Əlavə 3 azərbaycan respublikasi



Yüklə 465,34 Kb.
səhifə20/34
tarix05.01.2022
ölçüsü465,34 Kb.
#111963
1   ...   16   17   18   19   20   21   22   23   ...   34
2. Yüksək enən / ̀two/; (iki) şagird eşitməzliyə vurub soruşur.

3. Enib-qalxan: / ˇtwo/; (iki) (üç, dörd) müəllim təkrar edir.

4. Alçaq qalxan /two/ (iki) təəccüblə soruşur, niyə iki.

5. Yüksək qalxan /´two/ (iki) qətiyyətlə bildirilən qiymət

6. Qalxan-enən /ˆtwo/ (iki) (ikidir ki, iki, bunun o yanı, bu yanı yoxdur” [19, s.179].

Sözün prosodik vasitələrinin tərkib elementlərindən biri də intensivlikdir. Sözü əmələ gətirən hecaların heç də hamısı eyni intensivliyə malik olmur. Tələffüz zamanı hecaya daxil olan sait və samitlərin xüsusiyyətlərindən asılı olaraq, hecaların intensivlik xüsusiyyətləri fərqli olur. Hecaların tələffüzündə yaranan fərqli intensivlik xüsusiyyətləri sözlərin prosodik strukturunda intensivlik parametrlərinin də dəyişmə­sinə səbəb olur. Söz prosodikasının müxtəlif vasitələrindən biri də onun intensivliyini əks etdirən amplitudların fərqli olmasıdır.

İngilis dilində hecanın növü həmin hecanın nüvəsini təşkil edən saitin tələffüz xüsusiyyətləri ilə bağlı olur. İngilis dilinin əsasən formalaşmış səs sisteminin qayda­larına əsasən fasilədən əvvəl qısa bərabərsəviyyəli [e], [æ], [ɔ], [ʌ] saitlərin işlənməsi yol verilməzdir. Onlar həmişə samitlə bitir. Məsələn, [bed], [bæd], [pɔt], [kʌt], bu saitlər yalnız qapalı hecalarda işlənir. Bu cür hecalarda samitlər həmişə qeyd olunan saitlərin daxil olduğu hecalarda son mövqedə işlənir. Bütün digər diftonqlar və monoftonqlar isə ingilis dilində açıq və qapalı hecalarda işlənə bilir. Məs.: [bi:], [bı:], [fa:], [fa:m], [sɔ:], [sɔ:t] və s. [128, s.175].

Söz daxilində samit monoftonq və ya diftonq arasında – inlautda işlənərsə, bu samit ya özündən əvvəlki, ya da sonrakı hecaya aid ola bilir. Ancaq tələffüz zamanı bu samit, əsasən, özündən sonrakı hecaya aid olur, onunla birlikdə tələffüz olunur. Hansı model hecanın tələffüz edilməsindən asılı olaraq (VK, KV və s.) samitlərin və saitlərin tələffüzündə akustik parametrlərə görə tələffüz prosesində [e], [æ], [ɔ], [ʌ] saitlərini özlərindən sonra işlənən samitdən ayırmaq qeyri-mümkündür. Bunun üçün bu saitlərin tələffüzündə temporal parametrə diqqət yetirilməlidir, əks halda səsin uzun tələffüzü, adi normal tələffüz qaydasından fərqli olur”[116, s.176]. Birhecalı sözlərdə samitlər arasında saitin ön və son fazasında baş verən prosodik dəyişiklik samitlərin akustik parametrləri ilə əlaqədə variasiyaya uğrayır.

İngilis dilində söz vurğusunun təbiətcə güc, yəni dinamik (intensivlik) vurğulu olduğu, dilçilik ədəbiyyatında qeyd olunub” [128, s.179].Bu da onunla izah olunur ki, söz vurğusunun reallaşmasında intensivlik parametri dominant faktor kimi çıxış edir.

Hecanın və yaxud həmin hecanın özəyini təşkil edən saitin intensivliyi deyərkən, R.Konrad səsin gücünü nəzərdə tutmuşdur.” Səsin gücü öz növbəsində nəfəsvermə zamanı hava təzyiqi ilə müəyyənləşir” [174, s.102]. Hər hansı bir səsin intensivliyi geniş mənada danışıq orqanlarının əzələ gərginliyinin dərəcəsini əhatə edir. Bu dərəcə də öz növbəsində təbii refleks kimi, hava axınının təzyiqindən asılıdır. İntensivlik səsin melodik tərəfi ilə identik hesab olunmur. Sözü əmələ gətirən hecalardan birinin intensivliyi dominant əlamət kimi qeydə alınırsa, bu cür aksenti intensivlik aksenti kimi də qəbul etmək mümkündür.

Bəzən intensivlik gərginlik kimi də izah olunur” [97, s.180]. L.R.Zinder gərgin­liyin saitlərin tələffüzündəki rolunu şərh edərkən yazmışdır ki, danışıq aparatının gərginliyi olmadan saitlərin tələffüzü mümkün olmadığından, gərginlik saitlərin yaranmasında ümumi şərtlərdən biri hesab edilməlidir [97, s.181].

O, bu vahidlərin qarışdırılmasının mümkün olmadığını da daha sonra qeyd etmişdir, çünki “saitin intensivliyi hər şeydən əvvəl ümumilikdə nitqin intensivlik səviyyəsindən, eləcə də onun söz vurğusuna olan münasibətindən, mövqeyindən asılıdır”. Vurğunun dinamik strukturunda vurğulu sait vurğusuzdan intensivli olur. Saitin intensivliyinə təsir edən faktorlardan biri də saitin keyfiyyətidir. Qapalı saitlər açıq saitlərdən intensivlidir. Bu da o deməkdir ki, iki eyni vəziyyətdə və eyni fonetik əhatədə çıxış edən /a/ saitinin intensivliyini /i/ və ya /y/ saitlərinin intensivliyi ilə müqayisə etdikdə aydın olur ki, 1-ci saitin intensivlik qiyməti 2-cilərin intensivlik qiymətindən yüksəkdir. Belə bir vəziyyət həmin saitlərin iştirak etdiyi sözlərin osilloqramlarında daha aydın müşahidə olunmuşdur. Bunun üçün ingilis dilində: /pæt/, /mæn/, /da:k/, /mu:d/, /ıl/; Azərbaycan dilində: /baba/, /nənə/, /kükü/, /bibi/ və s. kimi sözlərin ossilloqramlarını və onların əsasında hesablanmış göstəricilər əsasında qurulmuş qrafikləri nəzərdən keçirmək kifayətdir [Bax: qr.1,8,9,20,24,25,26,39]. Bu fakt rus dili materialı əsasında eksperiment vasitəsilə sübuta yetirilmişdir [97, s.181]. Dildə intensivliyin dəyişkənliyi dilxarici faktorların təsiri ilə həyata keçir. L.R.Zinder hesab etmişdir ki, linqvistik tədqiqatlarda seqmentin intensivlik parametrə görə təhlilinin orta və orta nisbi qiymətə görə aparılması daha yaxşı nəticə vermiş olardı, çünki mütləq göstəricilər faktları bəzən dəqiq əks etdirmir.

Elə bir dil yoxdur ki, həmin dildə 2 sait yalnız intensivliyə görə fərqlənmiş olsun. Saitin tələffüzü ərzində intensivlik dəyişməz qalmır, ancaq bu dəyişiklik saitin heca və söz daxilindəki mövqeyindən asılıdır. İntensivliyin hərəkəti anlayışı heca aksenti ilə bağlıdır” [97, s.182].

A.Axundov qeyd etmişdir ki, Azərbaycan dilində söz vurğusu əzələ gərginliyinə əsaslanan güc vurğusudur. “Məsələn, [da+´va] sözündə ikinci [a] saiti güclü tələffüzü ilə seçilir və vurğu daşıyır” [6, s.276]. Lakin sözün prosodik strukturunun intensivlik komponenti yalnız vurğulu hecanın saitindən ibarət olmur, bu strukturun formalaş­ma­sında sözə daxil olan bütün seqmentlər müəyyən rol oynayır. Sözün seqment və heca tərkibindən asılı olaraq, həm ingilis, həm də Azərbaycan dilində inten­siv­lik parametri müxtəlif səviyyələrdə dəyişikliyə uğrayır. “İntensivlik parametrin yüksək göstəriciləri digər parametrlərlə bəzən həmahəng olsa da, bəzən də bunlar eyni heca ilə bağlı olmur. Bu fikir digər tədqiqat işlərində də öz ifadəsini tapır” [6, s.276]. Məs.: [da+va] sözündə eyni /a/ saiti 2 dəfə təkrar olunub. Lakin onların inten­sivlik xüsusiyyətləri fərqlidir, çünki 2-ci /a/ saiti sözdə son hecada işlənmişdir, 1-ci /a/ saiti isə sözün birinci hecasında işlənmişdir. Söz daxilində 1-ci /a/ saiti temporal göstəriciyə malikdirsə, 2-ci /a/ saiti intensivliyə görə maksimum göstəriciyə malik olmuşdur.

M.İ.Matuseviç də tələffüz prosesində nəfəsvermənin yüksəlişi ilə əzələ gərginliyinin eyni olmadığını, onların fərqli fonetik hadisələr olduğunu qeyd etmişdir[111, s.229]. İngilis dilində saitin intensivliyinin göstəricisi onun vurğulu olub-olmamasından xəbər verir. Səsin yaxşı eşidilməsində və qavranılmasında intensivlik mühüm rol oynayır. Eyni güclü, lakin müxtəlif tezlikli səslər müxtəlif cür olan sait və samitlərin intensivlik xüsusiyyətlərindən aydın olur ki, saitlər daha çox intensivli səslərdir. Cingiltili samitlərin intensivliyi onların söz daxilindəki fonetik əhatəsindən asılıdır. İntervokal mövqedə cingiltili samitlər daha çox intensivliyə malik olur, nəinki başqa mövqedə. Məsələn, ingilis dilində: holidy [hɔlədi], ally [əlaı], enemy [enımı], ever [èvə] və s.

Azərbaycan dilində /ala/, /uca/, /baba/, /nənə/ və s.

Azərbaycan dilində /baba/ sözündə /b/ samiti /nənə/ sözündə isə /n/ samiti iki dəfə təkrar olunmuşdur. Azərbaycan dilinin daxili qanunauyğunluğuna əsasən ultima hesab edilən hecalarda çıxış edən /a/ və /ə/ saitləri və /b/ və /n/ samitləri intensivlik parametrinə görə inisial hecadakılardan fərqli olmuşlar. Seqmentlər və hecalar səviyyəsində baş vermiş bu prosodik xüsusiyyət söz səviyyəsində də öz təsirini göstərmişdir. Saitdən sonra işlənən samitin intensivliyi yüksək səviyyə ilə başlayıb, tədricən zəifləyir. Məsələn, ingilis dilində /rosa/, Azərbaycan dilində /nənə/ sözlərinin tələffüzündə olduğu kimi [Bax: qr.24].

Sait qarşısında isə zəif intensivliklə başlayıb sait-samit-sait qovuşuğuna kimi tədricən yüksəlir, məsələn, ingilis dilində: /boy/, /have/, /boot/, /land/, /mass/ /I have to go home/ və s.

Azərbaycan dilində: /bal/, /daş/, /mən/, /lək/ və s.

Azərbaycan dilində işlənən /nənə/ sözündə 2-ci /n/ samiti 2-ci hecanın birinci səsi kimi 1-ci heca ilə sərhəd əmələ gətirmişdir. Akustik baxımdan bu söz bölünməz bütöv kimi tələffüz edildiyindən 2-ci onset /n/ samiti interval mövqedə çıxış etmişdir. Özündən əvvəl və sonra işlənmiş açıq /ə/ saiti yüksək intensivli səs olduğu üçün /n/ samitinin yaranmasında intensivliyi əks etdirən amplitidların istər ön fazada, istərsə də son fazada zəifləməsinə ehtiyac duyulmamışdır. Daha doğrusu, bu parametrdə bərabər vəziyyət müşahidə olunmuşdur [Bax: qr.20].

Sözün tələffüzündə prosodik struktura təsir edən amillərdən biri də Azərbaycan dili üçün xarakterik mövcud olan sinqarmonizm xüsusiyyətlərdir. /nənə/ sözü 2 hecadan ibarətdirsə, onda bu söz strukturunu belə qeyd edə bilərik: Söz = H1 + H2. Tələffüz prosesində H1-in prosodik xüsusiyyətləri H2-nin prosodik xüsusiyyətləri ilə unifikasiya olunur. Belə olan halda /nənə/ sözünün prosodik xüsusiyyətini əks etdirən diaqramı belə göstərmək olar:

Səsin tələffüzündə işlənən enerji xüsusiyyətləri bu və yaxud digər vahidlərin tələffüzü üçün lazım olan siqnalın səslənmə intensivliyini təşkil edir. Enerji əlamətlə­rinin vasitəsi ilə qarşılaşdığımız dil siqnalının sədalı, yoxsa ki, sədasız (cingiltili və ya kar) olduğu məlum olur. İntensivlik parametrinin köməkliyi sayəsində sözün tərkibində neçə heca sərhədinin olduğu müəyyənləşir. Ona görə də sözün prosodik strukturu ilə bağlı müfəssəl məlumatın əldə olunmasında digər parametrlərlə bərabər intensivlik parametrlərinin də rolu əhəmiyyətlidir. Tədqiqə cəlb etdiyimiz söz prosodikasının, o cümlədən intensivlik parametrinin eksperimental fonetik təhlilindən dissertasiyanın III fəslində ətraflı məlumat veriləcəkdir.

Sözün prosodik strukturunda intensivlik parametrindən istifadə olunmasına dair normativ qaydalar dilin daxili və xarici inkişaf qanunlarına uyğun gələn və bu dildə danışanlar arasında məqbul sayılıb informasiya mübadiləsində yoxlanılmış və ümumiləşdirilmiş şəkildə istifadə olunan qaydalarıdır. Kommunikativ prosesdə bu parametrə düzgün əməl olunması həm informasiyanın düzgün ötürülməsinə, həm də ünsiyyətin uğurlu alınmasına şərait yaradır.

Dilçilik ədəbiyyatında qeyd olunduğu kimi, “sözün prosodik strukturunun forma­laş­masında temporal parametrin rolu danılmazdır“ [6; 37; 54; 60; 90; 97; 128; 138; 144; 147; 171; 188; 200 və s.]. Dildə mövcud olan bütün vahidlər temporal xüsusiyyətlərinə görə bir-birlərindən fərqlənir. Dil vahidlərinin temporal strukturları müəyyən dildaxili və dilxarici faktorların təsiri nəticəsində variasiya olunur. Eyni dil vahidindən ünsiyyət prosesində istifadə edən, dil daşıyıcıları bu vahidin tələffüzünə müxtəlif ölçüdə zaman sərf etmiş olurlar. Şübhəsiz ki, bu dil daşıyıcılarının koqnitiv hazırlığından, onun şifahi nitq sahəsindəki təcrübə və bacarığından, mövzunun danışana nə dərəcədə bələd olmasından asılıdır. Məsələn:

10 çox işlək olan sözün tələffüzünə dil daşıyıcısı daha az vaxt sərf etmişdir, nəinki 10 az işlək olan və yaxud müəyyən elm sahəsi ilə bağlı olan sözlərə. Tələffüz olunan sözlərin heca tərkibindən, onların seqment tərkiblərindən, vurğuya münasibə­tindən asılı olaraq, onların temporal parametrləri ilə bağlı prosodik strukturda dəyişikliklər baş vermişdir. İngilis dilində vurğulu sait, yəni gərginliyi ilə fərqlənən sait adətən daha davamlı uzun tələffüz edilir, nəinki vurğusuz mövqedə. Beləliklə, ingilis dilində söz vurğusunun özünü kəmiyyət vurğusu kimi göstərdiyi Q.P.Torsuyev tərəfindən də qeyd olunmuşdur [128, s.179].

A.İvanova prosodiyanın tədqiqat sahəsi məsələsinə aydınlıq gətirmək üçün göstərmişdir ki, prosodiyanın tədqiqat sahəsinə nitqin metrik relevant elementləri kimi, hecaların kvantitativ xarakteristikası daxildir[100, s.615]. Qeyd olunan fikirdən belə məlum olur ki, A.İvanova prosodikanın tərkib vasitələrindən biri kimi kvantitativ parametrə xüsusi əhəmiyyət vermişdir.

Sözün temporal xüsusiyyəti deyərkən, ilk növbədə, bu və ya digər sözün tələffüzünə sərf olunan zaman nəzərdə tutulur. Əlbəttə, müxtəlif dillərdə uzunluq və qısalıq fonoloji səviyyədə müxtəlif xarakterli olur. Məsələn, german dillərindən olan ingilis və alman dillərində fonem səviyyəsində uzunluq və qısalıq sait üçün relevant əlamət hesab olunur. Məsələn,


Yüklə 465,34 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin