Tədqiqat - təhsilin qida mənbəyi
Bir məsələ də təkraridir, amma əhəmiyyətli olduğuna görə deyirəm. Bu, tədqiqat və araşdırma barədədir. Biz hökumətin iclasında da tövsiyə etmişik, bəzi məmurlarla, o cümlədən cənab prezidentin özü ilə xüsusi iclaslarda da demişik. Lakin məsələnin başqa bir tərəfi universitetlərin özünə aiddir. Onlar tədqiqat üçün ayrılan büdcəni düzgün cəlb etməli, düzgün və öz yerində xərcləməlidirlər. Çünki tədqiqat təhsilin qida mənbəyidir.
Biz tədqiqata ciddi yanaşmasaq, yenə də uzun illər gözümüzü xarici mənbələrə dikməli və dünyanın bir tərəfində bir nəfərin tədqiqat aparmasını gözləməliyik ki, ondan, yaxud tədqiqat əsasında yazdığı əsərlərdən istifadə edib burada öyrədək. Belə olmaz. Bu, asılılıq, sözügedən tərcüməçilik, bir ölkə və bir universitet üçün elmi şəxsiyyətin müstəqil olmamasıdır.
Bir ölkənin universiteti, elmi mühiti dünya ilə elmi əlaqələrdən, elm mübadiləsindən, elm öyrənməkdən çəkinməməlidir. Mən dəfələrlə demişəm ki, biz şagirdlik etməyə utanmırıq. Müəllim tapılsa, biz onun yanına gedib şagirdlik edərik, amma həmişə və hər bir yerdə şagird qalmağı eyib bilirik. Belə olmaz. Bir elmi toplumun elmi inkişafın şərti sayılan tədqiqatda zəifliyi nöqsandır. O, elmi baxımdan özünə arxalanmalıdır. Əlbəttə, başqalarından da istifadə etsin, dünya ilə də mübadilə aparsın. Bu zaman elmi mübadilələrdə özünə layiq yeri tuta bilər. Öz elminə, tədqiqatına arxalansa, dünyada və elmi mübadilələrdə təsirini görər.374
Dostları ilə paylaş: |