Hər ki, dilər vüsalini arzuyi-məhal edər. Şol ala gözdən ey könül, sana derəm ki, uş saqın,
Uyquda sanma onu kim, uyğusu yoxdur, al edər.7 Burada, poetik mətndə “əlifə” qədərki təfərrüatlar kəsilib, kənara atılıb, hər şey məcburən “əlifin” içinə sığınıb, yuxarıda bəhs edilən ifrat şərtiləşmə sayəsində “əlif” həm görsədir, həm də görsənir, həm güzgüdür, həm də güzgüyə baxandır, həm də, ən əsası “güzgü effektini” yox edən (şeirin içində ön mövqeyə keçib yüksəklikdə görünmək mənasında bütün əşyaların qabağını kəsən) bir işarədir. “Qamətinə əlif deyən, gör nə uzun xəyal edər” misrasında yuxarıda təsvir etdiyimiz münasibət də var – müəllif bu mürəkkəb işarələrin içindən qaçıb qurtulmağa can atır.