Tədqiqatın istiqamətləndirilməsi və idarəsi
Tədqiqatı istiqamətləndirmək lazımdır. Tədqiqatın mütləq şəkildə və hər hansı bir formada olması yaxşı deyil, müəyyən istiqamətdə aparılmalıdır. Yəni ölkənin tədqiqat, texnika və elm işlərini təkmilləşdirən mövzular tədqiq olunmalıdır. Tədqiqat işindəki pərakəndəlik onların bəzisinin bəlkə də faydasız, yaxud az faydalı olmasına bais olur.354
Universitetlərdə elm və tədqiqata diqqətin gözəçarpan səmərələri
...İşə başlamalı və bunu həyata keçirməlisiniz, təsiri də duyulmalıdır. Demirik ki, bu iş 1, yaxud 2 ilə bilinməlidir. Xeyr, lakin elmə, alimə və tədqiqata diqqət, eləcə də ölkədə elm və sənayeni birləşdirmə prosesi başlandıqda və ölkə ehtiyaclarına uyğun şəkildə həyata keçdikdə, yəni ölkənin prioritetləri nəzərə alınıb elm və tədqiqat işinin və sənaye zəncirinin itmiş halqaları bərpa olunduqda, universitetlərdə bu sahəyə təbii həvəs və diqqət yaranacaq və bu, hiss olunacaq.
Bu, gizli qalmır və nə olduğuna baxmaq üçün 10 il gözləməyə ehtiyac olmur. İşin gedişində təsiri tamamilə duyulacaq, başlandığı bəlli olacaq; özünüz deyəcəksiniz ki, bu məqsədlə universitetdə bir cihad başlanmışdır. Bu işlər doğrudan da cihad kimidir. Bu baxımdan, biz bu barədə deyilənlərə bir şey əlavə etmirik və sizin inandığınız, nəticəyə gəldiyiniz, bizim də uzun müddətdir dəfələrlə təkrarladığımız məsələni yenidən xatırladırıq.355
Dostları ilə paylaş: |