ƏLİ ŞAMİL Çildirli аşiq irfani


Aşıq İrfani haqqında Türkiyədəki araşdırmalar



Yüklə 0,78 Mb.
səhifə17/64
tarix01.01.2022
ölçüsü0,78 Mb.
#104116
1   ...   13   14   15   16   17   18   19   20   ...   64
8. Aşıq İrfani haqqında Türkiyədəki araşdırmalar
Sovetlər Birliyinin dağılması Türkiyə ilə əlaqələri ge­niş­lən­dir­di. 1995-ci il, iyunun 9-11-də Qırıqqala valiliyi - KİBATEK və Folklor Araştırmaları Kurumunun birgə keçirdiyi “Dünya-Hoşgörü-Manas-Abay yılı” 7. Uluslararası Türk Xalq Ədəbiyyatı Se­­minarı və 1. Uluslararası Türk Dünyası Kültür Kurultayında Kars bölgəsinin ünlü aşıqlarından Aşıq Şərəf Taşlıovayla gö­rüş­düm. Azərbaycan aşıq ədəbiyyatının gözəl bilicisi olan bu insanı qiyabi tanıyırdım. Ona görə də bir-birimizdən tanışlarımızı xəbər al­maq, hal-əhval tutmaq, onlara salam yollamaqla başlayan söh­bət Xəstə Hasan, Qul Qaranı, İrfanı, Şenlik və bölgənin başqa aşıq­larına doğru yönəldi. Onların həyat və yaradıcılıqlarına dair yeni materiallar toplamağa başladım. İrfani haqqında söy­lə­dik­lə­ri­ni yazıya almaq istədikdə səmimiyyətlə “Əziyyət çəkməyin, mə­nim banta söylədiklərimi Ensar Aslan 1980-ci ildə “Köz” der­gi­sində (Ensar A., 1980,5:23-34.) yayınladıb. Dərgidəki mə­qa­lənin fotokopisini verərəm yararlanarsan”- dedi.

Aşıq Şərəf Taşlıovadan yazıya alınmış variant Aşıq İslam Er­denerin söylədiyindən elə ciddi fərqlənmirdi. Məzmunca oxşar olsa da ayrı-ayrı hadisələrin izahında fərqlər vardı. İslam Er­de­nerə görə İrfani haqq aşığı olduğu üçün Paşa onu Dəmirçilik kən­di­nə molla-came imamı göndərir. Aşıq Şərəf Taşlıova va­riantın­da isə İrfani Sənəmi qaçırdığına görə qızın atası Çıldır paşasına şi­kayət edir. Paşa da Sənəmi aşığın əlindən alıb atasına verir, Sü­ley­manı da həbs etdirir. Aşıq oradan qaçaraq sevgilisinin ya­şa­dığı Alagöz kəndinə gəlir və qızı ikinci dəfə Çıldıra qaçırır. Bu hadisə bölgədə dastana çevrilir.

Paşa da İrfani təxəllüsü ilə şeirlər qoşan Süleymanı yanına gə­tirtdirir. Aşıq çalıb oxuyanda Paşanın gənc və gözəl xanımı Xür­rəmzay içəri girir. İrfani onun gözəlliyinə heyran olub “İndi könlüm Xürrəmzaya bağlandı“ qoşmasını oxuyur. Paşa İrfaninin xanımına eşq elan etdiyini düşünərək onu yenidən həbs etdirir.

Aşıq bir il həbsdə yatdıqdan sonra “Gəlmişəm“ rədifli qoş­ma­nı yazıb üzrxahlıq edərək bağışlanmasını istəyir. Paşa onu həbsdən azad etsə də Dəmirçilik kəndinə sürgün edir.

İslam Erdenerə görə paşa İrfaninin həqiqi haqq aşığı ol­du­ğu­nu yoxlamaq üçün xanımını tərif etməsini tapşırır. O da “Bağ­lan­dı“ qoşmasını deyir. Paşa da bundan razı qalır və onun haqq aşığı olduğuna inanır.

2007-ci ilin noyabr ayının 29-30-da Ankarada, Qazi Uni­ver­site­tində professor Öcal Oğuzun təşkilatçılığı ilə “Somut ol­ma­yan kültürel miras. Yaşayan aşık sanatı” möv­zusunda elmi konfrans keçirilirdi. Orada mən də “Axısqalı Xəstə Hasan və onun yaratdığı aşıq məktəbi” adlı bir məruzə oxumalı idim. Konfransa araşdırıcılarla yanaşı aşıqlar da dəvət edilmişdilər. Aşıq Şərəf Taşlıova da orada idi. Mənim məruzə edəcəyim sa­lo­na gəlib çıxışımı dinlədi. Sonra da dedi ki, 1998-ci ilin iyulunda Türk Dil Qurumu onun ifasinda “İrfani hoca ilə Türkmən qızı” das­tanını lentə yazıb. Nədənsə dastanın nəşri yubanır. Səmimi eti­raf etdi ki, Ensar Aslan üçün 1976-cı ildə danışdığından Türk Dil Kurumu üçün danışdığı daha yaxşı alınıb. Mənə də məsləhət gör­dü ki, yazılarımda həmin variantdan istifadə edim. Arzu edir­di ki, həmin variantı əldə edib Azərbaycanda nəşr etdirim. Hər iki variantı əldə edib gözdən keçirəndə gördüm ki, Aşıq Şərəf Taş­lıova 22 ildə nə qədər dəyişiklər edib.



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin