ƏLİ ŞAMİl burul ğ anda n ç ixma q m ü m k ü n d ü r m ü ? B a k ı — 0 1



Yüklə 3,21 Mb.
səhifə70/105
tarix01.01.2022
ölçüsü3,21 Mb.
#105868
1   ...   66   67   68   69   70   71   72   73   ...   105
NAXÇIVAN: SOYUQ GÜNLƏRİN

QAYNAR SİYASİ HAVASI
Qışın ortasında qazı olmayan, işığı fasilələrlə verilən, blokadada qalmış Naxçıvanda siyasi gərginlik “kəllə-çarxa” yaxınlaşıb. İnflyasiyanın atını dördnala çapdığı adamların bir parça çörək qayğısından qurtula bilmədiyi bir vaxtda görəsən, siyasi mühit niyə belə qızışıb? Ocağı kimlər belə odlayıb? Bu onların nəyinə gərəkdir?

Belə suallar çoxlarını düşündürür. Suallara cavab axtarmaq, fikir mübadiləsi aparmaq üçün insanlar bir araya toplanmağa ehtiyac duyurlar. çayxanalar, uzun qış gecələrində qonum-qonşu söhbətləri, fikir mübadiləsi etməyə ötənlərə nəzər salmağa imkan verir. çıxış yolunu yenə də, təşkilatlanmada görürlər. İl yarım öncə müəyyən imtiyaz əldə etmək məqsədiləmi, yaxud da təşkilatda gördüyü bəzi kəm-kəsirlərə görəmi Xalq Cəbhəsindən küsüb gedənlərlə yanaşı indiyədək bitərəf qalanlar da AXC-nin dayaq dəstələrinə gəlirlər. Yenidən bir yerə toplaşanlar siyasətinə dərinliklərinə baş vura bilməsələr də, günün hadisələrini, ötənləri müzakirə edirlər. Deyirlər, necə oldu ki, 1994-cü ildə Azərbaycan Respublikasında çörəyin qiymətləri artdığı halda, Naxçıvanda əhalinin güzəranın pisliyi nəzərə alınaraq qiymətlər artırılmadı, H.Əliyev Azərbaycan Respubilkasının prezidenti seçiləndən sonra çörəyin qiyməti bir neçə dəfə artdı. Yoxsa Naxçıvan blokadadan xilas olub? Yoxsa naxçıvanlıların güzəranı yaxşılaşıb? İki il öncə kürsülərdən, teleekranlardan gur səslə: — Biz Naxçıvanı blokadadan qurtarmaq, Meğridən keçən dəmir yolunu açmaq istəyirik, Azərbaycan rəhbərliyi qoymur. Onlar Bakıda isti otaqlarda əyləşib naxçıvanlıların soyuqda ac-yalavac, susuz qalmasından xəbərsizdirlər! — deyən H.Əliyev görəsən, indi nə fikirdədir? Dəmir yolunu niyə açdırmadı? Naxçıvanı niyə blokadadan qurtarmadı? Əksinə, o hakimiyyətə gələndən sonra Azərbaycana gələn digər dəmir yolları da qapandı.

Bu suallara cavab arayanların narahatlığı Naxçıvanda siyasi mühiti qızışdırır. İki il öncə YAP-ın Şərur konfransında H.Əliyev rayonda təşkilatın 30 min üzvü olduğunu iftixarla deyirdi. Bu gün isə orada YAP-ın təşkil etdiyi mitinqlərə heç iki-üç min nəfər gəlmir.

Əlinə silah alıb sərhədlərimizi erməni quldurlarından qoruyanların böyük bir qismi çeşidli bəhanələrlə həbsxanalara atılsalar da, bayırda qalanlar təqib-təzyiqlər altında olsalar da, AXC-nin dayaq dəstələrində bir canlanma hiss olunur. Tez-tez öz yığıncaqlarını keçirən, açıq müzakirələrə geniş yer verən bu təşkilat sözü ilə işi düz gəlməyənlər üçün qorxunc qüvvə sayılır. Bu qüvvənin qarşısını almaq üçün yenə də ənənəvi sovet metodlarından — zor tətbiq etməkdən, xalqın diqqətini əsas məsələdən yayındırmaqdan, yeni düşmən obrazı yaratmaqdan məharətlə istifadə edilir. Azərbaycan televiziyası, radiosu, iqtidara xidmət edən qəzetlər Naxçıvan MR Daxili İşlər nazirinin və Naxçıvan MR Prokurorluğunun çıxış və bəyanatlarına geniş yer verir. Müxtəlif bəhanələrlə AXC fəalları həbs edilir.

Fevralın 2-3-də Azərbaycan EA Naxçıvan Elm Mərkəzinin şöbə müdiri, tarix elmləri namizədi Vəli Baxşəliyevi Babək rayonu Böyükdüz kəndində AXC dayaq dəstəsinin iclasını keçirdiyinə görə polis şöbəsinə aparıblar. Mənəvi və fiziki təzyiqlərdən sonra 15 günlük həbs cəzası ilə “mükafatlandırılıb”. Böyükdüz kəndindəki poçt şöbəsinin müdiri, ikinci dərəcəli əlil Hümmət Həsənov da “dikbaşlığına görə” cəzasını alıb. Çünki o, dəfələrlə edilən xəbərdarlığa baxmayaraq iş otağından Elçibəyin şəklini götürmürmüş.

Babək rayonundakı Qaraxanbəyli kənd məktəbinin tədris hissə müdiri Murad Həsənov on günlüyə, müəllim Həsən İsmayılov isə Hümmət Həsənov kimi beş günlüyə həbsə alınıblar. Hansı adla ittiham edilsələr də, onlar da rayon əhalisinin əksəriyyəti də yaxşı bilirlər ki, hər iki müəllim AXC dayaq dəstələrinin yığıncaqlarını təşkil etdiklərinə görə tutulublar.

Ordubad Rayon İcra Hakmiyyətinin başçısı Merac Əliyev müəssisə və təşkilatlara qeyri-rəsmi şəkildə göstəriş verib ki, Prezident Aparatına, Ali Sovetə və Naxçıvan MR Ali Məclisinə “Elçibəy və onun quldur dəstəsinin həbs edilməsi” ilə bağlı kollektivlər adından məktublar yola salsınlar. Bundan xəbər tutan idarə və müəssisələrin sıravi işçiləri onların xəbəri olmadan kollektiv adından məktub imzalamış idarə müdirləri ilə haqq-hesabı çürütmək, saxtakarları vəzifədən uzaqlaşdırmaq kampaniyasına başlayıblar.

Naxçıvan Elm Mərkəzinin, Babək rayonundakı Qaraxanbəyli kənd məktəbinin kollektivləri də siyasi motivlərə görə adamların həbs edilməsini dayandırılmasını tələb edir, kollektivlər höküməti siyasi tətillərlə hədələyir.


Azadlıq qəzeti, 1995, 14 fevral.



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin