Əli Kərim üslubu, yaxud


Hər yeni görüşlə ilk görüş gəlir



Yüklə 207,54 Kb.
səhifə14/22
tarix03.01.2022
ölçüsü207,54 Kb.
#36098
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
Hər yeni görüşlə ilk görüş gəlir,

Bütün görüşlərə nur saçır bir-bir.

İlk görüş həmişə arxada deyil,

İlk görüş bəlkə də gələcəkdədir.
Nəzəri baxımdan, poetik obrazın təşkilində “huşsuzluq” elementini görməmək mümkün deyildir. Huşsuzluq yaddaşla mübarizə perspektivi doğurur. Bu yaddaş mənə zaman içində özümü unutmağa imkan verir. Obrazın təşkilində elə proseslər baş verir ki, yaddaş - “mən” özünü oda atıb yandırır, külə dönür və bunun hesabına təkrarsız münasibət tipi yaranıb-formalaşır. Apardı könlümü bir xoş qəmər yüz, canfəza dilbər, nə dilbər... Həsənoğlunun bu deyimində də özünü qəsdən unutma zaman içində detalın, obrazın qəribə təzahürlərini meydana çıxarır. Mən ölsəm, sən büti-şəngül, sürahi eyləmə qül-qül... Zaman içində yaddaş ölümü xüsusi modusda qavrayır və “mən”ə özümdən vaz keçmək, mənə - öz yanımdan ötüb keçmək perspektivi yaradır. Beləliklə əvvəlcədən cızılmış çənbər pozulur. Yuxarıdakı şeirdə obrazın daxili hərəkəti maksimum görümlülük yaradır, - az qala sındırdın barmaqlarımı, - söz, rəsm, təsvir plastikası “verbal məkan mətni” (M.M.Baxtin) yaradır, hərəkətin təsvirinin verildiyi zaman və məkan bir anlığa bütün parametrləri ilə göz önündə canlanır. “Böyük təcrübədə dünya özü-özü ilə üst-üstə düşmür. Bitmir, başa çatmır. Orada yaddaş sərhədlərə malik deyil, yaddaş materiyanın insanaqədərki dərinliyinə enir. Bu yaddaş üçün ayrıca götürülən insanın tarixi onun şüurunun oyanmasından öncə başlanır” (M.M.Baxtin). Necə ki, Nəsimi deyirdi:

Yüklə 207,54 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin