Əli Kərim üslubu, yaxud



Yüklə 207,54 Kb.
səhifə18/22
tarix03.01.2022
ölçüsü207,54 Kb.
#36098
1   ...   14   15   16   17   18   19   20   21   22
... Düşmənin təhqir qədər

İti qılınclarından

Yerdə Vətən bölünür,

Dodaqda «Vətən» sözü,

Çayda axan duru su.

Günəş də parçalanır

Yaralı bir əsgərin

Gözlərinə tökülür

Torpaq ayaqlar altda,

İntizar bir ananın

Köksü kimi sökülür...16
Bu tipli misraları bəlkə də hamı yaza bilər, hər hansı hadisə haqqında yazmaq ona münasibətdə mövqenin seçilməsindən asılıdır, variantlar sonsuz sayda ola bilər, ancaq bütün bu variantların «dibinə daş atıb» elə bir poetik mövqe seçə bilərsən ki, dünyaya açılan mənzərə son mənzil, dünyanın qurtaracağı yer olsun:
Sənə hücum çəkir qəm qoşunları

Hamısı köhnəli, həm də təzəli,

Tapılsa hər dərdə milyonca məlhəm

Yenə yaşamağa yoxdur təsəlli.17
Əli Kərimin şeirlərində məkanın az qala bütün künc-bucağı aşkarlanırdı, parlaq nəsr cümləsiylə belə görünməyən tərəfləri üzə çıxırdı, təsadüfi deyil ki, üstündən illər keçəndən sonra bu şair yaddaşlarda ayrı-ayrı misralarla, tək özünün işlətdiyi qafiyələrlə, parça-fraqmentlərlə deyil, həyati mətləblər şəkilində qalırdı. Bu insanın bədii təfəkküründə elə bir xassə var idi ki, bir-birinə calana-calana gedən misralar qatarı «dayanandan sonra» elə bil dünyanın sonunu gözləyən bir mənzərə yaranırdı:

Yüklə 207,54 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin