İngilis dilində
|
Azərbaycan dilində
|
Açıq
|
Qapalı
|
Açıq
|
Qapalı
|
/hi:/
|
gʊd
|
/su/
|
/an/
|
/i:/
|
/haʊs/
|
/bu/
|
/əl/
|
/tu:/
|
/bʊk/
|
/nə/
|
/on/
|
/kau/
|
wɔ:k/
|
/ba+ba/
|
/da+sız/
|
/ɔ:də/ və s.
|
|
/ü+/tü/
|
/it/ və s.
|
Dilin leksik sistemini təşkil edən sözlər dilin digər vahidləri ilə müqayisədə onlardan həm morfoloji, həm sintaktik, həm semantik, həm də prosodik səviyyədə fərqlənmişlər. Məsələn:
[faiə] – [atə]
Bu sözlər hər iki dildə kontekstdən asılı olaraq, əmr formasında sintaktik vahid funksiyasını daşıyır və bu halda onun prosodik strukturu leksik-morfoloji vahid kimi işləndiyi variantının prosodik strukturundan fərqlənir. Bu fonetik dəyişiklik eksperimental materialın təhlilində də özünü göstərmişdir. Cümlənin ümumi mənası tərkibindəki sözlərin ayrı-ayrılıqda mənasına əsaslanmır, cümlədə sözlər fikrin ifadəsinə uyğun sintaktik semantik qaydalar əsasında əlaqələnir və bu prosesdə hər bir sözün konkret mənası müəyyən olunur. Lakin dildə belə bir fakt da mövcuddur ki, dil heç də hər yerdə qanunla tənzimlənmir, xüsusən də canlı danışıq aktında. Yazılı dildə normalar dəqiqdir və buna riayət olunması tələb olunur, şifahi dildə isə normalılıq aşağı səviyyədədir, yəni dilin qanunlarının tətbiqində fleksibellik yaranır. Bu baxımdan deyə bilərik ki, Azərbaycan dilçiliyində yazılı dilin normaları ilə müqayisədə şifahi dilin normalarının tədqiqinə az əhəmiyyət verilmişdir.
Dildə intonasiyanı prosodikanın tərkib hissəsi kimi qəbul edən Ferdinand de Sössür qeyd etmişdir ki, vurğu intonasiya ilə həmişə qarşılıqlı əlaqədə olmur, lakin onların bir-birinə qarşılıqlı təsiri olur, yəni intonasiya vurğuya, vurğu da öz növbəsində intonasiyaya təsir göstərir[123, s.599]. F.Sössürə görə,“prosodiya nitqin metrik cəhətdən daşıdığı əlavə xüsusiyyətdir”. Burada o, uzunluq və kəmiyyəti nəzərdə tutmuşdur.
Hansı vahidə (heca, söz, söz birləşməsi, cümlə və s.) aid olmasından asılı olaraq prosodik vasitələrin kommunikativ prosesdəki rolu dəyişkən xarakterli olmuşdur. Belə bir fonetik dəyişiklik həm ingilis, həm də Azərbaycan dillərində müşahidə olunmuşdur. Canlı danışıq aktında bəzən vurğusuz sözlər kontekst və situasiyadan asılı olaraq, vurğu üçün xarakterik xüsusiyyətləri öz üzərinə götürmüşdür.
Hər bir dildə, o cümlədən ingilis və Azərbaycan dillərində adresantın kimliyinin, ifadə olunanın mahiyyətinin müəyyənləşdirilməsi prosodik vasitələrlə mümkün olmuşdur. Hər iki dildə (ingilis və Azərbaycan ) müəyyən bir dil vahidinin tanınması üçün lazım olan fonemlərin ardıcıl düzülüşü kifayət deyil, bunun üçün əlavə prosodik vasitələrin də olmasına ehtiyac duyulur. Müqayisə olunan ingilis və Azərbaycan dillərində prosodik vasitələr yazılı dillə deyil, canlı danışıqla bağlı hadisə olduğu müəyyənləşmişdir. Hər iki dildə prosodik vasitələrin əsas daşıyıcısı saitlər, bəzi hallarda isə sonor samitlər olduğu dəqiqləşdirilmişdir. Sözün formalaşmasında prosodik vasitələrdən hansının fəal olması və bunun əsasında nəyin durduğu məsələsinə eksperiment materialının təhlili sayəsində aydınlıq gətirilmişdir. Sözdə vurğulu və vurğusuz hecanın tələffüzünün hansı akustik parametrlərin sayəsində reallaşdığı dissertasiya işində öz həllini tapmışdır. Əlbəttə, bu parametrlərin heç də bütün dillərdə eyni təsir dairəsinə malik olmadığı da aşkarlanmışdır. İngilis və Azərbaycan dillərində sözlərin tələffüzü prosesində əsas tonun tezliyi, intensivlik və temporal parametrlərin fəallığı, onlardan hansının daha çox dominant təbiətə malik olduğu müəyyən edilmişdir. Dildə sözün ayrılıqda və yaxud mürəkkəb söz və cümlə tərkibində işlənərkən prosodik strukturda, bu strukturun reallaşmasında prosodik vasitələrin yaranması və tətbiqi ilə bağlı yaranan dəyişikliklərin hər iki dil üçün səciyyəvi olduğu aşkar edilmişdir.
Məlum olmuşdur ki, söz danışıq aktında heç də həmişə eyni prosodik strukturda olmur. İngilis və Azərbaycan dillərinin təhlili göstərmişdir ki, bu strukturun daşıyıcıları sözün işlənmə yerindən, kontekst və situasiyadan, danışanın koqnitiv hazırlığından asılı olaraq dəyişkən olmuşdur. Hər iki dildə sözün prosodik strukturunun dəyişməsi onun tərkib komponentlərindən birinin bu və ya digər dərəcədə zəifləməsi nəticəsində baş vermişdir.
Danışıq aktında istifadə olunan hər bir cümlədə informativlik baxımından yeni kimi çıxış edən sözün cümlənin sonunda işlənməsi ingilis və Azərbaycan dillərinin norma ilə müəyyən edilmiş qaydalarına uyğun gəldiyi bəlli olmuşdur. Hər iki dilin materialı üzrə sözün akustik xüsusiyyətləri ayrılıqda və cümlə daxilində təhlil olunmuşdur. Bu dillər üçün nəqli cümlədə bitkinlik intonasiyasının xarakterik olması, həmin cümlələrdə son mövqedə işlənən sözlərin prosodik xüsusiyyətlərinə də oxşar səviyyədə təsir göstərmişdir. Bu mövqedə sözlər tonun və intensivliyin göstəricilərinə görə fərqlənməmişdir. Tonun səviyyəsində sözün sonuna doğru enmə baş vermişdir. Təhlil olunmuş /I am at home//, /I am ill//, /I am at home today// və /I am ill today// kimi cümlələrdə eyni “home” və “ill” sözlərindən hər biri təkrar işlənmişdir, lakin bu sözlərin cümlədəki mövqeyi müxtəlif olmuşdur. Birinci vəziyyətdə “home” və “ill” sözləri informativlik baxımından yeninin ifadəsinə xidmət etmişdir. İkinci vəziyyətdə həmin sözlər sonda işlənmiş “today” sözündən əvvəl işlənmişdir. İnformativlik baxımından burada “today” sözü həlledici olmuşdur. Deməli, “home” sözü cümlədə predikat qrupuna daxil olsa da, temanın ifadəsinə xidmət etmişdir. Mövqedən asılı olaraq, “home” sözünün akustik parametrlərində baş verən dəyişiklikləri müqayisə üçün təqdim edirik.
a) “home” sözü cümlə sonu mövqedə: /houm/
/oʊ/1 – t=0,18 san; ƏTT=136 hs; i=77 db;
b) “home” /houm/ sözü cümlə ortası mövqedə:
/oʊ/2 – t=0,1 san; ƏTT=161 hs; i=76 db.
Birinci vəziyyətdə /oʊ/1 tələffüzündə ön fazada intensivlik daha yüksək olmuşdur: 80 db. Son fazadakı göstərici aşağı səviyyədə olmuşdur: 77 db. ƏTT üzrə göstəricilərdə uyğun istiqamət özünü göstərmişdir:
/oʊ/1 – 136,7 hs.
/oʊ/2 – 161 hs.
Problemə belə koqnitiv yanaşma bizə prosodika ilə bağlı modifikasiyaların mümkünlüyünü daha aydın şəkildə ortaya çıxarmağa və lazımi hallarda düzgün şəkildə işlətməyə əsas vermişdir. Elə buna görə də biz U.Çeyfin irəli sürdüyü fikirlə tam razılaşa bilmərik, çünki onun fikrincə, “cümlə daxilində sözün prosodik strukturu onun informativliyi ilə bağlıdır”.
“The box was empty” cümləsində “was empty” yeni informasiyanın daşıyıcısıdır. Həmin vahid cümlədə yüksək aksent və yüksək ton səviyyəsi ilə fərqlənir” [130, s.242]. Aparılmış təhlillər göstərir ki, bu fikir heç də həmişə özünü doğrultmamışdır.
Oxşar göstəricilərə Azərbaycan dili materiallarının da təhlilində rast gəlinmişdir.
Məs.: /uşaq/, /Uşaq daş atdı//, /Nənə uşağa süd verdi//; /quş/, /bayquş/, /Quş uçdu//, /O, quş ovladı// və s. kimi söz və cümlələrin təhlilində prosodik vasitələrin variativliyi daha aydın ifadə olunmuşdur. Hətta belə bir fakt çoxhecalı sözlərin tələffüzündə də nəzərə çarpmışdır. İngilis və Azərbaycan dillərində sözlərin prosodik strukturlarının dəyişməsi, həmin sözlərin vurğulu hecalarında çıxış edən saitlərin formant strukturlarına da təsir göstərmişdir.
Ayrıca tələffüz edilmiş /quş/ sözündəki saiti /u/1, /bayquş/ özünün ikinci tərəfi kimi çıxış edən /quş/ sözündəki saiti /u/2, /Quş uçdu// cümləsindəki /quş/ sözündə işlənən saiti /u/3, /o, quş ovladı// cümləsindəki /quş/ sözündəki saiti də /u/4 adlandırsaq, tələffüz zamanı onların formant strukturlarında baş verən dəyişiklikləri belə əks etdirərik:
|
|
/u/1
|
/u/2
|
/u/3
|
/u/4
|
I diktor
|
F1
|
439
|
439
|
439
|
479
|
|
F2
|
1104
|
1326
|
1124
|
1366
|
II diktor
|
F1
|
520
|
459
|
379
|
359
|
|
F2
|
1265
|
1406
|
1326
|
1326
|
Eyni fonetik əhatədə işlənən /u/ saitlərinin F1 göstəriciləri minimum 439 hs, maksimum 520 hs; F2 göstəriciləri isə minimum 1104 hs, maksimum 1406 hs səviyyəsinə yüksəlmişdir (Bax: Qr.: 34,35,45).
Hər bir dildə, o cümlədən Azərbaycan və ingilis dillərində sözün prosodik vasitələrinin tədqiq edilərək araşdırılmasına ona görə diqqət yetirilmişdir ki, bu problemin həlli, düzgün tələffüz normalarının reallaşmasında həlledici əhəmiyyət kəsb edir. Azərbaycan auditoriyasında dilöyrənmə və dilöyrətmə prosesində düzgün tələffüz vərdişlərinin aşılanmasında fonetikanın bu sahəsinin əhəmiyyəti və rolu böyükdür. Kommunikativ prosesdə prosodik vasitələrdən düzgün istifadə olunması bu sahədə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına şərait yaratmışdır. Hər iki dildə prosodik vasitələrin danışıq aktında müəyyən bir sözü digər sözlərdən fərqləndirməyə xidmət etdiyi məlum olmuşdur.
Azərbaycan dili materiallarının təhlili əsasında belə bir fakta da aydınlıq gətirilmişdir ki, sözün fonetik bütövlüyü yalnız hecalar arasında gücə görə iyerarxik münasibətlər əsasında deyil, saitlərin tembr əlamətlərinin ümumi xüsusiyyətləri ilə gerçəkləşir. Bu zaman saitlərin harmoniyası xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dilində sözün son hecasından çıxış edilərək ona uyğun şəkilçilərin artırılmasını buna misal göstərmək olar. Məsələn, əkinçiliyimiz; südçülüyün; bitkiçiliyin; qoyunçuluğun və s.
German dilləri qrupunu təmsil edən ingilis dili üçün belə bir qanunauyğunluq yad xüsusiyyətdir. İki hecalı sözlərin təhlilindən aydın olmuşdur ki, ikinci hecadakı vurğusuz saitin uzunluğu vurğulu saitə nisbətən uzun, onunla eyni uzunluqda və ya ondan qısa olmuşdur. Saitin temporal xüsusiyyəti ilə bağlı belə fərq vurğusuz hecanın növündən (açıq, qapalı), hecanı təşkil edən samit fonemlərin keyfiyyətindən asılı olmuşdur (´süzmə - süz´mə; ´alma – al´ma). Həm ingilis, həm də Azərbaycan dilində söz daxilində saitlərin intensivlik xüsusiyyətləri, həmin saitlərin keyfiyyəti ilə bağlı hadisədir. Hər iki dildə ön sıra saitləri arxa sıra saitlərinə nisbətən intensivliyə görə zəif olmuşdur.
Eksperiment materialının təhlili onu da deməyə əsas vermişdir ki, ingilis və Azərbaycan dillərində vurğusuz saitin reduksiya olunması hər iki dildə müşahidə olunmuşdur. Lakin bu dillərdə vurğulu və vurğusuz hecaların mövqe baxımından (əvvəl, sonda) fərqli düzülüşü onların prosodik strukturlarında öz ifadəsini tapmışdır. İngilis dilində vurğu, əsasən birinci heca ilə bağlı hadisə olduğundan reduksiya hadisəsi vurğusuz ikinci hecada baş vermişdir /teibl/. Azərbaycan dili materialında isə bu birinci hecada öz reallığını tapmışdır. Məs.: pişik /p´ık/; ütü /үtü/; kitab /ktab/ və s.
İki hecalı sözlərdə həm ingilis, həm də Azərbaycan dillərində vurğulu hecanın saiti əsas tonun tezliyinə görə vurğusuz heca ilə müqayisədə yüksək olmuşdur. Məsələn: ´alma – al´ma; ´object – ob´ject.
Çoxhecalı sözlərin prosodik strukturunda isə bu modifikasiya olunmuşdur, xüsusən Azərbaycan dilində, çünki Azərbaycan dilində sözün heca tərkibi artdıqca, vurğulu hecanın yeri dəyişir və sona doğru hecaların sayı ilə mütənasib olaraq əsas tonun tezliyində və intensivlikdə enmə (zəifləmə) baş vermişdir. Bunun üçün /əkinçilik/, /bitkiçilik/, /tütünçülük/, /südçülük/, /üzümçülük və s. çoxhecalı sözlərin təhlilindən əldə edilmiş faktları nəzərdən keçirmək kifayətdir. Belə vəziyyət Azərbaycan dilinin də təmsil olunduğu sinharmoniya xarakterli dillərə aiddir. “Bəzən doğru olaraq aqqlyutinativ dillərdə qrammatik mənaların ifadə olunma prosesini qatara bənzədirlər. Sözün kökü lokomotiv, şəkilçilər isə ona qoşulan vaqonlar kimidir” [6, s.278].
Deməli, Azərbaycan dilində sözdə vurğunun yeri sabit olduğundan, o, daima sözün sonuna doğru hərəkət etmişdir (südçülüyün). İngilis dilində sözün heca strukturundan asılı olaraq, vurğunun yeri dəyişkən xarakterli olur.
Həm ingilis dilində, həm də Azərbaycan dilində vurğulu sadə sözlər bir vurğu ilə tələffüz olunur. Məsələn: /´ɔ:də/, /´leıbə/, /´üɔ:tə/, /´sistə/ və s. /də´də/, /´sabah/, /kükü/, /bibi/, /bütün/ və s.
Təhlildən məlum olmuşdur ki, ingilis və Azərbaycan dillərində vurğu bir çox isim və feillərin fərqləndirilməsinə xidmət göstərmişdir. Məsələn: Azərbaycan dilində:
isim feil
/al´ma/ /´alma/
/gə´lin/ /´gəlin/
/süz´mə/ /´süzmə/.
İngilis dilində: /´conduct/ – /con´duct/; /´increase/ – in´crease/ və s.
İngilis dilinin danışıq aktı, ümumiyyətlə istisnalarla zəngindir. Bu hal söz prosodikasında da müşahidə olunmuşdur. Sözlərin morfem strukturundan və heca tərkibindən asılı olaraq, ingilis dili sözlərində əsas, köməkçi və sıfır səviyyəli vurğular işlənmişdir.
Azərbaycan dilində söz vurğusu ingilis dilindən fərqli olaraq sabit vurğu olub, həmişə sözün və ya söz formasının son hecası üzərinə düşür.
“İngilis və Azərbaycan dillərinin materialı üzrə aparılan təhlillər göstərir ki, sözün prosodik xüsusiyyətləri bir çox amillərlə bağlıdır. Bura sözün heca tərkibi, morfem xüsusiyyətləri, ritmi, vurğusu və tempi daxildir. Bu amillərdə baş verən dəyişiklik sözün prosodik xüsusiyyətində də dəyişiklik yaradır” [30, s.214].
Deməli, hər iki dildə prosodiya məsələsinin fərqli və oxşar cəhətlərə vardır və bir daha qeyd etmək istərdim ki, dildə vurğunun əsas məqsədi nitqdə əsas sözü üzə çıxartmaqdı. Hansı dildə olursa olsun vurğu danışanla dinləyən arasında anlama xidmət edən əsas fonetik vasitədir.
NƏTİCƏ
Söz prosodikasına dair mövcud linqvistik nəzəri ədəbiyyatın təhlilindən, eləcə də ingilis və Azərbaycan dillərinin materialı əsasında sözün prosodikasına dair aparılmış eksperimental təhlillərdən çıxış edilərək, əldə edilmiş nəticələr aşağıdakı formada ümumiləşdirilmişdir:
1. Danışıq dili zaman fenomeni baxımından müxtəlif səviyyələrdə olduğundan, bununla bağlı bəzi problemlər, o cümlədən sözün prosodik strukturunu formalaşdıran prosodik vasitələrin kommunikativ prosesdə informasiyanın ötürülməsinə xidmət edir.
2. İnsanlar arasında ünsiyyətə xidmət edən hər bir vahid, eləcə də sözlər diskret vahidlərin ardıcıl düzülüşündən və onların bir bütöv halında formalaşmasına xidmət edən prosodik vasitələrdən (vurğu, əsas tonun tezliyi, intensivlik, temporallıq, temp, ritm və s.) ibarətdir.
3. Sözlərin fonem tərkibindən və heca strukturlarından asılı olaraq, onların prosodik strukturları variasiya olunmuşdur. Sözün, başa düşülməsi, prosodik vasitələrsiz qeyri-mümkündür, çünki danışan və ifadə olunan prosodik vasitələrlə tanınır.
4. Ünsiyyət iştirakçılarına dilin leksik və qrammatik strukturları ilə yanaşı prosodik xüsusiyyətləri də bələd olmalıdır, çünki, həm adresant, həm də adresat kommunikativ prosesdə informasiyanın ötürülməsi üçün lazımi prosodik vasitələrdən düzgün istifadə etməyi bacarmalıdır, çünki bu keyfiyyət düzgün tələffüz normasının göstəricidir. Hər iki dildə prosodik vasitələr danışıq aktında müəyyən bir sözü digər sözlərdən fərqləndirməyə xidmət edir.
5. İngilis və Azərbaycan dillərində prosodik vasitələr daxilində həlledici rol oynayan söz vurğusu dinamik-melodik əlamətli vurğu kimi səciyyələnmişdir. Dildə sözün prosodik strukturu onun aksent xüsusiyyətləri ilə əlaqəlidir və vurğulu hecanın sözün strukturunda hansı mövqedə (əvvəldə, ortada, sonda) işlənməsindən asılı olaraq prosodik vasitələrin təsirində variasiya müşahidə olunmuşdur.
6. Prosodik vasitələr bütövlükdə aid olduqları dil vahidlərinin prosodik strukturunu təşkil edir, seqment vahidlərdən və sözlərdən kənarda təcrid edilmiş şəkildə mövcud olmur. Seqment vahidlərin və sözün olmasıprosodik vasitələrin olmasına zəmin yaradır. Söz müstəqil leksik vahid kimi işləndikdə özünə xas prosodik strukturu qoruyub saxlayır, lakin söz başqa leksik vahidlərin tərkib elementi kimi çıxış etdikdə (ək- əkinci-əkinçilik, süd-südçü-südçülük, black-blackbird, book-bookseller, The book is new// və s.) sözün məna və funksional xüsusiyyətləri dəyişdiyi kimi, onların prosodik keyfiyyətləri dəyişir.
7. İngilis və Azərbaycan dillərində söz daxilində saitlərin intensivlik qiymətləri həmin saitlərin keyfiyyəti ilə bağlı hadisədir. Hər iki dildə ön sıra saitləri arxa sıra saitləri ilə müqayisədə intensivlik parametrinə görə zəif olmuşdur.
8. İngilis və Azərbaycan dillərində vurğulu və vurğusuz hecaları mövqe baxımından (əvvəldə, sonda) söz daxilində fərqli düzülüşü onların prosodik strukturlarında öz ifadəsini tapmışdır. İngilis dilində vurğu, əsasən, birinci heca ilə bağlı olduğundan reduksiya hadisəsi növbəti vurğusuz hecalarda baş vermişdir (/´teıbl/). Azərbaycan dilində vurğu sözün son hecası ilə bağlı olduğundan reduksiya hadisəsi sözəvvəli mövqedə baş vermişdir. Məs.: /p´ık/ (pişik), /´tü/ (ütü); /k´tab/ (kitab).
Dostları ilə paylaş: |