Əkrəm Əylisli
Heydər Əliyevin Prezident olması ilə Azərbaycan xalqının tarixində zülmün, ədalətsizliyin, rüşvətin, məmur dərəbəyliyinin, polis özbaşınalıqlarının tüğyan etdiyi yeni bir era başlanmış oldu. Demokratik müxalifəti susdurmaq üçün repressiya maşını güclü şəkildə işə düşdü, etiraz aksiyalarına bir neçə uğursuz cəhddən sonra kütləvi aksiyaların qarşısı demək olar ki, tamamilə alındı.Müxalifətin bu susqun vəziyyəti bir neçə uğursuz cəhd istisna olmaqla Əbülfəz Elçibəyin 1997-ci ilin oktyabrında Bakıya geriyə dönüşünə qədər davam etdi.
Xalqın susqunluq göstərərək bizə dəstək verməyib Heydər Əliyev hakimiyyətini razılıqla qarşılamasından gileyləndiyimiz həmin vaxtlar yazıçı Əkrəm Əylislinin “Müxalifət” qəzetində “Ay müxalifət, bu xalq Heydər Əliyevin xalqıdır, gedin özünüzə başqa xalq tapın” başlıqlı köşə yazısı çıxdı.O, yazıda müxalifət istehzalı bir dillə xalqı öz arxasınca apara bilməməkdə, insanların ümidlərini doğrulda bilmədiyindən kütlənin ondan üz çevirməsindən və bunlara baxmayaraq yenə də etiraz aksiyaları təşkilinə cəhd göstərməkdən və s. bəhs edilərək tənqid olunurdu.O zamanlar demokratik düşüncəli ziyalı hesab etdiyimiz Əkrəm Əylislinin bu biçimdəki yazıları müxalifəti bərk narazı salmışdı.Mən də bir gün Sahil bağında rastlaşdıqda onu məzəmmət etdim.O, cavabında dedi ki, siz məndən niyə inciyirsiniz? Heydər Əliyev 30 ildir bu xalqı söyə-söyə, döyə-döyə yetişdirərək ərsəyə gətirib.Qiyam günlərində Əbülfəz Elçibəyi dəstəkləmək üçün Prezident Aparatının qarşısına bir neçə yüz adam ancaq yığa bildiniz, ancaq Heydər Əliyev televizordan bir dəfə haykıran kimi yüz minlərlə adam axışdı meydanlara.Bax, buna görə də deyirəm ki, ay müxalifət, bu xalq Heydər Əliyevin xalqıdır, sizi dəstəkləməyəcək, gedin özünüzə başqa xalq tapın.
Heç şübhəsiz ki, Əkrəm Əylislinin dediklərində həqiqət var- dı.İstər Surət Hüseynov, istərsə də Rövşən Cavadov hadisəsində Heydər Əliyevin çağırışı ilə bir anda yüz minlərlə insan meydana axışaraq dövlətçiliyə dəstək duyarlılığı göstərdiyi halda, AXC hakimiyyətinə qarşı qiyam zamanı əsl xalq hakimiyyəti olan Elçibəy iqtidarını dəstəkləməkdə eyni duyarlılığı göstərmədi.
Əlbəttə xalq bir neçə ildən sonra YAP (Yeni Azərbaycan Partiyası) hakimiyyətinin haqsızlığa, rüşvətə, zülmə əsaslanan əsl mahiyyətini dərk edərək peşimançılıq hissi keçirdi, lakin yaranan istibdad rejimi hakimiyyətə qarşı hər hansı etiraz cəhdlərini amansızlıqla yatırdığından yüz minlərlə insan yoxsulluqdan, zülmdən ədalətsizlikdən xilas olmağın yolunu mübarizəni davam etdirməkdə deyil, ölkəni tərk edib Rusiyaya, Ukraynaya, Türkiyəyə və digər Xarici ölkələrə mühacirətdə gördülər.Xalqın fəal, mübariz ruhlu təbəqəsinin kütləvi mühacirəti müxalifətin müqavimət güçünü xeyli zəiflədərək onun hakimiyyətə qarşı mübarizəsinin mütəşəkkilliyinə mənfi təsir göstərdi.
