Hövzənin dərs kitablarını dəyişdirməyin zəruriliyi
Natiqlər dərs vəsaiti barədə danışdılar. Tamamilə doğrudur. İndi zamanı yadımda deyil, amma mən Quma səfərlərin birində... Bəli, qardaşların biri dedi ki, on ildir. Bilmirəm. Mən elə bilirdim üç-dörd il bundan əvvəl olub. Mən Qumda alimlərlə iclasda dərs kitablarının dəyişdirilməsindən danışdım, dərhal etirazlar ucaldı. Əlbəttə, bilirdim ki, bəziləri buna qarşı çıxacaqlar. Amma dərs kitablarının dəyişilməsi lazımdır, mütləq dəyişilməlidir, bunda heç bir şübhə yoxdur.
Bir qardaşımızın burada toxunduğu dəlili qeyd etdim. Çox güclü dəlildir. Əgər dərs kitablarını dəyişdirmək pis olsaydı, gərək Məalim kitabını oxuyaydıq, daha Qəvanin, Rəsail, Füsul və Kifayə nə üçün yazıldı? Bəli, bu düzgündür, indi də belədir.
İndi də dərs kitabı mütləq dəyişdirilməlidir. Çalışmaq lazımdır ki, tələbənin diqqəti məsələni başa düşməyə yönəlsin, mətnin mənasını anlamağa yox. Bu, hünər deyil ki, biz mətni anlaşılmaz edək, yaxud anlaşılan olmasına kömək etməyək, mətn dolaşıq qalsın və tələbənin çoxlu vaxtını tutsun. Bunun harası hünərdir, harası yaxşıdır, bunda hansı fayda var?! Yox, mətni elə aydın edək ki, məsələni anlamağa istedadı olan onun üzündən asanlıqla anlasın. Müəllim də mətni başa salmağa çətinlik çəkməsin və təkcə məzmunu bəyan etsin.
Kifayəni yeni Kifayəyə çevirək. Nə eybi var?! Məkasib kitabında mətləbləri bəyan edərkən şeyxin üslubu daim ictihadi çək-çevir etməkdir. Çünki bu kitab Şeyx Ənsarinin xaric (ali ixtisas) dərsidir. Məkasib elə-belə kitab deyil. Kim Şeyx Ənsari kimidir?! Bu qədər məkasib yazıblar, lakin onun xaric dərsi yazılı formaya salınmışdır. Şeyxin xaric dərsində oturan adam üçün yaxşıdır, mətləbi daim bu tərəfə çəkir, o tərəfə çəkir, ehtimal irəli sürür. Lakin fiqhi əsaslandırılmış mətn üzündən öyrənmək istəyən üçün yaxşı deyil, tələbə çətinliyə düşür. Bunu asanlaşdırsınlar. Şeyxin həmin mətləblərini başqa bir kitabda, lakin səlis və aydın şəkildə yazsınlar. Şeyxin hər bir məsələdə olan tədqiqatını gözəl surətdə bəyan etsinlər. Amma diqqətli olsunlar ki, onun dediyi olsun, yeni kitabda həmin sözü yazsınlar. Bu olacaq yeni Məkasib. Bu, vacib işdir. Mənim fikrim budur. Ola bilsin hövzənin məsul şəxsləri, müdirləri və bəzi görkəmli insanlar qəbul etməsinlər və bu iş baş tutmasın. Amma bir gün, şübhəsiz, baş tutacaq.524
Dostları ilə paylaş: |