© «Nurlan», 2013
DİQQƏTƏ LAYİQ ƏSƏRLƏR
Daha çox vətənpərvərlik mövzusunda yazdığı əsərlərlə tanınan Elxan Xəzərin yaradıcılığının diqqətlə izləyənlər bilirlər ki, onun kitabları əsasən keçmiş döyüşçü dostlarının maddi vəsaiti hesabına işıq üzü görür. Yəqin ki, bu, iki səbəbdən irəli gəlir: Birincisi, bu insanlar vaxtilə Elxanla birlikdə vuruşublar, onun göstərdiyi igidlik və rəşadəti görüblər. İkincisi, nəşr olunan bir çox əsərlərin ədəbi qəhrəmanları vətən uğrunda şəhidlik zirvəsinə yüksələnlər, bu yolda əlil olanlar və hazırda keçmiş döyüşçülərdir.
Əslində “elə mərd oğullar şəhid olur ki, diri qaldığına adam utanır”, “indi buna yanıram ki, ondan əvvəl ölməmişəm”, “millətin hünəri boydadır vətən”, “döyüş məqamında bu bədən, bu baş, qoy olsun Vətənin qalasında daş” , “varımız hamıya gen-bol bəs edər, İlahi, sən bizə ağıl ver bir az”, “canı yox, yurdu qoru, canımız Vətənindir”, “əgər istəyiriksə pozulmayan iz olaq, gərək Mübariz kimi mətin, mübariz olaq” və s. yüzlərlə belə mənalı deyimin, “Əsrin cinayəti”, “Şəhid şəhər”, “Örnək”, “Dəyanət”, “Yaralı ürəklər”, Bizim Türkiyə”, “Mübariz” və başqa dəyərli poemaların müəllifi olan, erməni cəlladlarının qeyri-insani hərəkətlərini Elxan Xəzər kimi yazarların əsərlərinin nəşri barədə imkanı olan hər bir soydaşımız düşünməlidir. Belə yazıların 300, 500 tirajla çap olunması heç də ürəkaçan hal deyil. Nəzərə almaq lazımdır ki, o, həm bir yazar, həm də müharibə veteranı kimi tez-tez orta məktəblərdə, texnikumlarda, əmək kollektivlərində, hərbi hissələrdə görüşlər keçirir və həmin kitabları təmənnasız olaraq oxuculara hədiyyə edir.
Marqlı məqamlardan biri də budur ki, hələ indiyədək heç kəs onun kitablarını satışda görməyib. O, kitabını qazanc xətrinə nəşr etdirmir.
Elxan şahidi olduğu adi hadisələrdə qeyri-adi detallar taparaq özünəməxsus şəkildə ifadə etmək bacarığına malikdir. Onun müxtəlif şeirlərində işlənmiş “zülmət ulduz-ulduz mixlanıb göyə”, “yollar igidlərin barmaqlarıtək dağların belində daraqlanıbdır”, “gecə köynəyinin düymələritək işıqlar yol boyu sıralanıbdır”, “bu güzgü mənimki deyil, kim baxır onu göstərir”, “yanıb Kərəm kimi kül olaram mən, ikimiz bir eşqi qoruyammasaq”, “məgər bilmirsənmi öz ürəyində özümə keşikçi qoymuşam səni” və s kimi ifadələri həyata açıq gözlə, həssas ürəklə, poetik nəzərlə baxan yaradıcı inasan söyləyə bilər. Belə fikirlər oxucunu cəlb etməklə yanşı, dərindən düşünməyə, özünün gördüyü mənzərələrdə qeyri-adiliklər axtarmağa məcbur edir. Məsələn, mən Elxanın “Əsgər ağaclar” şeiri ilə tanış olarkən necə heyrətləndiyimi indi də xatırlayıram. Elə şeirin təkcə adı məndə müəyyən sullar doğurmuşdu: Ağac hara, əsgər hara? Şeiri oxuduqdan sonra müəllifin müşahidə qabiliyyəti məni valeh etdi. Cəmi üç bənddən ibarət olan bu yazı poeziyamızın dəyərli nümunələrindən biri kimi ömürlük yaddaşıma yazıldı:
Dostları ilə paylaş: |