Universitetlərdə keyfiyyətin aşağı olması
Mən mövcud nöqsanları müəyyən qədər bilirəm, siz isə məndən də yaxşı bilirsiniz. Bizim ibtidai və orta məktəblərimizin problem və nöqsanları var. Bizim universitetlərimizin keyfiyyət problemləri var. Son illərdə kəmiyyətə bir qədər fikir verilsə də, keyfiyyətin aşağı olması hamının qəbul etdiyi və bildiyi bir həqiqətdir. Tədqiqat mərkəzlərinin çatışmazlıqları və bəzi tədqiqatçılarımızın həvəssizliyi də mövcud problemlərdən biridir.343
İnqilabi ruhun elmi tədqiqat büdcəsindən mühüm olması
İnqilab odur ki, hər bir şeydə dəyişiklik yaransın. Dəyişikliklərdən biri də ölkənin elm məsələsindədir. Deməyin ki, bizim pulumuz və büdcəmiz yoxdur. Bəli, pulla çox işlər görülür. Lakin düşünürəm ki, ölkənin bütün elm və bilik qurumları məsələyə inqilabçı gözlə baxmalıdır; övladı suya düşüb boğulmaqda olan bir şəxs kimi; inqilabdan qabaqkı dövrdə heç bir şeyi - nə həyat yoldaşını, nə uşağını, nə yaşayışını, nə evini, nə rahatlığını düşünən və bütün həyatını bir iş görməyə sərf edən mübariz insan kimi. Ölkənin elmi qurumları belə irəliləməli və bununla da bu yolda olan maneələr həqiqətən aradan qaldırılmalıdır. Universitetlərdə elm, tədqiqat və tətbiqi araşdırmalar üçün iş görmək lazımdır.
Bu gün Allaha şükür olsun ki, nazirlik və universitetlər hizbullahçı təşkilatlardır. Mən siz cənabların çoxunu yaxından tanıyıram, işinizə, məqsədinizə və imanınıza bələdəm. Gözləyirəm ki, bu məsələ, yəni elm və biliyin inkişaf etdirilməsi ilə məşğul olasınız.344
Dostları ilə paylaş: |