898) İkincili kişi hipoqonadizmi zamanı hansı müalicə məqsədəuyğundur?
A) Antiestrogenlərlə müalicə
B) Androgenlərlə müalicə
C) Antiandrogenlərlə və xorionik qonadotropinlə müalicə
D) Xorionik qonadotropinlə və androgenlərlə müalicə
E) Antiandrogenlərlə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
899) Kişi hipoqonadizminə hansı simptomlar xasdır?
A) Sidiyə tez-tez getmə, bədəndə və üzdə tüklənmənin azalması, piylənmə
B) Susuzluq, kaxeksiya, sümüklərdə ağrılar
C) Dəridə striyalar, kaxeksiya, piqmentasiya
D) Libidonun azalması, piylənmə, dəridə striyalar
E) Bədəndə və üzdə tüklənmənin azalması, libidonun azalması, sümüklərdə ağrılar
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
900) Kişi hipoqonadizminin diaqnozunu təsdiq etmək üşün hansı müayinələr vacibdir?
A) Döş qəfəsinin R-qrafiyası, cinsiyyət vəzilərinin USM-si, kariotipin müayinəsi
B) EKQ, böyrəküstü vəzilərin USM-si, hormonal sınaqlar
C) Cinsiyyət vəzilərinin USM-si, hormonal analizlər, EKQ
D) Hormonal analizlər, kariotipin müayinəsi, beyinin MRT-sı
E) Beyinin MRT-sı, döş qəfəsinin R-qrafiyası, böyrəküstü vəzilərin USM-si
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |