Əzbərləmək yerinə araşdırma hissini gücləndirmək
Bir məsələ tələbədə tədqiqat və araşdırma hissini gücləndirməkdir... Təhsil sistemində yeniliyə dair vacib işlərdən biri budur: təhsil sistemi elə tənzim olunmalıdır ki, bizim gəncimiz tədqiqata, dərin elm və biliyə həvəs göstərsin, əzbərləməyə can atmasın.
Təəssüf ki, hələ də universiterlərimizdə müəllimin birsaatlıq dərsə bir neçə yüz səhifəlik kitab təyin etdiyini görürük. Nə üçün? Nə qədərinin faydalı olduğu bəlli olmayan sözləri əzbərlətdirmək və gəncin beynini lazımsız məlumatlarla doldurmaq nəyə lazımdır?
Gərək səlahiyyətli şəxslər gənclərimizi tədqiqata, dərin elmə və araşdırmaya sövq edən sistem hazırlasınlar. Bizim gənclərimizin istedadı doğrudan da yüksəkdir. Ölkənin orta istedad əmsalı çox yaxşıdır.375
Tədqiqat və daxili ehtiyaclar
Əvvəla, tədqiqata çox diqqət yetirilsin, ikincisi isə tədqiqat ölkənin ehtiyaclarına hesablansın. Yəni həqiqətən ehtiyacımız olan mövzularda tədqiqat aparaq.
Mən dəfələrlə həm Mədəni İnqilab Ali Şurasında çalışan dostlara, həm də bəlkə burada demişəm ki, ISI jurnallarında məqalələrin dərci bizdə elmi inkişafa meyar olmamalıdır. Biz bilmirik ki, təklif olunan, həvəsləndirilən və müəllifi təqdir edilən məqalə məhz ölkəmizə lazımlı məqalə olsun. Biz özümüz müəyyən etməliyik ki, nə barədə məqalə yazaq, nə haqda tədqiqat aparaq. Sözsüz ki, beynəlxalq dərgilərdə işıqlandırılması zəruridir və işıqlandırılacaq da. Məqsəd budur ki, biz tədqiqatımızı öz ehtiyacımıza uyğun edək.376
Dostları ilə paylaş: |