XTPD -nin QİYAMI
VƏ
ELÇİBƏYƏ QARŞI İTTİHAMLAR
Naxçıvanı hər cəhətdən öz hakimiyyətinə dayaq hesab edən Heydər Əliyev və onun burdakı hakimiyyət təmsilçiləri Elçibəyin güclü bir Cəbhə təşkilatına malik olan Naxçıvana getməsindən olduqca narahatçılıq və təşviş hissi keçirirdilər. Onlar Elçibəyi məskən saldığı doğma Kələki kəndindən uzaqlaşdırıb Türkiyəyə getməyə sövq etmək üçün müxtəlif planlar qurur, ssenarilər tərtib edirdilər.İlk növbədə onlar ordakı yerli hakimiyyətin təhlükəsizliyini təmin etmək və Elçibəyi də onu müdafiə edən əsas dayaqdan məhrum etmək üçün Naxçıvan cəbhəçilərinə qarşı güclü repressiyalara start verdilər.Nüfuzlu cəbhəçilərin bir coxu müxtəlif üydurma səbəblərlə, iftiralarla həbsə məhkum edildilər, digərlərini öz doğma yurd yuvalarını tərk etməyə məcbur etdilər.Ordubad Rayonunun Kələki kəndinə gedən yolun üstündə yerləşən kəndlərin əhalisini bezikdirib təngə gətirmək üçün bir çox yerlərdə postlar qoyulur, buraxılış sistemi tətbiq edilir, müxtəlif suni manielər yaradılırdı ki, xalq bu cətinliklərdən təngə gəlib Elçibəyə qarşı çıxaraq onu kəndi tərk etməyə məcbur etsinlər.Bu tədbirlərdən nəticə hasil olmadıqda Kələkinin ətraf kəndlərini tankla, topla sılahlanmış polis qüvvələri ilə mühasirəyə alır, hərbi əməliyyatlara başlanacağı təqdirdə kəndlərin yerlə-yeksan ediləcəyi haqqında əhalinin qorxu və həyacanına səbəb olan məlumat yayırdılar.
ci il fevralın 17-də Milli Məclisin qərarı ilə bir qrup millətvəkili Kələki ətrafındakı vəziyyəti öyrənmək və Elçibəyi prezident vəzifəsindən istefa etməyə nail olmaq üçün Naxçıvana səfər etdilər.Kələkiyə gedərkən onları Naxçıvan Respublikasının Daxili İşlər Naziri Mürsəl İsayev və Baş prokuroru İsa Nəcəfov da müşaiyət etmişdilər.Müzakirələr zamanı Mürsəl İsayev və İsa Nəcəfov Elçibəyi keçmiş prezident kimi qanunları pozaraq öz ətrafında silahlı dəstə saxlamaqda ittiham etdikdə Bəy onlara bildirmişdir ki, o, öz vəzifəsindən istehfa vermədiyindən hələ də özünü prezident hesab edir və qiyamın yaratmış olduğu şəraitdən istifadə edərək hakimiyyətə yiyələnmiş Heydər Əliyevi prezident kimi tanımır.O, Daxili İşlər Nazirini ətraf kəndləri tankla, topla mühasirəyə alaraq əhalini qorxu içində saxlamaqda, xalqa zülm etməkdə təqsirləndirdi.Elçibəy bildirdi ki, onun mühafizəsi hakimiyyət orqanları tərəfindən ona qarşı təşkil olunan təxribatçıların qarşısını almaq üçün qohumları və yaxınları tərəfindən təşkil olunubdur. Gənc jurnalist Yafez Ekremoğlu tərəfindən video lentə çekilən bu görüşdə ziyalılarn nümayəndələri ilə bərabər Nəcəf Nəcəfov və İbrahim İbrahimli də iştirak edirdilər.
Bu görüşdən sonra Elçibəyin Kələkini tərk etmək niyətində olmadığından bir daha əmin olan Naxçıvanın hakimiyyət dairələri Bakıdan gələn göstəriş əsasında Cəbhənin fəal qüvvələrinə qarşı təzyiq və təqibləri daha da şiddətləndirdilər.Bunun üçün ilk növbədə Bəyin yaxın qohumlarına qarşı repressiyalara start veril- di.Elçibəy Kələkidə olarkən onun guya dövlət çevrilişi, Heydər Əliyevə sui-qəsd və s. cinayətlərdə iştirakını sübut etmək və onu xalqın və beynəlxalq ictimaiyyətin gözündə suçlu duruma salmaq üçün hakimiyyət dairələri tərəfindən müxtəlif uydurma ssenarilər qurulurdu. Bu ssenarilərdən biri də Elçibəyə təzyiq etmək üçün ilk olaraq Bəyin yaxın qohumu və silahdaşı, Naxçıvan Dövlət Universitetinin müəllimi, Filologiya elmləri namizədi, dosent Aydın Qasımovun ətrafında qurularaq onu Heydər Əliyevə qarşı saxta sui-qəsd ittihamı ilə 12 il müddətinə azarlıqdan məhrum etmiş, böyük qardaşı Muradın oğlanları Ədalət və Bünyad Məm- mədovları qanunsuz silah saxlamaq kimi saxta ittihamlarla uzun müddətli həbsə, onların böyük qardaşı Səməddin Məmmədovu
isə qısa müddətli həbsə məhkum edərək Elçibəyin yaxınlarını da repressiyalara məruz qoydular.
Elçibəyin öz ətrafında yaratdığı “qeyri-qanuni silahlı dəstələr“- dedikdə hakimiyyət nümayəndələri ilk növbədə Bəyə və qanuni hakimiyyətə münasibətdə öz sədaqəti ilə fərqlənən Naxçıvan və Ordubad cəbhəçilərini və xüsusilə Şahmərdan Cəfərovun rəhbərlik etdikləri dəstələri nəzərdə tuturdular.Bəyin yanında olan Fərəc Quliyev həbs olunduqdan sonra diqqət Sahmərdan Cəfərova dogru yönəldi.
Elçibəyin Naxçıvanda ən mühüm dayaqlarından biri və onun sədaqətli əsgəri millətvəkili, Naxçıvan Sərhəd dəstəsinin komandiri Şahmərdan Cəfərov idi.Naxçıvan cəbhəçilərinin rəhbərlərini və nüfuzlu üzvlərini həbs etdikdən sonra sıra Şahmərdan Cəfərova gəlmişdi.Elçibəyi Kələkidən çıxıb getməyə məcbur etmək üçün Naxçıvanda böyük nüfuza malik olan Şahmərdan Cəfərovu zərərsizləşdirmək vacib məsələ idi. Şahmərdan bəy 1988-ci ildə Azərbaycana qarşı erməni təcavüzü başlarkən Kaluqada milis sistemində işini buraxaraq vətənə geri dönmüş, Şərur Özünümüdafiə Batalyonunu təşkil edərək torpaqlarımızın erməni işğalından qorunmasında qəhrəmanlıqlar göstərərək böyük şöhrət qazanmışdı.1990-cı ildə millətvəkili seçilərək istiqlalımıza imza atmışdı.1992-ci ildə Naxçıvan Sərhəd dəstəsinin komandri təyin olunmuşdu.Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ona qarşı təzyiqlərin artması nəticəsində1994-cü ilin iyulunda vəzifəsindən istehfa verib, həmin ilin avqustunda ona və silahdaşlarına qanunsuz silah saxlamaq ittihamı ilə cinayət işi açmışdılar.1995-ci ilin mayında deputat səlahiyyətləri alınaraq həbsinə sanksiya ve- rilmis, iyunun 17-də Kələkidən Elçibəyi ziyarətdən qayıdarkən Bənənyar kəndində Culfa polis əməkdaşları tərəfindən öz Niva maşınında xaincəsinə güllələnmişdi.Beş güllə yarası alaraq sağ qalan Şahmərdan Cəfərov bir müddət Naxçıvanda saxlanıldıqdan sonra, iyunun 26-da Bakıya Şüvəlan həbsxanasına aparılaraq bir müddət yaralı halda kamerada saxlandıqdan sonra həbsxananın gospitalına yerləşdrilmisdi. Onu öldürmək məqsədilə yük maşınına mindirərək şəhərdə dolandırmış, geri gətirdikləri zaman iyunun 29-da qospitalda vəfat etmişdir.Azərbaycanın bu qəhrəman oğlunun ölümündə o zaman Azərbaycanda hakimiyyət başında olan bütün məsul şəxslər günahkardır. Şahmərdanı dəfn etmək üçün İbrahim İbrahimli, Mirmahmud bəy Fəttayev və mən Naxcı- vana getdik, tabutunu cəbhənin qərərgahına aparan zaman bir sıra cəbhə əleyhidarı vicdansız gənclər hörmətsizlik edərək qarışıqlıq saldılar, onu doğulduğu Məmmədsabir kəndində dəfn etdik.
Şahmərdan Cəfərovun ölümü Naxçıvanda hakimiyyət dairələrinin əl-qolunu açmiş oldu, Kələkiyə qarşı hücumlar intensiv şəkil aldı.Kəndə hücum üçün geniş əməliyyat planı hazırlandı.Əməliy- yata Azərbaycan Daxili İşlər Nazirliyi İctimai Asayışi Qoruma İdarəsinin rəisi “qara polkovnik” ləğəbi ilə tanınan Fətulla Hüseynov rəhbər təyin olundu.Əslən Naxçıvanın Şərur Rayonundan olan Fətulla Hüseynov əməliyyat şəraitini öyrənmək məqsədi ilə ora gedib vəziyyəti incələdi. Şərurda və Naxçıvanda qohumları və dostları ilə görüşdü, Ordubada getdi, əməliyyatın incəlikləri ilə tanış oldu və hücümun gerçəkləşəcəyi günə az qalmış əməliyyata rəhbərlikdən imtina edərək Bakıya geri döndü.Onun bu hərəkəti respublika rəhbərliyini çox qəzəbləndirdi və hakimiyyət qarşısında etimadının tamamilə itirməsinə səbəb oldu.Fətulla Hüseynovla müəyyən qohumluq əlaqələrimiz vardı.Onun sonralar mənə nəql etdiyinə görə, Kələkiyə hücumda məqsəd çoxlu əhali tələfatına səbəb olmaq, əməliyyatın gedişində Elçibəyi hökumət qüvvələrinə silahlı müqavimət göstərildiyi anda təsadüfi güllə ilə qətlə- yetirmək, bu mümkün olmadıqda xalqı qiyama sövq etməklə dinc əhalinin qırğınına səbəbkar kimi həbs etmək idi.O, məndən xahiş etmişdi ki, Elçibəylə onu görüşdürüm.Onun söylədiklərini və görüşmək xahişini Bəyə çatdırdım və görüşmək razılığını aldım, lakin Bəyin ağır xəstəliyi üzündən görüşləri baş tutmadı.
Fətulla Hüseynovdan sonra Kələkiyə hücum əməliyyatına Naxçıvanın o zamankı Daxili İşlər Naziri Mürsel İsayev başçılıq edirdi, lakin beynəlxalq təşkilatların və xüsusən Türkiyə siyasi dairələrinin təzyiqi ilə Kələkiyə hücum əməliyyatını gerçəkləşdirməyə cəsarət edə bilmədilər.
Çox keçmədən Fətulla Hüseynov etimadı doğrultmadığı üçün vəzifəsindən azad edilərək kiçik bir vəzifəyə təyin olundu. Rövşən Cavadovla da yaxın münasibətdə olduğundan onun öld- rülməsinə etiraz edərək DİN-dəki (Daxili İşlər Nazirliyindəki) görəvindən istehfa verdi və ömrünün sonuna qədər hakimiyyətə qarşı barışmaz münasibəti və kəskin tənqidləri səbəbilə ilə 2004- cü ilin iyununda evinin qarşısında qətlə yetirildi.Bir çox sifarisli ölüm hadisələrində təqsirli bilinərək həbs edilən polis işçisi Hacı Məmmədov Fətulla Hüseynovun qətlinin siyasi sifariş olduğunu bildirmişdi.
Vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq üçün Elçibəyin Bakını tərk edərək Kələkiyə getməsi Azərbaycanda olduğu kimi Türkiyədə də hadisələrin mahiyyətindən xəbəri olmayan bəzi dairələri də narazı salmışdı.Bundan istifadə edərək qardaş Türkiyədə Elçibəyi sevməyən bir qrup adamlar siyasi dairələrdə onun əleyhinə təbliğat aparırdılar.O zamanlar hətta Ankaradakı Azərbaycan Kültür Dərnəyində də hakimiyyətin devrilməsinin əsas səbəbkarı kimi Elçibəyi təqsirkar bilmək meylləri vardı.Kül- tür Dərnəyinin rəhbərlərindən biri, uzun illər ərzində millətvəkil- liyi yaparaq dövlət məqamlarında da yüksək görəvlərdə çalışmış təcrübəli bir siyasət adamı olan Cəmil Ünal bəy Elçibəyin dəvəti ilə Azərbaycan dövlətində də görəvləndrilərək Torpaq Komitəsinin sədri təyin olunmuşdu.Əbülfəz Elçibəy Ankara Kültür Dərnəyinin və Müsavat partiyasının Milli Mərkəzinin Azərbaycanın Azadlıq mücadiləsindəki tarixi rolunu hər zaman yüksək dəyərləndirmiş, hələ AXC hakimiyyətə gəlməmişdən öncə Mütəllibov hakimiyyəti ilə koalisyon hökumət qurmaq niyyətilə razılaşdrıl- mış protokola mühacir hökumətin təmsilçisi olaraq Musavat Milli Mərkəzindən də nümayəndənin daxil edilməsini şərt kimi irəli sürmüşdü.
1996-cı ilin noyabrında Elçibəyi Kələkidə növbəti dəfə ziyarət edərkən mənə Ankaraya getməyimi təklif etdi və bir neçə il Ankarada yaşadım.O, Türkiyə siyasi dairələrində çox yaxın dostlarım olduğunu bilirdi. Ankarada olarkən Ana Vətən, Doğru Yol, Milliyətçi Hərəkat və Böyük Birlik partiyalarındakı dostlarımla, millətvəkilləri ilə görüşür, müxtəlif ictimai təşkilatları ziyarət edərək Elçibəyin mesajlarını çatdırır, Türkiyə mediyasının təhrif olunmuş şəkildə təqdim etdiyi Surət Hüseynov qiyamı və digər hadisələrin əsl mahiyyətini və Bəyin Bakını tərk etmə səbəblərini izah edərək onu hər vəchlə sıyasi dairələrin gündəmində tutmağa çalışırdım.
Elçibəyin Bakıya geri dönməsinə 6-7 ay qalmış köməkçisi Oqtay Qasımov dedi ki, telefon əlaqəsini kəsdiklərindən Bəyin Bakı ilə əlaqəsi mümkün olmur. Ankaraya geri dönüb dostlarımın köməyi ilə qaldığım evə əlavə xətt çəkdirdim və konferans üsulu ilə Kələkidən gələn zəngləri Bakı ilə birləşdirərək telefon əlaqəsi yaradırdım.Bir dəfə də bu üsulla Elçibəyin Quzey Kıprıs Türk Cümhuriyyətının prezidenti Rauf Dənktaşla telefon görüşməsini təşkiletdim.
Böyük siyasi təcrübəsi olan və Sovet KQB-sinin diversiya və təxribatlara qarşı mübarizə məktəbini keçmiş Heydər Əliyev öz hakimiyyətinə qarşı təhlükə təşkil edən hərbi və siyasi müxalifət qruplarının zərərsizləşdrilməsini heç bir güzəştə və rəhmə yer vermədən amansızlıqla həyata keçirirdi. Böyük döyüş təcrübəsinə malik mütəşəkkil hərbi dəstə olan XTPD(OMON)- u da onun hakimiyyətə gəlməsində dəstək verməsinə baxmayaraq Heydər Əliyev öz hakimiyyətinə qarşı böyük təhlükə sayırdı.Hətta onlar tərksilah edilsəydilər belə, yənə də təhlükə olaraq qalmaqda davam edəcəkdilər.Ona görə də, yeganə çıxış yolunu Şahmərdan Cəfərov və digər silahlı dəstə komandirlərinə qarşı tətbiq etdiyi cismən aradan qaldırma metodunu hansı vasitə ilə olursa- olsun omonçulara da tətbiq etməyi qərara almışdı.Bu masələlərdə Heydər Əliyev böyük beynəlxalq təcrübəyə malik idi.Hələ Naxçıvanda olarkən o türk jurnalisti İrfan Ülkinin “Kızıl yıldızdan hilala” kitabında dərc etdiyi müsahibədə Siyasi Büro üzvü olarkən Suriyada Hafiz Əsədə və İraqda Səddam Hüseynə qarşı təşkil olunmuş hərbi çevrilişləri necə ustalıqla yatırdığından bəhs edirdi.
Ən başlıca məsələ xalqın hörmət bəslədiyi cəsur XTPD döyüşçülərini və onların komandirini oyuna gətirib onları dövlətə qarşı cinayətlərə təhrik edərək xalqın gözündən salmağa nail olmaqdı. Bunun üçün planlar cızılıb tədbirlər görüldü. Heydər Əliyevin hakimiyyətə gəlməsinə dəstək verən XTMD(OMON) komandiri Rövşən Cavadov ona Elçibəy dönəmində layiq görülən Daxili İşlər Nazirinin müavini vəzifəsindən daha yüksək bir vəzifəyə təyin edilməməsi səbəbi ilə hakimiyyətdən olduqca narazı idi.
1994-cü ilin oktyabrında pespublika prokuroru Əli Öməro- vun Ali Sovetin sədr müavini Afiyıddin Cəlilov və Prezidentin yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun qətl edilməsində bir neçə omonçunu təqsirləndrib həbs etdirməsi, bunu qərəzli və haqsız hesab edən Rövşən Cavadovun öz dəstəsi ilə prokrorluq binasını zəbt etməsinə və hakimiyyət qüvvələri ilə aralarında ilk ciddi münaqişənin yaranmasına səbəb oldu.Bu münaqişə danışıqlar yolu ilə nisbətən sakitləşsə də artıq hakimiyyət dairələri ilə XTPD arasında qarşılıqlı etimadsızlıq və inamsızlığın əsasını qoydu.
Rövşən Cavadov Qarabağ uğrunda döyüşlərdə düşmənə mərdliklə sinə gərib öz canları bahasına torpaqlarımızı işğaldan qoruyan döyüşçülərinin heç olmasa maddi ehtiyaclarının ödənməsi üçün ölkənin talanan sərvətlərindən cüzi pay əldə etməyə səy göstərərək bu məqsədlə hakimiyyətin nəzərində qeyri-qanuni hesab olunan bəzi biznes fəaliyyətləri ilə məşğul olmağa cəhd göstərirdi.Onların beş-altı yük maşınında satmaq üçün xaricə keçirmək istədikləri misə hökümətin əl qoyması buna etiraz edən XTPD-nin 1995-ci il martın 13-də Gəncə-Qazax bölgəsində bəzi dövlət idarələrinin ələ keçirməsinə və hökumət qüvvələri ilə silahlı münaqişəyə səbəb oldu.Silahlı qarşıdurmada bir neçə OMON döyüşçüsü öldrüldü.Bundan sonra silahlı qarşıdurmanın əsas mərkəzi Bakı şəhərinə keçdi.Rövşən Cavadov öz dəstəsi ilə 8-ci kilometr qəsəbəsindəki kazarmasına çəkilərək Heydər Əliyevin istehfasını tələb etdi və istehfa verməyəcəyi təqdirdə zorla qəbul etdirəcəyini bəyan etdi.Martın 15-17 tarixlərində davam edən silahlı qarşıdurma nəticəsində 40 nəfərə qədər adam həlak oldu və yüzdən çoxu isə yaralandı.Rövşən Cavadov da aldığı yaradan həlak oldu.
Beləliklə, hakimiyyət dairələri cox məharətlə qurduqları ssenari ilə OMON-u münaqişə və qarşıdurmaya cəlb etməklə onu hakimiyyət üçün təhlükə təşkil edən siyasi və hərbi qüvvə kimi sıradan cıxarmaga nail oldular. Onlar Türkiyəni də bu məsələyə daxil edib Türkiyə dövlətini, onun rəsmi məmurlarını və səfir Altan Karamanoğlunu Azərbaycanda dövlət çevrilişinə dəstək verməklə rəsmi şəkildə günahlandırdı. Qardaş dövlətə qarşı qiyam təşkil edərək onun daxili işlərinə qarışmaq yönündəki ittiham Türkiyənin beynəlxalq nüfuzuna və demokratik ölkə imicinə vurulan ciddi zərbə idi. Heydər Əliyev, Süleyman Dəmirəl və kiçik bir qrup istisna olmaqla, Türkiyə siyasi elitasının və Türk xalqının Elçibəyə olan sevgi və sayqısını bilirdi və bunun cox şahidi olmusdu. Ona görə də o, bu böyük oyuna Elçibəyi də daxil edib, onu dövlət çevrilişinə dəstək verməkdə ittiham edərək gözdən salmaq, onu Türkiyənin və beynəlxalq aləmin dəstəyindən məhrum edərək həbs və ya cismən məhv etmək fikrində idi. Lakin OMON məsələsinin qurulan təhlükəli bir oyun olduğunu gözəl bilən Əbülfəz Elçibəyi bütün provakativ cəhdlərə baxmayaraq, tuzağa düşürmək mümkün olmadı.Heydər Əliyev bir neçə Dövlət məmurunun hadisələrdə iştirakını əsas götürərək Türkiyəni OMON oyununa daxil etməklə, onu özündən asılı vəziyyətə salmaq, Türkiyənin gələcəkdə Azərbaycanın daxili işlərinə qarışaraq, Elçibəyə və ya hər hansı digər bir siyasətçiyə dəstək vermək təşəbbüslərinin qarşısını almaq məqsədi güdürdü.Lakin Türkiyə dövlətinə qarşı yönəldilən ciddi ittihamlar qiyam haqqında Heydər Əliyevi öncədən xəbərdar edən Türkiyə Cümhuriyyəti başkanı Süleyman Dəmirəli ciddi narahat etməyə başladı.O, bu qiyamla əlaqədar Türkiyə dövlətini açıq şəkildə ittiham etməsinə görə öz narazılığını Heydər Əliyevə bir neçə dəfə kəskin surətdə bildirmisdi.Cünki Süleyman Dəmirəl OMON-u qiyama təhrik etmə məsələsinin incə bir qurğu olduğunu gözəl bilirdi.
Azərbaycanda Rövşən Cavadovun rəhbərliyi altında baş verən və Türkiyə hakimiyyət dairələrinin bəzi nümayəndələrinin də adlarının qarışdığı qiyam hadisəsi Türkiyə hökümət komissiyası tərəfindən araşdrılaraq hazırlanan rəsmi “Susurluq” raportunda bütün detalları ilə öz əksini tapmışdır.Həmin raporta görə, guya hələ 1994-cü ilin yayında Fəhmin Hacıyev və Əli Kərimli Ankarada bir rəsmi yemək dəvəti zamanı orda iştirak edən Baş bakan Tansu Çiller və Dövlət bakanı Eyvaz Gökdəmir- lə görüşərək Azərbaycandakı siyasi durum haqqında hazırladıqları raportu Tansu Çillerə təqdim edərək ondan Heydər Əliyevi devirmək üçün dəstək istəmişdilər.Sonralar Türkiyənin dövlət qurumlarının bəzi nümayəndələri Rövşən Cavadova maddi və silah sursatla dəstək verərək 60 nəfərlik bir qrupa silahlı çevrilişi həyata keçirmək üçün hərbi hazırlıq təlimi vermişlər. Qiyam hazırlığı haqqında ilk məlumat martın 3-də Türkiyənin Bakıdakı səfirliyindən Türkiyə Xarici İşlər Nazirliyinə daxil olmuş, nazirliyin müstəşarı Özdəm Sanberq bu məlumatı acilən Antalyada dincələn Süleyman Dəmirələ xəbər vermiş, o da öz növbəsində dərhal bu haqda Heydar Əliyevi xəbərdar etmişdir.Raportda deyilir ki, Rövşən Cavadov, Heydər Əliyevi hakimiyyətdən devirdikdən sonra ölkəni özünün rəhbərliyi altında Ayaz Mütəllibovun və Surət Hüseynovun da iştirak edəcəkləri Dövlət Şurası adlı qurum vasitəsi ilə idarə edəcəkdi və sonra bura Elçibəyi də dəvət etmək fikrində imiş.Raportda MİT-in təhqiqatlarına və qıyamda adı hallanan Türkiyə vətəndaşlarının soruşdurmalarına dayanaraq isbat edir ki, Bakıda baş verən dövlət çevrilişi müzakirə və bazarlıqlarından Əbülfəz Elçibəyin hər hansı bilgisi və iştirakı olmamışdır.
Lakin bəzi şəxslər onun nüfuzundan istifadə etmək üçün adını kullanmışlar.Raportda Cavadovun ətrafında olan bir neçə adamın KQB-nin keçmiş mənsubları və Heydər Əliyevin adamları olduqları, hadisələrin gedişi haqqında onların Əliyevə vaxtaşırı məlumat verildiyi və qiyamdan onun çox öncələrdən xəbəri olduğu təsbit edilmişdir.Raportda OMON-nun qiyam hadisəsi MİT (Milli İstihbarat Təşkilatı) və Türkiyənin ətrafinda məharətlə qurulan bir teatr tamaşasına bənzədilir.
Qiyam yatırıldıqdan sonra Türkiyə Xarici İşlər Nazirliyinin qurumu olan TİKA-nın görəvlisi Fərman Dəmirkol və türk iş adamı Kənan Gürel dövlət çevrilişində iştirak ittihamı ilə həbs olun- dular.Fərman Dəmirkol Süleyman Dəmirəlin xahişi ilə sonradan sərbəst buraxılaraq xüsusi təyyarə ilə Türkiyəyə göndərildi.Nə qədər cəhdlər göstərilsə də Elçibəyin dövlət çevrilişində iştirakı haqqında hər hansı bir sənəd, şahid ifadəsi və ya tutarlı bir dəlil əldə etmək mümkün olmadı.
Vaxtı ilə Heydər Əliyevin qəzəbinə düçar olan Azərbaycanın keçmiş Xarici İşlər Naziri Tofiq Qasımov Fərman Dəmirkolla yaxın münasibətlərə malik olduğundan dövlət çevrilişində iştirak ittihami ilə həbsə məhkum edildi.
1983-ci il hərbi çevrilişdən sonra qapatılan Milliyətçi Hərəkat partiyasının fəaliyyəti yasaqlandığında partiyanın xeyli üzvü öz siyasi fəaliyyətlərini davam etdirmək üçün Süleyman Dəmirəlin mühafizəkar yönümlü Doğru Yol Partiyasına qatılmışdılar.Buna görə də Süleyman Dəmirəl və cox kiçik bir qurup istisna olmaqla partiya rəhbərliyinin böyük əksəriyyəti Elçibəyə sayqı və sevgi bəsləyərək, onu dəstəkləyirdilər.
1990-cı illərdə Türkiyə solçuları sosialist dövləti olan Sovetlər Birliyinin yıxılmasında türk milliyətçisi düşüncəsinə sahib Eçibəyi də günahlandıraraq ona qarşı mənfi münasibət bəsləyir- dilər.Türkiyədə olarkən Elçibəy məsələsinə görə onlarla dəfələrlə kəskin mübahisələrimiz olmusdu.1995-ci il XTPD qiyamı zamanı da Erdal İnönünün rəhbərlik etdiyi Türkiyə Sosial-Demokratları 91-ci ildən etibarən Süleyman Dəmirəlin Doğru Yol Partiyasının hökumət koalisiyası ortağı idilər.Sosial-demokratların Elçibəydən fərqli olaraq Sovetlərin keçmiş görkəmli kommunist rəhbərlərindən biri olan Heydər Əliyevə açıq şəkildə simpatiya bəsləyərək onu dəstəkləyirdilər.Rövşən Cavadovun qiyam hadisələrində də Türkiyədəki solçu siyasi dairələr və onları təmsil edən çox saylı mətbuat vasitələri əllərində heç bir əsaslı dəlil olmadan Əbülfəz Elçibəyi öz tənqid və ittihamlarının hədəfinə çevirərək onu qiyamın əsas rəhbəri və təşkilatçısı kimi qələmə verib türk ictimaiyyətinin və siyasi dairələrinin gözündən salmağa canfəşanlıqla səy göstərirdilər.Bu işdə ifrat solçu qəzet olan “Radikal” qəzeti və “Hürriyet” qəzetinin baş yazarlarından olan Ertuğrul Özkök Elçibəyi hədəf alan yazıları ilə xüsusən fərqlənirdilər.
1995-ci ildə Süleyman Dəmirəlin varisi, Doğru Yol Partiyası başkanı və Türkiyə Baş bakanı Tansu Çiller Azərbaycana səfərə gəlmişdi.Səfər zamanı o, 1993-cü ildə Heydər Əliyevə kredit olaraq verilmiş 100 milyon dolların Türkiyəyə geri ödənməsinin artıq zamanı gəldiyini rəsmi şəkildə dilə gətirəndə AzTV-nin canlı yayıyımında Heydər Əliyev Tansu Çillərə sərt şəkildə öz etirazını bildirdi və Tansu xanım öz dediyinə peşman oldu.Türkiyənin dövlət büdcəsindən rəsmən ödənən və geriyə ödənişi problemə çevrilən bu kredit məsələsi rəqibləri tərəfindən Süleyman Dəmirələ qarşı ittihamlara səbəb olaraq onun baş ağrısına çevrilmişdi.
Dostları ilə paylaş: |