Əliyev Rəşad Babas əlim İqtisadi t əhlük əsizliyin t əmin edilm əsind ə gömrük xidm ətinin rolu prof



Yüklə 0,61 Mb.
səhifə10/11
tarix01.01.2022
ölçüsü0,61 Mb.
#104100
1   2   3   4   5   6   7   8   9   10   11
NƏTİCƏ VƏ TƏKLİFLƏR
Tədqiqat işinin sonunda dərin təhlil əsasında nəticə və tövsiyələr ifadə edilmişdir ki, onların istifadəsi zamanı inteqrasiya proseslərinin möhkəmlənməsinə təkan veriləcək və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə ölkənin təhlükəsizlik və iqtisadiyyatın inkişafı təmin olunacaq.

Azərbaycan Respublikasının gömrük xidmətinin qarşısında duran problemlərin həyata keçirilməsi üçün ticarətdə və başqa ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın təkmilləşdirilməsi, ölkənin normativ-hüquqi aktları ilə beynəlxalq və yerli texniki qanunvericiliyinə uyğunlaşdıılrması, texniki və əlaqəli gömrük maneələrinin azaldılması təmin edilməlidir ki, bu da son nəticədə ölkəmizdə qlobal dünya təsərüfatı sisteminə bərabərhüquqlu daxil olmağa imkan verəcək.

Tədqiqat işində müəyyənləşdirildi ki, iqtisadi təhlükəsizlik dövlətin inkişafının təkcə açarı deyil, eyni zamanda vətəndaşların rifahının yüksəldilməsi, eləcə də suveren müstəqil dövlətin varlığı sayılır. İqtisadi təhlükəsizliyin təmin edilməsi hər bir dövlətin inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

Beləliklə qeyd edə bilərik ki, gömrük orqanının məhsuldarlığı, onların daxili iqtisadi təhlükəsizliyinin mühüm bir fraqmenti kimi və dövlətin iqtisadi fəaliyyəti kimi qanunvericinin qabiliyyəti və hazırlığından, onun balans prinsipi üzrə ideyasına maksimum uyğunluğundan, gömrük hüquq normaları üzərində, dövlət arasında konsensus və təşkilatlar- XİF iştirakçılarından birbaşa asılıdır.



Aprılmış araşdırmalar bir daha sübut edir ki, iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətinin özünəməxsus mövqeyi var. Bu da tədqiqat işinin elmi yeniliyini zənginləşdirir. Bu müddəalar aşağıdakılardan ibarətdir:

  1. Gömrük orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində iqtisadi təhlükəsizliyinin təmin edilməsinin məqsədi dövlət strategiyasının və iqtisadi siyasətin səmərəliliyinin artırılması, GX inkişafı, xarici ticarətin hərtərəfli inkişafıdır gözlənilməlidir;

  2. Gömrük orqanları vahid dövlət hakimiyyəti mexanizmindən idarə edilməlidirlər;

  3. Gömrük xidməti ölkənin konkret məqsədlərə nail olmaq üçün dövlətin sosial-iqtisadi institut kimi dövlətlə bazar arasında real şəraitə, “vasitəçi” yə çevrilməlidir;

  4. Gömrük orqanlarının işçilərinə verilən səlahiyyətdə inventarlaşdırma və təhlil aparmaq lazımdır;

  5. Cinayətlərin qarşısının alınması üzrə gömrük fəaliyyəti sahəsində dövlətin rolunun gücləndirilməsi. Dövlət azadlığı lazımdır, dövlət əsas islahatçı olmalıdır;

  6. GX çərçivəsində gömrük fəaliyyəti sahəsində cinayətlərlə mübarizədə vahid proqramın hazırlanması;

  7. Gömrük orqanlarının təkmilləşdirilməsi və texniki bazasının genişləndirilməsi;

  8. Gömrük fəaliyyətinin avtomatlaşdırılması və texnologiyaların yeni sistemlərinin işlənməsi, əmtəə istehsalının və kağızdan istifadə etmədən elektron sistemi texnologiyasına keçid;

  9. Gömrük orqanlarında həyata keçirilən islahatlar haqqında xalqın maarifləndirilməsi üzrə işlərin sistemli aparılması;

  10. Texnologiyanın təkmilləşdirilməsi üçün gömrük ödənişlərinin tam həcmdə büdcəyə daxil olması, və nəzarətin olması;

  11. Tam gömrük rəsmiləşdirilməsi ilə malların gömrük prosedurlarının eyni zamanda sadələşdirilməsi və unifikasiyası;

  12. Hüquq-mühafizə orqanı kimi gömrük xidmətinin rolunun artırılması; üslub və idarəetmə metodlarının təkmilləşdirilməsi, gömrük xidmətinin şaquli və horizontal bütün struktur bölgü üzrə aparılması.

  13. İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətindən istifadənin təsir mexanizmlərindən biri də gömrük sərhəd nəzarətində texniki vasitələrdən istifadədir. Bu mexanizm mallar və nəqliyyat vasitələri barədə məlumat əldə etmək, malların eyniləşdirilməsində, bölünən və radioaktiv materialların keçirilməməsidə, gömrük qaydalarının yenidən işlənilməsi;

  14. Ölkəyə idxal və ixrac olunan malların rüsumları haqqında qərarların yenidən işlənilməsi;

  15. Hər bir məhsul üçün müəyyən olunmuş rüsumlar həm ölkənin iqtisadi inkişafını, həm də təhlükəsizliyini təmin etməlidir;

  16. Ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək üçün əsas vasitələrdən biri də gömrük orqanlarının güclü struktura malik olmasıdır.

Ölkədə gömrük sisteminin mərkəzləşdirilmiş qaydada idarə olunması gələcəkdə aşağıdakı məqsədlərə nail olmağa imkan verəcəkdir:

- gömrük nəzarəti və prosedurlarının tam avtomatlaşdırılmasına;

- gömrük xidmətlərinədə idarəetmə proseslərinə elektron üsullardan geniş istifadə edilməsinə;

- idarəetmə proseslərinin sürətli informasiya təminatının təşkilinə;

- xarici-iqtisadi əməliyyatları əks etdirən məlumatların operativ surətdə yığılması, mərkəzləşdirilmiş məlumat bazalarının yaradılması və onların təhlilinin

aparılması;

- xarici ölkələrin mərkəzi gömrük orqanları ilə qabaqcıl təcrübə mübadiləsinin təşkilinə.

Azərbaycan Respublikasının gömrük məcəlləsini bərpa etmək məqsədilə təşkilati və səfərbər funksiyasının rolunu, məqsəd və vəzifələrini, funksiyalarını nəzərə alaraq qüvvədə olan gömrük orqanlarının iqtisadi təhlükəsizliyin təmin edilməsi məqsədəuyğun görünür.




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin