıqda zaman parametrindən normal şəkildə istifadə” kimi şərh olunmuşdur”[20, s.295]. A.S.Hornbi də sözün prosodik strukturunda nitqin tempinin də rolunun az olmadığını qeyd etmişdir[166, s.167]. Danışıq tempi ünsiyyətdə olanların dilə nə səviyyədə bələd olmalarından da asılıdır.

D.Counzun hesablamalarına görə, ingilis öz ana dilində danışanda orta hesabla 1 dəqiqədə 2000, müvafiq olaraq 1 saniyədə 5 heca tələffüz edir. Lakin bu göstəriciyə heç də bütün dil daşıyıcıları bərabər səviyyədə əməl etmir. Danışıq aktında baş verən bütün bu dəyişikliklərə nitqlə bağlı elm sahəsi aydınlıq gətirir. Danışıq tempi ifadə edənin prosodik strukturuna təsir göstərdiyi kimi tempin də reallaşmasına, onun sürətli və ya zəif templi olmasına müəyyən faktorlar öz təsirini göstərir. Məsələn, danışanın danışıq qabiliyyəti, informasiya mübadiləsinin həsr olunduğu mövzu, danışanın psixoloji və sosial durumu, danışanın mövzuya nə səviyyədə bələd olub-olmaması və s. Müəyyən bir dildə danışanlarda tempin eyni olduğunu düşünmək düzgün olmazdı. Lakin bu, heç də o demək deyil ki, bu və yaxud digər dildə danışıq aktında nitqin tempinin tənzimlənməsi üçün qaydalar sistemi yoxdur. Digər prosodik vasitələrdə olduğu kimi nitqin temp strukturu da dilin qanunauyğunluqları əsasında yerinə yetirilir. Ümumiyyətlə, prosodik vasitələr deyərkən canlı danışığa aid olan, yazıda isə işlənilməyən vasitələr nəzərdə tutulur. Temp də danışıqla bağlı olduğundan, o da prosodik vasitələrdən biridir.

O.fon Essen danışıqda reallaşan tempi belə izah etmişdir ki, o (temp – S.Q.), “danışan tərəfindən nitqin dinamik və melodik xüsusiyyətlərə görə formalaşdırılması vasitəsidir ” [198, s.177].

Danışıq tempi danışanın artikulyator xüsusiyyətləri ilə əlaqəlidir. Danışıq tempinin müəyyənləşdirilməsi üçün ilk növbədə, O.fon Essenin qeyd etdiyi kimi, saniyə ərzində tələffüz edilən səslərin orta qiyməti müəyyənləşdirilməlidir. Aparılmış təhlillərdən məlum olmuşdur ki, “mətnin məlum və yaxud qeyri-məlum olması danışanın nitqinin tempinə təsir göstərmişdir. Danışan məlum mətni daha yüksək templə tələffüz etmişdi [198, s.176]. Danışıq tempi əsasən ya sürətli, ya da asta formada özünü göstərir. Danışıq situasiyasından asılı olaraq, temp variasiya olunur. Məsələn, mühazirənin oxunmasında asta tempdən istifadə olunduğu halda, gündəlik həyatımızda insanlar arasında hər hansı bir söhbətdə nisbətən sürətli tempdən istifadə olunur. Şübhəsiz ki, məruzənin hansı şəraitdə keçməsindən də asılı olaraq, danışıq tempi də dəyişilir. Hətta danışıq tempinin zamanla əlaqədar dəyişilməsinə dair də müəyyən fikirlər mövcuddur. Məsələn, “XX əsrdə insanlar XIX əsrlə müqayisədə yüksək templə danışmışlar” [97, s.276]. Ünsiyyət iştirakçılarının yaş xüsusiyyəti də (cavan, qoca) danışıq tempinə təsir göstərən amillərdəndir. Tələffüz olunan sözlərin danışıq aktındakı funksiya­sının da tempə təsiri olur. Aparılmış təcrübələr göstərir ki, “köməkçi sözlər əsas söz­lərlə müqayisədə sürətli tələffüz olunmuşdur. Mənalı sözlərdən də cümlə daxi­lində funksional və informativlik cəhətdən daha vacib olan söz də nisbətən asta templə tələffüz edilmişdir” [97, s.276]. Cümlədə son mövqedə işlənən sözün tələffü­zündə tempin zəifləməsi həmin cümlənin sona çatdığına işarədir.

Qeyd olunan prosodik vasitələrlə yanaşı sözün prosodik strukturunun formalaşmasında ritmə əməl olunması məsələsinə aydınlıq gətirilməsi də vacibdir.

Sözün prosodik strukturunun formalaşmasında ritmin rolu xüsusi qeyd olunma­lıdır, çünki bu, dildə ritmin oynadığı rolla əlaqədardır. Ritm özlüyündə insanın biolo­gi­yası ilə bağlı hadisədir. İnsanın həyat funksiyası və psixologiyası ritmik xarakterlidir. Buna misal olaraq insanın ürəyinin ritmik döyünməsini, nəfəs almasını, getməsini, yüyürməsini, rəqs etməsini göstərmək olar. Ona görə də insanlar onları əhatə edən aləmdə hadisələri ritmik cəhətdən şərh etməyə, təkrarlamağa meyillidir. Hətta hər bir kəs öz yaşadığı şəhərin nəbzini və ritmini müəyyənləşdirir. Hətta insan özünün koqnitiv fəaliyyətində, yəni musiqi və şeir yaradıcılığında da ritmə əməl etmiş olur, eləcə də bunlara qarşı onda güclü həssaslıq yaranmış olur.

Məlum məsələdir ki, hecalı dillərdə danışıq taktının uzunluğu hecaların sayından asılı olur. Müxtəlif mətnlərdə danışıq taktında işlənən hecaların sayı variasiya olunur, bununla bərabər danışıq taktının uzunluğu da variativ xarakterli olur. Bu zaman danışıq taktında hecalar ona görə reduksiya olunmur ki, əsas vurğular arasında bərabər ölçülü məsafəyə əməl olunsun, həm də uzunluqlarına görə stabil hecaların sayının konstant qalması vacibdir. Müşahidələrdən məlum olur ki, ünsiyyət vasitəsi kimi istifadə etdiyimiz hər bir dil başqa dillərdən, qeyd olunmuş seqment və superseqment vasitələrlə yanaşı, ritmə görə də fərqlənir. İngilis və Azərbaycan dillərində danışan hər bir kəs məlumatı ötürmək üçün heç də sintaktik konstruksiyaları bir dəfəyə fasiləsiz tələffüz etməyə qadir olmadığından, bu vahidlər dilin ritmik xüsusiyyətləri əsasında bölünmüş vəziyyətdə tələffüz olunur və nəticədə ifadə olunan fikir asan başa düşülür.

Dildə ritm deyərkən tələffüz edilən və qavranılan fonetik hadisələrin və ya vahidlərin müəyyən qaydalara əməl olunmaqla ayrılan zaman bölgülərinin ardıcıllığı başa düşülmüşdür” [182, s.236]. “Ritmik əlamətlərinə əsasən dillər tipoloji xüsusiyyətlərinə görə: vurğulu sayılan (stress timed), hecalı sayılan (syllable timed) və morlu sayılan dillərə bölünür” [183, s.236]. Bu da onu göstərir ki, mor heç də hecaya bərabər vahid deyil. Bunlar onunla fərqlənirlər ki, nəzərə çarpdırılan vahidlər, yəni vurğulu hecalar, ayrı-ayrı hecalar, daha doğrusu, ayrı-ayrı morlar zaman baxımından bərabər ölçülü olub, bir-birinin ardınca işlənirlər (İsochroniehypothese).

German dilləri qrupuna daxil olan alman və ingilis dillərində qəbul olunmuş və hamı tərəfindən gözlənilən ənənə var ki, “tələffüz zamanı vurğusuz hecalar geniş miqyasda qısaldılır. İfadə daxilində və ya çoxhecalı sözlərdə belə vurğusuz hecaların çoxu iki vurğulu heca arasında işlənmişdir” [190, s.490; 192, s.50-51]. Belə bir fonetik dəyişiklik hecaların qısaldılması ötəri-neytral [ə] saiti olan hecalarda özünü daha aydın göstərir. Hər iki dildə sürətli danışıqda bu dəyişiklik daha tez-tez baş verir. Məsələn, alman dilində “gibt es” əvəzində /gibt’s/ (var ) forması işləndiyi kimi, ingilis dilində də “got an apple” (bir alma var) əvəzində /gɒt n æpl/. Azərbaycan dilində də “pişik” və “bıçaq” sözləri danışıq zamanı 1-ci hecadakı saiti itirir və sözlər bir hecalı kimi tələffüz edilir.

Səslərin reduksiya olunub-olunmaması sözlərin ritmik strukturlarının nizamlan­ma­sına təsir göstərir. Hecaların söz daxilində birləşməsində ritmik rasterə əməl olunur.

İngilis dilində çoxhecalı sözlərdə vurğulu-vurğusuz hecalar bir-birini əvəz etmək­lə ritmik strukturun əsasını yaradır. Dördhecalı xarici mənşəli sözlərdə də bu ritmik struktura əməl olunur” [128, s.180]. Fransız dilindən ingilis dilinə keçmiş üçhecalı sözlərdə ilk anda vurğu son hecada olsa da, sonradan ingilis dilinin ənənəsinə uyğun olaraq vurğu birinci heca üzərinə keçir. Bununla da ingilis dili üçün xarakterik olan ritmik struktura əməl olunur. Məsələn, “radical” sözündə ilk vaxtlar vurğu son hecanın üzərinə düşmüşdür. Bu vurğu gözlənilməklə, sözün birinci hecası da vurğulu tələffüz edilmişdir. Beləliklə, vurğulu və vurğusuz hecanın bir-birlərini əvəz etməsi sayəsində həmin sözün /´rædıkl/ ritmik strukturu formalaşmışdır. Onu da qeyd edə bilərik ki, hər bir dildə kommunikativ prosesdə bu və ya digər heca və yaxud söz kontekst və situasiyadan asılı olaraq vurğulu və ya vurğusuz kimi çıxış edə bilir. Bu xüsusiyyət fonemə də aiddir, çünki eyni fonem də danışıq prosesində vurğulu və vurğusuz mövqelərdə işlənir. Məs.: Azərbaycan dilində “südçülük” sözündə /ü/ saiti 3 dəfə təkrarlanmışdır. Bununla belə hecanın strukturundan asılı olaraq onların akustik parametrləri fərqlidir. Onlardan 3-cü /ü/ saiti vurğulu olduğu halda digər mövqelərdə işlənən /ü1/, /ü2/ səsləri vurğusuz hecalarda işlənmişdir. Burada sözün ritmik strukturunun onun morfem strukturuna uyğun olaraq modifikasiya olunduğu müşahidə olunmuşdur (Bax:qr.31).

Çoxhecalı sözlərdə ritmin quruluşunu şərh etməyə çalışmış Q.P.Torsuyev bunun üçün “possibility” (imkan) və “simlicity” (sadəlik) və s. kimi sözlərin təhlilini aparmışdır.Müəllifin fikrincə, “possibility” sözündəki hecaların ritmik düzülüşü aşağıdakı kimi olmuşdur:


Yüklə 465,34 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin