Kəs sözünü və əbsəm ol, şərhü bəyana sığmazam. Bu “sığmamazlıq” hər bir obrazın, deyimin içində ona müvafiq komponentlərin yaranmasını şərtləndirir – üzdə qəm varsa, başın üstündə tufan təsvir edilir və bu, sözün, təsvir edən, göstərən, dünyanı izah edən sözün məna etibarı ilə həmişə sərhəddə dayanmasını şərtləndirir. Nəsiminin şeirində təriqət havası axtaranlar yanlışlığa yol verirlər, təriqət bu şeirin heç zahiri “qabığı” da deyildir – burda insanın sığınmaq istədiyi hər şeyə qarşı bir üsyan var.