Əlyazması hüququnda t ağızadə Elçibəy Kamandar oğlu (magistrantin a. S. A.) «Fond birjalarinin əsas iqtisadi göstəriciləri və onlarin təhlili yollari»



Yüklə 1,46 Mb.
səhifə7/23
tarix01.01.2022
ölçüsü1,46 Mb.
#104989
1   2   3   4   5   6   7   8   9   10   ...   23
(US$/tonne) for 5 February 2016




Official price

Aluminium - Alüminium

1,531.00

Aluminium Alloy - Alüminium xəlitəsi

1,560.00

NASAAC - Alüminium xəlitəsi (Şimali Amerika)

1,675.00

Copper - Mis

4,669.00

Lead - Qurğuşun

1,789.00

Nickel - Nikel

8,485.00

Tin - Qalay, ağ, təbəqə dəmir

15,225.00

Zinc - Sink

1,715.50

Cobalt - Kobalt

22,830.00

Molybdenum - Molibden

12,000.00

Steel Billet - Polad qəliblər

220.00

LME yaranma tarixli – 1877-ci ildir. Onun əcdadı hələ XVI əsrdə əsası qoyulmuş Kral birjasıdır (Royal Exchange). LME - klassik birja ticarətinin sonuncu istehkamı adlandırılır. Burada brokerlər sövdələşmələri səs vasitəsilə, lotları, qiyməti və göndərilmə vaxtını qışqırmaqla həyata keçirə bilirlər. LME -də sövdələşmələr zamanı mobil telefonlardan istifadə olunması qadağandır. Treyderlər öz müştəriləri ilə əlaqəni ancaq stasionar telefonlar vasitəsilə apara bilərlər. LME-də satış iştirakçıları birjanın rəhbərliyi tərəfindən müəyyən olunmuş dress-koda riayət etməlidirlər. Kişilər və qadınlar işgüzar kostyumda və eleqant, zərif ayaqqabıda olmalıdırlar. Şortlar, futbolka maykalar, legginslər - qəti qadağandır. LME brokerləri metalların göndərilməsi füçersləri ilə satışı həyata keçirirlər. Lotun qiyməti metala olan tələbdən və göndərilmə müddətindən asılıdır. Müddət nə qədər az olarsa, alıcının ödədiyi mükafat (premiya) bir o qədər yüksək olacaqdır. Maraqlı fakt: 2014-cü ilin mayında LME-də alüminiumun dərhal göndərilməsi üzrə mükafatın rekordu vurulmuşdur. Metalın hər tonuna görə alıcı $412 ödəmiş, bu zaman alüminiumun bazardakı qiyməti $1801 təşkil etmişdir.

İndiki vaxtda LME-də daha çox metalın özü deyil, onun yenidən maliyyələşdirmə imkanları - kontanqo, yəni malın daha gec müddətdə göndərilməsinə görə cari qiymətdən nəzərdə tutulan güzəşt, satılır. İstehlakçılar birja qiymətindən 17-18% artıq ödəməyə hazırdılar. Bu da onu göstərir ki, fiziki tələb, qiyməti aşağı dartan maliyyə oyunçularının, möhtəkirlərin, hec-fondların gözləmələrindən daha yüksəkdir.

Qeyd olunduğu kimi, birjalar, mütəşəkkil ticarətin növlərindən biridir. Mütəşəkkil əmtəə bazarı kimi elə bir yer sayılır ki, burada alıcılar və satıcılar yığışırlar və müəyyən olunmuş qaydalara əsasən ticarət əçəliyyatlarını həyata keçirirlər. Bu cür bazarların bütün növlərinə bir sıra ümumi cəhətlər məxsusdur:



  • sövdələşmələrin keçirilməsinin ciddi müəyyən olunmuş qaydaları;

  • ticarət əməliyyatlarının həyata keçirilməsində aşkarlıq;

  • xüsusi təşkil olunmuş ticarət sahələrinin, anbarların və ofis yerlərinin mövcudluğu;

  • rabitə və informasiya sistemi.

Birja  - hüquqi şəxs olmaqla, əmtəələrin (malların), valyutaların, qiymətli kağızların və törəmə maliyyə alətlərinin bazarını təşkil edir və onun müntəzəm işini təmin edir.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin