Elm sahəsi: filologiya – dilçilik



Yüklə 0,84 Mb.
səhifə34/54
tarix10.01.2022
ölçüsü0,84 Mb.
#108639
1   ...   30   31   32   33   34   35   36   37   ...   54
Alçak yerde yatma sel alır, yüksek yerde yatma yel alır (Hərf.: Don’t lie down in low places, flood will take you, don’t lie down in high places, wind will take you). Bu atalar sözündə alçaq-yüksək sözləri həqiqi antonimlərdir. Atalar sözünün məzmunu sel–yel qarşılaşdırmasına imkan verir. Selyel kvaziantonimlərdir.

Deveye sormuşlar neden boynun eğri. "Nerem doğru ki?" demiş (Hərf.: They asked the camel why its neck was curved. "What of me is straight?" it said). Atalar sözündə türk dilində eğri- doğru antonim cütdür. Azərbaycan dilində eyni atalar sözündə əyri-düz antonim cütü işlənir.

Gençliğin kıymeti ihtiyarlıkta bilinir (Hərf.: The value of youth will be known in old age); Kurunun yanında yaş da yanar (Hərf.: Near the dry, the damp will burn); Sabır acıdır, meyvesi tatlıdır (Hərf.: Patience is bitter, but its fruit is sweet). Bu atalar sözlərində gənclik-ixtiyarlıq, quru-yaş, acı-dadlı antonimlərindən istifadə olunmuşdur.

Atalar sözlərində tamamlayıcı sözlər cütünün işlənməsi də geniş yayılmışdır. Oğlan babadan öğrenir sofra açmayı, kız anadan öğrenir biçki biçmeyi (Hərf.: A son will learn from his father to make a living, a daughter will learn from her mother to cut clothes); Babası oğluna bir bağ bağışlamış, oğul babaya bir salkım üzüm vermemiş (Hərf.: The father donated a vineyard to his son, the son didn't give a bunch of grapes to the father); Yaz günü gölgede yatanın, kış günü ekmeği esmer olur (The one who lays in shade in summer, whose bread becomes dark in winter). Verilmiş atalar sözlərində ata-oğul, ana-qız, yaz-qış tamamlayıcı antonim cütlərindən istifadə edilmişdir.

Atalar sözlərinin müəyyən qismində əkslik müqayisə əsasında formalaşır. Müqayisəyə gətirilən sözlər ayrılıqda götürüldükdə dildə antonim cütü təşkil etmirlər. Lakin bu sözlər atalar sözünün daxilində əks münasibəti ifadə edirlər. Bu şəkildə antonimlik kontekstual antonimlikdiir. Məsələn, Nerede hareket orada bereket (Hərf.: Where there is activity, there is fertility); Kaz gelecek yerden tavuk esirgenmez (Hərf.: A chicken won't be grudged to a place a goose will come from).

Müxtəlifsistemli dillərdə işlənən idiomların həmin dillərin birindən digərinə tərcüməsi zamanı onların ekvivalentliyi əsas götürülür. Ekvivalentlik vahidlərin məzmun cəhətdən tam və ya qismən eyniliyi kimi başa düşülür. İdiomlar arasında qismən və tam ekvivalentlik müşahidə edildiyi kimi, ekvivalentliyin yoxluğu da özünü göstərir. Belə idiomların başqa dildə verilməsi zamanı əsas mənaya görə yaxınlığa üstünlük verilir. Azərbaycan və türk dillərində qeydə alınan və tərkibində antonim münasibətli sözlər olan atalar sözlərinin hər iki dildə olması müşahidə edilir. Bəzi hallarda belə atalar sözlərində kiçik leksik fərqlər üzə çıxır. Bu leksik fərqlər dillərin leksik sistemlərinin müasir vəziyyətindən irəli gəlir. Tarixən daha qədim dövrə aid olan atalar sözlərinin hər iki dildə eyniliyi aşkara çıxır. İngilis dili ilə müqayisədə atalar sözlərində fərqli cəhətlər çoxdur. Bu da həmin dillərin frazeoloji sistemlərinin milli-mədəni xüsusiyyətləri bağlı izah oluna bilər.

Atalar sözlərinə, qanadlı sözlərə antonimlər xüsusi kəskinlik verir [66]. Antonimlərin köməyi ilə predmetlərin ziddiyyətli səciyyəsi açılır. Ona görə də anlayış və vəziyyəti, obraz və halı kəskin qarşılaşdıran üslubi fiqurlarda antonimlərdən istifadə olunur.

Dilçilikdə antonimlik ilkin olaraq leksik səviyyədə baxılmışdır. Bununla belə, bu hadisənin dilin frazeoloji vahidlərini əhatə etməsi də qeyd olunur.

Cins anlayışı ilə təyin olunan keyfiyyətin (xassənin) əksliyinin son həddini ifadə edən növ anlayışları əsasında məntiqi əkslik modelinin qurulması dildə antonimlik üçün zəruri şərt olsa da, kafi şərt deyildir.

Dil vahidlərinin semantik strukturu həmin vahidlərin ən kiçik məna vahidlərinin – semlərin ciddi sıralanmış iyerarxik quruluşudur. Semantik baxımından antonimlər dilin quruluşca bircinsli olan paradiqmatik cəhətdən yalnız bir differensial əlamətlə fərqlənən vahidləridir [117, s.116; 132, s.308; 163, s.386].

Antonim cütlərin semantik strukturunda iki tip semantik komponent vardır. Birinci komponent cütün hər iki üzvü üçün ümumi semdir. İkinci qarşılıqlı istisna edən, həm də qarşılıqlı nəzərdə tutan semlərdir. Yəni antonim cütün birinci üzvündəki ikinci sem, ikinci üzvdəki sem antonimlərin bir paradiqmada (cütdə) birləşməsini gerçəkləşdirir. Kontrar semlər isə diametral əksliyi təyin edirlər. Məsələyə bu istiqamətdən yanaşdıqda antonimlik üçün birinci meyar məna tərkibində əks komponentləri olan nominativ vahidlərin semantik strukturunun bircinsliyidir. İkinci meyar qarşılaşdırılan nominativ vahidlərin məna strukturunda həqiqi əksliyi ifadə etməyə əsas verən tam inkarın mövcudluğudur. Tam inkar antonim cütdəki bir sözün digər sözdəki mənanın istisna etməsidir.

Antonim paradiqma bir-biri ilə ümumi semə görə əlaqələnən anlayışların qarşılaşdırılması ilə qurulur. Deməli, antonim cütlərdə həm ümumi birləşdirici əlamət (və ya əlamətlər), həm də fərqləndirici əlamət (və ya əlamətlər) vardır. Differensiallaşdırıcı əlamət mənaların son hədd səviyyəsində qarşılaşdırılmasını gerçəkləşdirir.

Nitqdə həmişə bir dil vahidinin mənası başqa bir vahidin mənasına qarşı qoyula bilər. Nəzəri cəhətdən dildəki istənilən iki sözün mənasını qarşılaşdırmaq mümkündür. Bu həmin cütlərin antonim cütlər olması mənasına gəlmir.




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin