Endokrinologiya 25. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir



Yüklə 2.45 Mb.
səhifə3/19
tarix01.07.2018
ölçüsü2.45 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

140) «Hormon» və «hormonal tənzimləmə» anlayışlarına aid olan düzgün fikri göstərin:
A) Kiçik konsentrasiyada belə bioloji aktivliyə malikdirlər

B) Hamısı doğrudur

C) Xüsusi hədəf orqanları var

D) Endokrin vəzilər tərəfindən ifraz olunur

E) Distant təsirə malikdir
Ədəbiyyat: Məmmədhəsənov R.M.,Endokrinologiya,Bakı,2006.
141) Polikistoz yumurtalıqlar sindromunun fəsadlarına nə aiddir?
A) Aşağı ətrafların venoz çatmazlığı, şəkərli diabet, prolaktinoma

B) Hipotireoz, arterial hipertenziya, uşaqlıq boynu xərçəngi

C) Şəkərli diabet, ürək - damar xəstəlikləri, endometriumun hiperplaziyası

D) Endometriumun hiperplaziyası, tireotoksikoz, arterial hipertenziya

E) Ketoasidoz, ürək - damar xəstəlikləri, şəkərli diabet
Ədəbiyyat: “эндокринология национальное руководство" под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
142) 6 yaşlı uşaq öz həmyaşıdlarından boyda geri galır. Atasının boyu 170sm, anasının boyu 160sm - dir. Müayinə zamanı boy və sümük yaşı 3 yaşa uyğundur. TTH norma çərçivəsindədir. Klofelin sınağı zamanı STH 5 nq/dl - i keçməyib. Diaqnoz:
A) İzolə olunmuş STH defisiti

B) Anadangəlmə hipotireoz

C) Somatogen nanizm

D) Ailəvi alçaqboyluq

E) Serebral - hipofizar nanizm
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
143) STH ifrazının artması nəticəsində böyüklərdə necə dəyişikliklər baş verir?
A) Akromeqaliya

B) Sonsuzluq

C) Hipofizar piylənmə

D) Ağıl zəifliyi

E) Cirtdanboyluluq
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
144) Lüteinizə edən hormon nəyi stimullaşdırır?
A) Kortizolun ifrazını stimullaşdırır

B) Androgenlərin ifrazını stimullaşdırır

C) İnsulinin sekresiyasını

D) Qalxanavari vəzin hormonlarının sekresiyasını stimullaşdırır

E) Yumurtalıqlarda estrogenlərin sekresiyasını, yumurtalarda spermatogenezi
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
145) Sadalanan simptomlardan hansılar diffuz toksiki ur üçün xarakterik deyil?
A) Arıqlama

B) Ümumi hiperhidroz

C) Bradikardiya

D) Daimi ürək döyünmə

E) Ətrafların titrəməsi, əzələ zəifliyi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
146) Diffuz toksiki urun müalicəsində aşağıda sadalanan preparatlardan hansı istifadə olunmur?
A) Merkazolil

B) Sedativ preparatlar

C) β – adrenoblokatorlar

D) Veroşpiron

E) Qlyukokortikoidlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
147) 30 yaşdan cavan olan xəstələrdə düyünlü toksiki urun əsas müalicə üsulu hansıdır?
A) 131J ilə müalicə

B) Cərrahi müdaxilə

C) Qlyukokortikoidlərlə müalicə

D) Merkazolil ilə qlyukokortikoidlərin kombinasiyası şəklində müalicə

E) Merkazolil ilə müalicə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
148) Autoimmun tireoidit üçün nə xarakterikdir?
A) Bədən hərarətinin yüksəlməsi

B) Qalxanabənzər vəzi hüceyrələrinin mikrosomal fraksiyalarına qarşı olan anticisimlərin titrinin azalması, bədən hərarətinin aşağı düşməsi

C) Boyun limfa düyünlərinin böyüməsi

D) Qalxanabənzər vəzi hüceyrələrinin mikrosomal fraksiyalarına qarşı olan anticisimlərin titrinin yüksəlməsi, radiofarmpreparatının qalxanabənzər vəzi toxumasında qeyri-bərabər yayılması

E) Radiofarmpreparatının qalxanabənzər vəzi toxumasında qeyri-bərabər yayılması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
149) Yarımkəskin tireoidit üçün xarakterik deyil?
A) Aydın təzahür olunan ağrı sindromu

B) Tireoid hormonlara qarşı olan antitellərin titrinin yüksəlməsi

C) Bədən hərarətinin yüksəlməsi

D) Ekzoftalm

E) EÇS – in yüksəlməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
150) Tireotoksikozun diaqnostikası üçün daha informativ üsullar hansılardır?
A) AKTH təyini, Prolaktinin təyini

B) Əsas mübadilənin təyini

C) Qanda zülalla birləşmiş yodun təyini

D) Cinsi xromatinin təyini

E) Tiroksinin (T4) təyini, Tireotrop hormonun (TTH) təyini, Triyodtironinin (T3) təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
151) Tireotoksik adenoma aşağıda sadalananların hansı ilə xarakterizə olunur?
A) TTH yüksək səviyyəsi ilə

B) Endokrin mənşəli oftalmopatiya ilə

C) Düyünlü urun olması ilə, T 3 səviyyəsinin artması ilə

D) T 4 səviyyəsinin artması ilə, diffuz urun olması ilə

E) Miasteniya ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
152) Hipotireoz üçün xarakterik olmayan əlamət aşağıdakılardan hansıdır?
A) Dəri örtüyünün quru olması

B) Bradikardiya

C) Qəbizliyə meyillik

D) Arıqlama

E) Yuxululuq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
153) Hipotireozun müalicəsində tədbiq edilən preparatlar?
A) Propiltiourasil, Tiroksin

B) Kortizol, Dostineks, Tiroksin

C) Metiltiourasil

D) Merkazolil, Tiroksin, Triyodtironin

E) Tiroksin, Triyodtironin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
154) Tireotoksikoz zamanı böyrək tərəfindən hansı dəyişiliklər ola bilər?
A) Ca və F reabsorbsiyasının pozulması

B) Böyrək qan dövranının pozulması

C) Konsentrasion funksiyasının pozulması

D) Böyrəyin filtrasiya qabiliyətinin artması

E) Proteinuriya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
155) Merkazolil ilə tireotoksikozun müalicəsi neçə müddətdən az olmamalıdır?
A) 19-24 ay

B) 4-6 ay

C) 7-11 ay

D) 2-3 ay

E) 12-18 ay
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
156) Üçüncülü hipotireozun yaranma səbəbi hansıdır?
A) Simmonds-Şıyen sindromu

B) Qalxanvari vəznin radiasiya ilə zədələnməsi

C) Tireoliberin sekresiya edən hipotalamik mərkəzlərinin birincili zədələnməsi

D) Hipofizin adenoması

E) Yod çatışmazlığı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
157) Birincili hipotireozun patogenezini nə təşkil edir?
A) TSH sekresiyasının azalması

B) Tireoliberinin sekresiyasının azalması

C) Qalxanvari vəzin toxumasının azalması ilə tireoid hormonlarının sintezinin azalması

D) Qalxanvari vəzin toxumasının hiperplaziyası

E) Tireoliberinin sintezinin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
158) Üçüncülü hipotireozun patogenezini nə təşkil edir?
A) Tireoliberinin sintezinin azalması

B) Tireoliberinin sintezinin artması

C) TSH sekresiyasının artması

D) Qalxanvari vəzidə autoimmun prosess

E) Biolojı qeyri-aktiv TSH sekresiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
159) Üçüncülü hipotireoz zamanı nə aşkar olunur?
A) Tireoliberinin sintezinin artması

B) Tireoliberinin sintezinin azalması

C) Prolaktinin artması

D) TSH sekresiyasının artması

E) Əsas mübadilənin sürətlənməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
160) Hipotireozun müalicəsində ömürlük əvəzedici terapiya üçün seçim preparatı hansıdır?
A) Triyodtironin

B) L-tiroksin

C) Tireotom

D) Tireoidin

E) Tireokomb
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
161) Endemik urun profilaktikasında istifadə olan preparatlar hansılardır?
A) Glyukokortikoidlər

B) Vitaminlər

C) b-blokatorlar

D) Anaboliklər

E) Yod preparatları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
162) Kəskin tireoiditin patogenezində hansı faktorlar rol oynayır?
A) Genetik meyillilik

B) Qalxanvari vəzin zədələnməsi

C) İmmunolojı qoruyucu mexanizmlərinin pozulması

D) Yoddefisit

E) İnfeksiyanın qalxanvari vəzinə daxil olması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
163) Kəskin tireoidit zamanı qalxanvari vəzinin funksiyası necə dəyişir?
A) Artır

B) Xəstəliyin fazasından asılıdır

C) Azalır

D) Dəyişilmir

E) Distireoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
164) Kəskin tireoidit neçə müddət sürə bilər?
A) 1-2 ay

B) 1,5-2 il

C) 4-6 ay

D) 5-7 gün

E) İllər boyu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
165) Kəskin tireoidit nə ilə bitir?
A) Qalxanvarı vəzidə düyünlərin əmələ gəlməsi ilə

B) Hipotireoz ilə

C) Sağalma ilə

D) Xroniki formaya keçid ilə

E) Yarımkəskin tireoidit ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
166) Yarımkəskin tireoiditin yaranma səbəbləri hansılardır?
A) Stafilokokklar və streptokokklar

B) Qöbələklər

C) Viruslar

D) Rikketsiyalar

E) İbtidailər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
167) Kəskin tireoiditin fəsadları hansıdır?
A) Boyunun ekzeması

B) Eksudativ plevrit, ağ ciyər çatışmazlığı

C) Xroniki farinqit

D) İrinli mediastenit, boyun fleqmonası, aspirasion pnevmoniya

E) Vərəm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
168) Kəskin tireoiditin simptomları hansıdır?
A) Xəstəliyin xroniki qedişatı, dəyişilməmiş EÇS, neytrofil leykositoz

B) Xəstəliyin kəskin başlanması, dəyişilməmiş EÇS, leykopeniya

C) Xəstəliyin kəskin başlanması, yüksək EÇS, neytrofil leykositoz

D) Xəstəliyin tədricən başlanması, dəyişilməmiş EÇS, leykopeniya

E) Xəstəliyin tədricən başlanması, neytrofil leykositoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
169) Böyük ölçülü endemik urun cərrahi müdaxiləyə göstəriş olan fəsadları hansılardır?
A) Kaxeksiya

B) Farinqit, larinqit

C) Qida borusunun və traxeyanın sıxılması

D) Halsızlıq, zəiflik

E) Təngnəfəslik, boğulma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
170) Kəskin tireoiditin müalicə prinsipləri hansıdır?
A) Qeyri-steroid iltihaba qarşı preparatlar, glyukokortikoidlər

B) Tireostatiklər

C) Plazmaferez, hemodializ

D) Tireod hormonlar

E) Qeniş spektorlu antibiotiklər, kompress, abssesin yarılması, drenaj
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
171) Yarımkəskin tireoiditin differensial diaqnozu hansı xəstəliklərlə aparılır?
A) Kəskin tireoidit, qalxanvari vəzə qansızma

B) Xasimoto tireoiditi

C) Ridel tireoiditi

D) Perixondrit

E) Qalxanvari vəzin xərçənqi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
172) Yarımkəskin tireoidit neçə müddət sürə bilər?
A) 1,5-2 il

B) 4-6 ay

C) İllər boyu

D) 5-7 qün

E) 1-2 ay
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
173) Yarımkəskin tireoidit nə ilə bitir?
A) Sağalma

B) Hipotireoz

C) Qalxanvari vəzin atrofiyası

D) Qalxanvari vəzin fibrozlaşması

E) Xroniki formaya keçid
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
174) Autoimmun tireoidit zamanı qalxanvari vəzinin palpasiyası üçün nə xarakterikdir?
A) Ağrı

B) Flyuktuasiya ocağları

C) Qeyri-bərabər bərkimə

D) Hamar elastik konsistensiya

E) Daş kimi bərkimə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
175) Autoimmun tireoiditi zamanı stıntiqrafiya nə aşkar edir?
A) “İsti” düyün"

B) Radiofarmpreparatın normadan artıq udulması

C) Radiofarmpreparatın qeyri-bərabər udulması

D) Radiofarmpreparatın udulmaması

E) “Soyuq” düyün"
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
176) Autoimmun tireoiditin müalicəsi hansı preparatlarla aparılır?
A) İmmunomodulyatorlarla

B) Tireoid preparatlarla, qlyukokortikoidlərlə və immunomodulyatorlarla

C) Tireoid preparatlarla

D) İmmunomodulyatorlarla və qlyukokortikoidlərlə

E) Tireoid preparatlarla və qlyukokortikoidlərlə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
177) Fibroz tireoiditin sinonimi hansıdır?
A) Spesifik tireoidit

B) Xaşımoto tireoiditi

C) Kəskin tireoidit

D) De Kerven tireoiditi

E) Ridel tireoiditi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
178) Ridel uru histolojı nə ilə xarakterizə olur?
A) Hiqant-hüceyrəli qranulyemalarla

B) Fibroz ilə

C) Dəriyə bitişmək ilə

D) Qalxanvari vəzin kapsulasını, limfatik və qan damarlarının içinə yeriməsi

E) Polimorfnüvəli leykositlərin infiltrasiyası ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
179) Fibroz tireoidit zamanı qalxanvari vəzi palpasiya zamanı necə olur?
A) Flyuktuasiya edir

B) Bərk və ağrılı

C) Bərk və ağrısız

D) İstidir

E) Bərk və müəyyən sahədə ağrılı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
180) Fibroz tireoiditi nə ilə bitir?
A) Subklinik hipotireoz

B) Eutireoz

C) T3 tireotoksikoz

D) Klinik hipotireoz

E) Xasitoksikoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
181) Fibroz tireoiditin müalicə metodları hansılardır?
A) Cərrahi

B) Lazeroterapiya

C) Rentgenoterapiya

D) Konservativ

E) Fizioterapevtik
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
182) Tireotoksikozun ən nadir səbəbi hansıdır?
A) Çoxdüyünlü ur

B) Tireotropinoma

C) Yarımkəskin qranulyematoz tireoidit

D) Qalxanvari vəzin toksik adenoması

E) Xroniki limfositar tireoidit
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
183) Tireotoksikozun əsas simptomu hansıdır?
A) Arıqlama

B) Səirici aritmiya

C) Əzələ zəifliyi

D) Diffuz hiperhidroz

E) Taxikardiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
184) Yarımkəskin tireoiditin ilkin fazasında hansı preparatlardan istifadə edirlər?
A) Tireostatiklər

B) b-adrenoblokatorlar və qlyukokortikoidlər

C) Anaboliklər

D) Antibiotiklər

E) Yod preparatları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
185) İnsanın sutkalıq yod ehtiyacı nə qədərdir?
A) 50 mkq

B) 200 mkq

C) 100 mkq

D) 300 mkq

E) 500 mkq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
186) Tireotrop hormon hansı hormonun sintezini artırır?
A) Testosteronun

B) Adrenalinin

C) Noradrenalinin

D) Kortizolun

E) Tiroksinin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
187) Qanda tiroksinin miqdarı artanda nə baş verir?
A) Tireoliberinin miqdarı dəyişmir

B) TSH səviyyəsi dəyişmir

C) TSH sekresiyası azalır

D) Tireoliberinin miqdarı artır

E) TSH sekresiyası artır
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
188) Tireoqlobulin struktura baxımından nədir?
A) Vitamin

B) Karbohidrat

C) Steroid

D) Qlikoproteid

E) Lipoproteid
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
189) Orqanizmdə yodun yodid formasında sorulması harada baş verir?
A) Nazik bağırsaqda

B) Mədədə

C) Ağız boşluğunda

D) Yoğun bağırsaqda

E) Mədə-bağırsaq traktının hər yerində
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
190) Qanda tireoid hormonlar nə ilə birləşirlər?
A) Tiroksinbirləşdirici qlobulin və prealbumin ilə

B) Orozomukoid ilə

C) Transkortin ilə

D) Metionin ilə

E) Transferrin ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
191) Tireoid hormonların artıq olması nəyə səbəb ola bilər?
A) Zülalların sintezinin sürətlənməsi

B) Lipidlərin sintezinə təsir göstərmir

C) Zülalların katabolizmini sürətləndirir

D) Zülal sintezinə təsir göstərmir

E) Lipidlərin sintezini sürətləndirir
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
192) Autoimmun tireoidit zamanı L-tiroksinin təyini nə məqsəd daşıyır?
A) Hipotireozun müalicəsi üçün

B) İmmunosupressiya üçün

C) Hipotireozun profilaktikası üçün

D) İmmunokorreksiya üçün

E) Düyünün əmələ gəlməsinin qarşısını almaq üçün
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
193) Autoimmun tireoidit zamanı cərrahi müdaxiləyə göstəriş hansıdır?
A) Tireoid epiteliyinin hipoplaziyası

B) Urun böyük ölçüləri və boynun sıxılması

C) Miasteniya

D) Alopesiya

E) Düyünlərin 3 mm kiçik olması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
194) Fibroz tireoidit zamanı cərrahi müdaxiləyə göstərişlər hansıdır?
A) Tireotoksikoz

B) Traxeyanın və qan damarlarının sıxılması

C) Hipotireoz

D) Kaxeksiya

E) Eutireoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
195) T4 T3-ə çevrilməsini hansı preparatlar blokada edir?
A) Qlyukokortikoidlər

B) Anaboliklər

C) Ca-antaqonistləri

D) Merkazolil və anaprilin

E) Konkor və kaliy yodid
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
196) Tireotoksik kriz üçün hansı simptomlar xarakterikdir?
A) TSH atması

B) Qulaqcıqların taxikardiyası, hipertermiya, T4 və T3 yüksək olması

C) Mədəcik fibrillasiyası

D) Hipotermiya, TSH azalması

E) Arterial hipotoniya, hipotermiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
197) İkincili hipotireozun diaqnostikası üçün nə təyin etmək lazımdır?
A) Tireoqlobulinlər

B) Tireoliberinlə sınaq

C) TSH və T4

D) Tireoperoksidazaya anticisimlər

E) Sərbəst T3 və sərbəst T4
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
198) Yaşlı xəstələrdə hipotireozun müalicəsi üçün hansı preparatların təyini daha təhlükəsizdir?
A) L-tiroksin

B) Tireokomb

C) Tireotom

D) Kaliy yodid

E) Triyodtironin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
199) Kəskin irinli tireoiditin müalicəsində hansı üsullardan istifadə etmək olar?
A) Tireoid hormonlar

B) Antibiotiklər və cərrahi müdaxilə

C) Plazmaferez

D) Qlyukokortikoidlər və hemodializ

E) Tireostatiklər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
200) Tireostatik kriz zamanı müalicə prinsipləri hansıdır?
A) Antibiotiklər, tireoid hormonlar

B) Glyukokortikoidlər, tireostatiklər, b-blokatorlar

C) Yod preparatları, iltihab əleyinə preparatlar

D) Lyuqol məhlulu, anabolik hormonlar

E) Fiziolojı məhlul, a-adrenoblokatorlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
201) Diffuz toksiki urun müalicəsində qlükokortikoidlərin tətbiqinə göstərişlər hansıdır?
A) Oftalmopatiya və tireotoksikozun residivi

B) Tireoid anticismlərin orta titri

C) Kaxeksiya

D) Göz simptomları

E) Taxikardiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
202) Toksiki urun müalicəsində cərrahi müdaxiləyə göstərişlər hansıdır?
A) Tireostatik preparatlardan yaranan hipotireoz

B) Urun böyük ölçüləri, konservativ müalicədən sonra tireotoksikozun residivi

C) Yanaşı qedən mədə xorası

D) Hamiləlik

E) Yanaşı qedən ürəyin işemik xəstəliyi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
203) Endokrin oftalmopatiya zamanı ən effektiv müalicə üsulları hansıdır?
A) Plazmaferez, hemodializ

B) Qlyukokortikoidlərin vena daxili vurulması, per os qəbulu

C) İmmunostimulyatorlar

D) Qalxanvari vəzin subtotal rezeksiyası

E) Antibiotikoterapiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
204) Yarımkəskin tireoiditin yaranmasına HLA sisteminin hansı antigenləri meyillilik yaradır?
A) В35, DR5

B) В8


C) В15

D) А7


E) DR3/DR4
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
205) Tireotrop hormonun sintezi nə ilə stimulyasiya olunur?
A) Diyodtironin ilə

B) Triyodtironin ilə

C) Tireoliberinlə

D) Monoyodtironin ilə

E) Tiroksin ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
206) Diffuz toksiki ur zamanı remissiya qöstəriciləri hansıdır?
A) TSH normal səviyyəsi

B) Sərbəst T3 və T4 normal səviyyələri

C) TSH reseptorlarına qarşı anticismlərin dəyişilməmiş səviyyəsi

D) Tireoperoksidazaya qarşı anticismlərin dəyişilməmiş səviyyəsi

E) Tireoqlobulinə qarşı anticismlərin dəyişilməmiş səviyyəsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
207) Qalxanvari vəziyə infeksiyanın daxil olma yolları hansılardır?
A) Neyrogen

B) Su-hava yolu

C) Hematogen, limfogen, kontakt

D) Parenteral, bağırsaq

E) Cinsi, venadaxili
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
208) Tireotoksik adenoma üçün nə xarakterik deyil?
A) Ürək çatmamazlığı

B) Qulaqcıqların səirici aritmiyası

C) Pretibial miksedema

D) Xəstənin yaşı 40-dan yuxarı

E) Qəbzlik
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
209) Hipotireoid miopatiya üçün nə xarakterikdir?
A) KFK səviyyəsinin artması

B) Əzələlərin bərkiməsi və ağrılı olması

C) “Tunnel” sindromu

D) Hipokalsemiya

E) Proksimal miopatiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə