Əli Kərim üslubu, yaxud


quyruq bulayan itlərin igid sürüsü



Yüklə 207,54 Kb.
səhifə22/22
tarix03.01.2022
ölçüsü207,54 Kb.
#36098
1   ...   14   15   16   17   18   19   20   21   22
quyruq bulayan itlərin igid sürüsünün qabağından qaçmaqdansa, özünü qızıl qırmızı güllənin üstünə atır. Şübhəsiz ki, indi verilən semantik təhlil əsərdə ehtiva olunan qatlardan yalnız biridir, mətn polifoniyasında çoxdillilik və çoxfunksiyalılıq bütün gerçəkliyi içinə alıb əritməyə, həll etməyə, ondan tamam başqa biçimli gerçəklik, başqa düzümlü işarələr sistemi yaratmağa iddialıdır. Əslində, mətnin bütün hüceyrələri göyə baxıb ulayan yalquzağın bütün səslərin içindən qılınc kimi sıyrılan tək səsinə tanrıdan gələn cavablarla, daha doğrusu cavabsız ulartının özünün mətnin içinə qoyulan müəllif obrazı ilə mükamiləsinin doğurduğu sərt, bütün işıqları söndürən, dünyada hökm sürən yalanı dünyanın zil qaranlığında açıq göstərən həqiqətlə dolur – amma dünyada nə yalan var, nə həqiqət! Dünya deyilən özü yozulması çətin bir yuxudur – gözlərimizi yumsaq, bəlkə bir-birimizi görmərik, - bu, Qurdun, canavarlar içində tək YALQUZAĞIN məntiqidir.
Bir gündə göz açdıq dünyaya bəlkə,

Göz açıb dünyanı nə gündə gördük.

Düşdü üstümüzə bir sirli kölgə,

Allahı başımız üstündə gördük.

... Bir tale, bir bəxt var hərədən ötrü,

Bəxtin də oyanan, yatan vaxtı var.

Yoxsa ayrı vaxt var hərədən ötrü;

Canavar vaxtı var,

Adam vaxtı var?!
Göydən damla-damla yağan yağışmı?

Buluddan vaxt damır –

Yaxşı bax göyə.

Niyə quşun vaxtı quş kimi uçmur,

Qarğalar üç yüz il yaşayır –

niyə?!
Burada «vaxt bölgüsü» ayrıntısı, onun içini dolduran semantik sahə mətnin bütün ağırlıq mərkəzini təşkil edir, yəni – canavar vaxtı, adam vaxtı, reallığın yuxu olması və bu yuxunun heç zaman bitməməsi...ritorika deyildir, sürüynən gəzmək istəməyən məxluqun sürüdən FƏRQİDİR. Canında bu FƏRQİ yaşadan məxluq üçün ölümdən əziz şey yoxdur. Bu mətləb Məhəmməd Hadiyə həsr edilmiş şeirdə də ifadə olunmuşdur: ...daha mənə bu dünyada, nə qaldı ölümdən əziz?


Bu çay da haçandı axır beləcə,

Ayları, illəri axıdır, axır.

Bu tayı gündüzdü, o tayı gecə,

Ortada bir uzun yuxudu, yuxu.


Biz də yuxudayıq bəlkə, ay uşaq,

Ayılsaq, görmərik bir-birimizi.

Mən ki, sənə dəyib-toxunmamışam,

Görən hardan gəlir

Bu qan iyisi!
Bu mətn parçasında «çay» və «yuxu» metaforaları, onların obraz və ideya strukturu şairin digər mətnlərinin, bütövlükdə yaradıcı təfəkkürünün bətnində yuvalanan sirri açıqlamağa yardımçı ola bilər. Belə bir fərziyyəni nəzərə alsaq ki, gözümüzün görmədiyi şeylər əslində öz içimizdə, qəlbimizin çox gizlində olan hücrəsində əbədi yatıb qalan nəsnələrdir və əslində işıq da qaranlığın görünən, rəng çalarında təqdim olunan bir formasıdır, bədii mətni görünən və görünməyən şeylərin təmas nöqtəsi, qaranlığın “rənglərə ayrılması”, hər bir əşyanın və nəsnənin öz rəngində və hamısının birlikdə tanrı rəngində görünməsi kimi almaq olar. Təsadüfi deyil ki, insan tapındığı məzhəbdə də Tanrını (Yeri və Göyləri yaradan...) «görünən və görünməyən şeylərin yaradıcısı» adlandırır. Ancaq bu iki dünya – görünən və görünməyən dünya qarşılıqlı təmasdadır. «Onların qarşılıqlı fərqi o qədər böyükdür ki, onların təmas sərhəddi ilə bağlı sual meydana çıxmaya bilməz. Bu sərhədd onları ayırır, ancaq həm də birləşdirir. Bunu necə başa düşməli?» (P. Florenski). Florenski daha sonra yazır ki, metafizikanın digər suallarında olduğu kimi bu sualda da əsas məqam odur ki, biz artıq özümüz haqda nələrisə bilirik. Bəli, qəlbimizin tarixçəsi iki dünyanın təmas sərhədi barədə fikir yürütmək üçün imkan yaradır, çünki bizim şəxsi təcrübəmizdə də həyat görünənin görünməyənlə əvəzlənməsidir, bu zaman hər iki dünya təmas tapır və biz bu təması hiss edirik. Bu zaman görünən şeylərin qatı bir an içində soyulur və bunun içindən görünməyən varlığın küləyi vurur üzümüzə. Hər iki dünya bir-birinin içində əriyir, həyat baş alıb gedən axına çevrilir. Şeirdəki «...biz də yuxudayıq bəlkə, ay uşaq, ayılsaq, görmərik bir-birimizi» qənaəti sonsuz zaman içində ayrılan, öz sapına düzülən rənglərin qaranlığa – bulud arxasına girməsinə bənzəyir. Buna görə də əslində şair nə qədər müxtəlif mətləblərdən bəhs etsə də, nəticə etibarı ilə öz içində dəhşətli həsrətlə görməyə susadığı nəsnələri, «qaranlıq məqamları» anlamağa çalışır, Andrey Belıy elə belə də yazırdı: yaradıcılıqda sənətkarın «həyat sirri» ehtiva olunur. Onun «Simvolizm» məqaləsində qeyd edilir ki, «görünmə (...görüntü) bu sirri göy qübbəsinin əlçatmaz ucalığına itələyir; orada buludların üzərində «ağlla dərk edilməyən bir məmləkətin sərhədləri» açılır; bu ona görə baş verir ki, həqiqi şeyin seyr edilməsi onu məndən kənarda mövcud olan təbiət obrazı kimi görükdürür, göy qübbəsi isə mənim təsəvvürümlə fəzadakı həqiqi «mən» arasında sərhəddir; səmanın sərhədindən o yanda qəlbimin yaşantılarını ötən musiqi səslənir: səma da məndən uçub gedib, orada qəlbimin torpağı yaranıb, bu torpaq isə mənim görünən obrazımdır. Görünən təbiət mənim yuxumdur; bu, buludların mavi səmada qaçışıdır». A.Belıy bu qənaəti şeirində də ifadə edirdi:
Проносится над тайной жизни

Пространств и роковых времен

В небесно-голубой отчизне

Легкотекущий, дымный сон.

Проносятся над небесами,

Летят над высотами дни,

Воскуренными облаками

Воскуренными искони.


Beləliklə, insanları, əşyaları...bir-birlərinə yaxınlaşdıran, ürcah edən şey görünənlə görünməyənin qəribə kombinasiyalarda meydana çıxan təmasıdır. Yuxu bu təsadüflərdən biridir, çay – tanrıyla insanın eyni rəngdə görünməsidir, çay – yuxunun aşkarlığıdır.
**

*

Bu şeirlə Əli Kərimin aşağıdakı şeiri arasında yeganə oxşarlıq hər iki sənətkarın “həyat sirrindədir”. Əli Kərimin poetik sistemində əsas cəhətlərdən başlıcası - ənənənin, klassik poetik mətnin “məchul”, işarə edilməyən, ancaq nəzərdə tutulan məqamdan başlamaqdır. Bu məqam hələ tapılmayıb, ən azı ona görə ki, yerin bu qatında arxeoloji qazıntı aparmaq heç kəsin ağlına gəlməyib. Həmin məchul məqam tapılan kimi, gerçəkliyə ayrıca münasibət tipi formalaşır, “qarşılanmamış gecə”, “nəfəs dəyməmiş gecə” tipli deyimlər Əli Kərimdə bütöv bir mətn təşkil edir. “Xatirəsinə” şeirində də hər şey “yoxluqdan”, həmin o “həyat sirrindən”, yəni məchul məqamdan başlayır. O, dünyada yox imiş // gördüyün şəxs yuxuymuş // oturmazmış burada // bu divarın yanında // görünməzmiş dərdimiz onun həyəcanında// nə siqaret çəkətmiş // hey sümürə-sümürə // nə də baş qaldırarmış // xırda bir səs-səmirə // özü olmadığından olmamış bir arzusu // nə biz olmuşuq, nə o // ağ bir yalan imişl bu // ağlama, könlüm, kiri // gözümdə yaş qalmamış // bu adda, bu nişanda // o gözəl gənc cahanda // olmamış, olmamış, olmamış...Aşağıdakı şeirdə inadla hər şey, bütün həyat sirri keçmişdə axtarılır (saçlarımda dünənin ayaq tozları qalmış), gələcəyin özü də...



...Arxeoloji qazıntılar zamanı tapılan əşyaların üzərinə xəttatların yaxud adi insanların həkk etdiyi misralar, deyimlər fikrimizcə, dünəni, dünən fəal olan informasiyanı bildirsə də, daha çox bu gündən keçmişə baxışdır, həmin informasiyanın öz mənbəyini tapmasıdır, Əli Kərimin şeirində olduğu kimi:


  • Başının üstünə bax!

  • Durna qatarıdımı?

  • Yoxsa heç nə görmədin?

  • Uçdumu, qurtardımı?

Gözlə görünmür onlar;

Keçir başımız üstdən

Günlər...

Saatlar...

Aylar...


Qarşılanmamış səhər

Nəfəs dəyməmiş gecə

Necəsən, başın üstdən

Sözsüz, xəbərsiz keçə...


Saçlarımda dünənin

Ayaq tozları qalmış.

Görən deyir, gənc deyil,

Yaşa dolub qocalmış.

Nə oldu, nə tutuldun

Tərlədin puçur-puçur?



Başının üstünə bax,

  • Köçəri günlər uçur!

Köçəri günlər uçur!


1 Əhməd Cəfəroğlu. Seçilmiş Əsərləri. Bakı Slavyan Universiteti, Filoloqun kitabxanası-100, Mütərcim - 2008, səh. 154-155.

2 Yenə orada, səh. 155.

3 Yenə orada, səh. 166.

4 Əli Kərim. Qaytar ana borcunu. Bakı....

5 Əli Kərim....

7 İmadəddin Nəsimi....

8 http://qayidish.azeriblog.com/2009/03/28/xorxe-luis-borxes-paskalin-kuresi

9 Əli Kərim....

10 Əli Kərim...

11 İmaməddin Nəsimi...

12 Əli Kərim...

13 Nəsimi....

14 Svetlana Şeina. “Ceyms Coys: söz və musiqi” –“Ceyms Coysun poeziyası”.

15 Əli Kərim

16 Əli Kərim....

17 Əli Kərim

18 Əli Kərim

19 Əli Kərim

20 Toporov...

21 P.F. Podkovırkin. “XVII əsr İspan ədəbiyyatında mübhəm və çətin üslub”

22 R.Rövşən. Kitablar kitabı

Yüklə 207,54 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin