Elmi-praktiKİ konfransin materiallari



Yüklə 0,76 Mb.
səhifə25/52
tarix04.01.2022
ölçüsü0,76 Mb.
#54463
1   ...   21   22   23   24   25   26   27   28   ...   52
Şərifə Yaqubova

sosial-iqtisadi elmi-tədqiqat laboratoriyasının elmi işçisi,

Pakizə Həsənəliyeva

Azərbaycan Dövlət İqtisad Universitetinin

sosial-iqtisadi elmi-tədqiqat laboratoriyasının elmi işçisi
Qadınların xaricdə təhsilə cəlbinin bəzi aspektləri
Son oniilliklərdə dünyada iqitsadi inteqrasiyanın sürətli inkişafı - dünya ticarətinin həcminin dinamik artımı, birbaşa xarici investisiyaların ciddi yüksəlməsi, xüsusi kapitalların dünya üzrə axının sürətlənməsi iqtisadi həyatın real faktıdır.
İqtisadi inteqrasiyasının bu səviyyəsinin iqtisadi proseslərin qlobal müstəvidə baş verməsinin şərtləndirməsi də təkzib olunmaz faktdır və bir regionda başlayan maliyyə böhranlarının dünyanın digər maliyyə bazarlarına dərhal təsiri - qlobal maliyyə böhranlarına çevrilməsi də bu cəhəti təsdiqləyir. Qloballaşma, iqtisadi inteqrasiya prosesi ilə birgə ölkələrarası rəqabətin güclənməsi də aşkar bir prosesdir və bu rəqabət mühitində ölkələrin iqtisadi müvəffəqiyyəti digər amillərlə birgə keyfiyyətli iş qüvvəsi potensialının mövcudluğundan asılı olur.
Müasir dünyada qadınların sosial-iqtisadi həyatda fəal iştirakını da nəzərə aldıqda, qlobal əmək bazarında iş qüvvəsinin rəqabətə davamlılığında qadınların yüksək peşə hazırlığı da mühüm amilə çevrilir. Təhsil prosesinin, xüsusilə də ali təhsil prosesinin kifayət qədər beynəlmilləlləşdiyini və bu beynəlmilləlləşmənin yüksək ixtisaslı kadr hazırlığında mühüm bir faktor olduğunu da qəbul etsək, aydındır ki, qadınların xaricdə ali təhsilə cəlbi rəqabətədavamlılıqda əhəmiyyətli bir məsələyə çevrilir. Bu baxımdan Azərbaycanda istərsə bütövlükdə xaricə tələbələrin cəlbini, istərsə də qadınların beynəlmilləl ali təhsil sferasına cəlbi işinin həll olunduğu iddia etmək mümkün deyil. Aydındır ki, Azərbaycandan xaricdə təhsil alan tələbələrin sayını artırmaqla birgə qadın tələbələrin sayının artımına da diqqət gərəkdir.
Aşkardır ki, bütövlükdə xaricdə təhsil alanların say dairəsinin məhdud olmasının ən başlıca faktoru iqtisadi situasiyanın əlverişsiz olması ildə əlaqədardır və buna görə də bu istiqamətdə dövlətin aktiv siyasətinə - o cümlədən, dövlət vəsaitləri hesabına xarici universitetlərə tələbə göndərilməsinə ehtiyac gərəkdir. Bu əsaslı faktorda bişqa, qadınların xaricdə təhsilə maneə olan digər amillərin - xüsusilə, milli xüsusiyyətlərin müəyyən qədər təshihi gərəkdir. Bu isə cəmiyyətdə zəruri və spesifik maarifləndirmə işinin aparılmasına, yaxud milli və dini baxımdan uyğun regionlarda, o cümlədən Türkiyə universitetlərinə qadın tələbələrin prioritet cəlbinə diqqət yetirməyi tələb edir.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin