Əntiqə Camalqızı



Yüklə 1,4 Mb.
səhifə24/42
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#38458
1   ...   20   21   22   23   24   25   26   27   ...   42
VIII
Görünür bu dünyada xeyir iş, xoşbəxtlik olunca, şər də qıraqda durmur, öz işini görür.

Göyalı ilə Qaratel Ziyarət dağının göy gurultusunda necə vahiməyə düşüb, necə güclü gürşaddan gizlənə-gizlənə hər gecə yaxşıya-yamana yozsalar da, görünür bu mozalan Uldu-zun canına qəsdən ariz olmuşdu. Görünür qara mozalanın göz qamaşdıran Ulduza qəsd etməyi heç də qərəzsiz deyildi. Mozalanın qərəzi ancaq Ulduzda deyildi, həm də ümdəsi Ulduzdan da artıq Şükrana idi. Elə bil ki, harada, hansı uzaq-yaxında gizlənən, üzə çıxa bilməyən qara şər-paxıllıq bu qara mozalanı öz şeytan bətnindən doğub vücuda gətirmişdi. Ulduzun və ulduzla can bir qəlb olan Şükranın üstünə göndərmişdi. Buna görə də mozalan öz qara işindən qalmırdı, öz bildiklərini Ulduza edirdi. Özü də dönüb Ulduzun öz bədənində, ya da başqa bir ağla-gəlməyən yerində gizlənirdi. Elə ustalıqla gizlə-nirdi ki, nəinki bir tək Şükran, bir çox adam öz iki gözünü dərd etsə də yenə də mozalanı girinə keçirə bilməzdi, qan sorub, qan axıtdığı yerdə onu tutub yox edə bilməzdi. Mozalan elə bicliklə hərəkət edirdi ki, elə bil ki, adəti mozalan deyildi, şər-şeytan idi, bunların cəmi-cümləsi idi. Özü də uçurub-dağıtmaqdan, yıxıb-yaxmaqdan nəşələ-nən düşmən idi. Girəvəçi mozalan hirslənən, qəzəblənən Ulduzun gözündə birdən də böyü-yürdü. Mozalanın kinli gözləri şişirdi, domba-laşırdı, qarnı da şişib-şişib zəhər tuluğuna çevrilirdi. Elə bil ki, bir neçə gürzənin zəhəri mozalanda toplanmışdı. Mozalan hər dəfə Uldu-zun girəvəsini alıb onu sancınca Ulduz çırpınırdı, göm-göy göynəyirdi, yanıb yaxılırdı. Ulduz ona görə göm-göy göynəyir, yanıb yaxılırdı ki, qanad açıb düzü dünya boyu uçduğu Şükranı da öz qanadları üzərində uçurduğu, külli-aləmə səs saldığı zamanda yenə də mozalan onun ov-qatını təlx edib, qanını zəhərləyirdi. Ancaq Şük-ran nə qədər göz qoyub baxsa da, mozalan Şükranın şahin gözlərinə görünmürdü. Hansı sehrləsə mozalan özünü sağ-salamat saxlayır, Ulduza bildiklərini edir, ondan heç bir fənalığı əsirgəmirdi. Qara mozalan öz qara cildinə girib birdən zəhərli ilana, birdən də qara əjdahaya çevrilirdi. Indi nə etmək olardı. Necə Ulduz bu mozalandan öz canını xilas edə bilər, öz əvvəlki nəşəsini qaytarıb, öz vəziyyətini düzəldə bilər, yenə də öz kişnərtisi ilə Göyən düzənlərini doldura bilərdi. Necə Ulduz yenə də ağqoyun-luların gözündə parlaya bilər, Göyalı və Qaratelin, bunların oğul-uşaqlarının – bütünlüklə Göylər obasının tütək çalan çobanlara qədər hər kəsi güldürə bilərdi. Necə Ulduz öz parlaqlığı ilə görən-eşidən kəslərin ürəklərini aça bilərdi. Bir halda ki, bu qara mozalan, elə bil ki, qara bir məşum kölgə, dəhşətli bir kabus idi, öz dəhşətilə də Ulduzun başının üstünü almışdı, girəvəsini kəsmişdi, onu baş qaldırıb göz aç-mağa qoymurdu. Qara mozalan nəinki Ulduzun, Ulduzdan da artıq Şükranın ovqatını təlx edib qanını qaraldırdl, özü də Şükrandan ötük Göyalını vahiməyə salırdı, gümüş saçlı Qara-telin ürəyinə hey qara damcılar damızdırırdı. Elə belə baxanda qara mozalan göz qabağında idi. Ancaq əslində heç də göz qabağında deyildi. Aydın idi ki. Ulduzu çalan, ulduzun damarla-rından yapışıb onun qanını axıdan, qanına öz zəhərini yeridən heç bir ilan-əqrəb deyildi, qaraca bir mozalan idi. Əgər bu qaraca mozalan adicə mozalansa, bunun canına şər-şeytanın qaraca nəfəsi dolmayıbsa, niyə bəs çəkilib getmir, niyə rədd olub uzaqlaşmır. Demək, qara mozalanın işi, dərdi bu növrağı pozmaq idi, bu xanimanı dağıtmaq idi, bu müqəddəs nəşəyə zəhər qatmaq idi, Göyalı nəslinin çörəyini zəhərlə yoğurmaq idi, bəxtəvər ailəni ağlatmaq idi, ağqoyunluları qara yasa batırmaq idi, Şükranı doğan gümüş saçlı xoşbəxt Qarateli bədbəxt etmək idi. Bəs ayrı cür isə onda niyə bəs küləklərin birində qayaların birinə çırpıl-masın, yaxud Ulduzun qaça-qaça qopardığı toz-tozanağın içində itib-batıb qalmasın, hey hər yandan sağ-salamat çıxsın, diribaşlıq göstərib, yaxa qurtarsın, alçaq qəsdini yerinə yetirmə-yincə, Ulduzun ürəyinə sağalmaz dağ çəkmə-yincə bir yanda qopub qalmasın. Qara mozalan bu növrağı hey pozmaqdan, Göyalı ailəsinin sinəsinə dağ çəkib, düyün qoymaqdan zövq alsın. Baxanda bir qara dombagöz nə idi ki, Şükranın ya, Ulduzun ayaqları altına düşüb məhv olmasın. Amma nə edəsən ki, qara mo-zalan nə əl verir, nə də bunların hər birinin ayaqları altına düşürdü. Getdikcə mozalan həyasızlaşır, sırtıqlaşır, öz zəhmlənən qara sifətilə Göyalı külfətinin gününü göy əskiyə düyürdü. O Ulduzun şahpərini qırıb Şükranın şöhrətini yox etmək istəyirdi. Şükranın köşək gözlərini söndürmək, Göyalının yurdculunu yoxa çıxarıb, onun ocağını keçirmək istəyirdi. Qara məqsədindən üzülməyən, qara qəsdinin yolun-da yorulmaq bilməyən qara mozalan getdikcə daha da qatilləşirdi. Ulduzun qanını gündən-günə tez-tez sormaqdan, zəhərləməkdən başqa bicliyə, hiyləyə də keçirdi.

Mozalan çalışırdı ki, qəzəbə dolan Şükran öz Ulduzunu bir sütuna möhkəm-möhkəm bağ-lasın, öz əlinə qamçı da yox, bir zoğal döyənək götürsün, o ki var Ulduzu döysün, əzib-əziş-dirsin, qol-qanadını qırıb xurd-xəşil etsin, axır ki, bu qol-qanadlı Ulduzu bir qolu sallaq əfələ çevirsin. Kinlənən Ulduz da bir gün girəvəsinə salsın, bir yolla Şükranı həlak etsin.

Mozalan hər necə araya girib Ulduzun qanını qaraltdığı kimi Şükranın qanını qaraltsa da, yenə də Şükran Ulduzdan dönmür, qardaş qardaşından dönməyən, onun ağır xəstəsini becərən kimi Şükran da kefi pozulan, hirslənən, əsəbiləşən, nəticədə xəstələnən Ulduzu becə-rirdi. Belə vaxtlarda mozalan xəbis-xəbis susur, gizlənirdi. Şükran isə onu öz dili ilə dindirə-dindirə kefini açırdı. Onunla oynayırdı, bir qə-dərdən sonra ona ağrı-acısıni unutdururdu. Elə bu zamanda Şükran mozalanı rədd olub gedən zənn edib, fışqırıq çala-çala qızıllı-gümüşlü yəhərlə Ulduzu yəhərləyib-yüyənləyirdi, onun belinə qalxırdı, Ulduz da qanad açıb uçub-uçurdu. Ulduzun belə uçduğunu, Şükranın isə öz Ulduzunun üstündə qol-qanad açdığını görən Göyalı da, Qaratel də özlərinə qayıdıb se-vinirdilər. Ata ilə ananın sevinci yerə-göyə sığmırdı.


  • Görürsənmi oğlunu, Qaratel?

  • Görürəm, Göyalı.

- Indi necə bəs, Qaratel, deyəsən mozalan atdan əl çəkibdir. Görmürsən at necə dincdir.

- Deyirəm, Göyalı, mozalan yoxkən tez tərpənək, teczə keçək yuxarılara, buzlu sərin yaylaqlara, Göyənin kür kimi qızaran qızma-rından qurtaraq.

- Tərpənək, Telli, tərpənək.

- İlahi, sən lap məni öldür, - deyə Qaratel duaya döndü – amma bir tək bizim Şükranımızın müsibətini bizə göstərmə. Bu mozalanı ya öldür, ya da Ulduzdan uzaq elə.

- Qız, uğursuz qız, barı gizlə bu uğursuz sözlərini, etiqadını möhkəm elə.

- Məni qınama, Göyalı.

- Gizlə bu uğursuzluğu, Qaratel, axı burda nə var ki, sən hansı haqla gözümün işığı Şükranım barədə nigarançılıq çəkirsən.

Qaratel gözlərində qaynaşan göz yaş-larını silməyə başladı. – Bilmirəm, Göyalı, niyə ürəyim belə sək-səkədədir. Deyirəm Ulu tanrı öz verdiyi oğulu amanında saxlar. Bəs niyə O ürəyimizə qara damcılar dammağa qoyur. Niyə bəs biz burulğanlarda boğuluruq?!

- Sən özün özünü burulğanlarda bo-ğursan, Qaratel.

- Bəs onda səni niyə boğulursan. Göyalı?

- Ulu tanrı özü bilir ki, sən özün məni burulğanlara salıb boğursan, Qaratel.

- Mən hər necə bir burulğanda boğulsam da, sən boğulma, Göyalı. Mən boğulum ki, Şükranın yaman gününü, müsibətini görməyim, Göyalı.

- Sən Ulu tanrımızın qabağında öz inamını itirmə, Qaratel.

- Düzü, mən ürəyimə daman qara dam-cılardan yana öz etiqadımı itirirəm...

- Qız, bunca asi düşmə, qız.

- Axı niyə mən bunca iztirab çəkim, Göyalı.

- Məgər, Göyəm qızı, bizim Şükranın varlığı sənin üçün başdan-başa iztirabdır?

- Şükran mənim Şükürümdü, Göyalı.

- Onda bəs elə indicə diz çök, Ulu tanrıya şükür et.

- Hey ona şükür edirəm, amma arxa-yınlaşa bilmirəm. Ürəyimə daman qara damcılar məni qorxudur, Göyalı. Qaralan ürəyim bu qara damcılardan yana hey tir-tir titrəyir, Şükran üçün qorxuya, vahiməyə düşürəm.

- Yenə də ulu tanrı qarşısında etiqadsızlıq, inamsızlıq. Qaratel. Axı, qız, Ziyarət dağının Ulu tanrısının pənahında olana nə zaval.

- Sən də hey bu sözləri vürd eləmə, Gö-yalı. Bəs sən özün də elə dillə deyirsən.

- Düzü, sən, Qaratel, mənim arxayın ürə-yimi qara şübhələrlə doldurmusan, - deyə, Gö-yalı bilmirdi nə etsin, ürəyini dolduran qara dam-cılardan necə qurtarsim. – Sənin uğursuz sözlərin bilirsənmi necə də mənim inam alə-mimə zəlzələ salıbdır, Göyəm qızı.

- Sən bil ki, Göyalı, uğursuzluq dildən ürəyə axmayıbdır, ürəkdən dilə gəlibdir.

- İlahi, ilahi, Göyəm düzəninin bir qara mozalanı nədir ki, biz belə vahiməyə düşmüşük. Belə uğursuz iztirab burulğamları içində bo-ğuluruq.

- Mənim qaralan ürəyim deyir, ki biz boğulacağıq, Göyalı. Ala yaylağa köçmək də məni narahat eləməz. Gəl lap tezcə, elə indicə sən Şükranı Ulduzdan arala.

- Mən gündəm-günə qanad açan Şük-ranın qanadını necə qırım, Göyəm qızı?

- Kişi, sən bu sözləri əzbərləmə, mən deyənə əməl et.

- Bəlkə özün oğluna deyəsən, özün-öz təklifinə əməl edəsən.

- Əməl edərəm, Göyalı. Sinəmi açıb oğluma yalvararam, deyərəm: Oğul, Ulduzdan uzaq düş. Deyərəm ki, sən Ulduzun belinə qalxan gündən mənim ürəyim qorxudadır.

- Bəs sənin yerə-göyə sığmayan sevincin necə, Göyəm qızı?

- Sevincim həmişə üzdən olubdur, Göyalı.

- Bəs niyə elə gülmüsən, elə şaqqıldayıb şadlanmısan?

- Ürəyimi unutduğum vaxtlarda gülmüşəm, şaqqıldayıb şadlanmışam, Göyalı.

- Deməli sən ürəyinin ayıq vaxtında gülməmisən, ürəksiz şadlanmısan.

- Əzəldən ürəyim titrətmə içində olubdur, titrəyə-tətrəyə də qan axıdıbdır.

- Görünür Şükranı tanrıdan diləyəndə də, ondan alanda da...

- Şükran bizə səadət gətirdiyindən artıq fəlakət gətirməsin barı.

- Ulu tanrı, sən özün bizi Şükranın müsibətindən, fəlakətdən xilas elə.

- Hər necə olsa da, Göyalı, mən Ulduzu Şükrandan, Şükranı da Ulduzdan arala-yacağam, - deyə Qaratel qərarını verdi. Göyalı gömgöy göyərdi.

- Demək sən qorxduğun qəzadan qaça-caqsan, arvad?

- Bəli, qaçacağam, kişi.

- Ulu tanrımızın pənahına şübhə edəcəksən?

- Bəli, mən şübhədəyəm, Göyalı. Şüb-hədən də xilas ola bilmirəm, Göyalı.

- Sən gavurlaşırsan, Qaratel.

- Doğrudan da, Göyalı, mən etiqadımı itirib gavurlaşıram. Ancaq sən müsəlmanlaş. Məkkə ziyarətinə get, Məkkənin daşını bəsdi deyincə öp.

- Mən, Qaratel, Şükran üçün Məkkə ziyarətinə getmək barədə Ulu tanrıya and içirəm, təki Şükrana heç bir zaval toxunmasın. Mən Məkkə ziyarətgahında da dəvə kimi ayaqyalın olub, Məkkəyi-mükərrəmənin dövrə-sinə dolanacağam, oradan bizim dünyamızın böyük qibləgahından üz tutub Ulu tanrımıza yalvaracağam, deyəcəyəm ki, ey bizi yoxdan yaradan Ulu tanrı, sən həm Ziyarət dağının üstündəsən, həm də Məkkə məbədinin, sən hər yerdə, hər zaman varsan, sən bizə bəxş etdiyin Şükranı öz pənahında saxla. Sən qara-qara damcıları bizim ürəyimizdən çıxart. Qoy biz Şükrana toy edək, ona gözəl-göyçək bir sevgili qız alaq, onun toyunda ellikcə oynayaq. Sən Şükranı xoşbəxt elə. Sən bizdən sonra Şükranı bizim yurda yurdcu elə. Qoy həmişə bizim Göyəndən, Göylər oymağından Ziyarət dağına doğru bizim ocağımızın tüstüsü uzansın... Bəyalı oğlu Göyalı öz gələcək Məkkə ziya-rətindən, oradan da Ulu tanrıya yalvarıb-yapışmağından xeyli danışdı. Ancaq ağ saçlı Qaratel heç bir vəchlə ovunmadı, ovuna da bilmədi. O, öz ağsaçlı başını tuta-tuta ürəyində başlayan tərəddüd içində ağlayıb-ağlayıb:

- İlahi, sən bizə qəzadan qaçmağa aman ver, - dedi.



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin