Epidemiologiya ixtisası üzrə nümunəvi test sualları Epidemiologiya, İmmunoprofilaktika


) Dəridaxili allergik sınaqlar hansı xəstəliyin diaqnostikasında istifadə olunur?



Yüklə 1,35 Mb.
səhifə2/14
tarix17.11.2018
ölçüsü1,35 Mb.
#84118
1   2   3   4   5   6   7   8   9   ...   14

61) Dəridaxili allergik sınaqlar hansı xəstəliyin diaqnostikasında istifadə olunur?

A) Toksoplazmoz

B) Malyariya

C) Qızılca

D) Vərəm

E) Qarın yatalağı


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

62) Vasserman reaksiyası hansı xəstəliyin diaqnostikasında istifadə olunur?

A) Vəba


B) Qarın yatalağı

C) Süzənək

D) Sifilis

E) Qrip
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989



63) Əksepidemik tədbirlər hansı xəstəliklərin profilaktikasına yönəldilib?

A) Ekzotik xəstəliklərin

B) Yoluxucu və qeyri– infeksion xəstəliklərin

C) Qeyri–infeksion xəstəliklərin

D) Yoluxucu xəstəliklərin

E) Əhalinin ayrı-ayrı qruplarının xəstəliklərinə


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

64) Sanitar-gigiyenik tədbirlərlə idarə olunan infeksiyalara hansı infeksiya aiddir?

A) Göyöskurək

B) Qızılca

C) Qarın yatalağı

D) B hepatiti

E) Difteriya


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

65) Aerozol infeksiyalarda epidemik prosesin idarə olunmasının vasitələri hansılardır?

A) Ümumi karantin tədbirləri

B) Məhdudlaşdırıcı tədbirlər

C) İmmunoprofilaktika

D) Dezinfeksiya tədbirləri

E) Sanitar-gigiyenik tədbirlər


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

66) Epidemioloji diaqnostikanın aparılması zamanı istifadə edilir:

A) Əhalinin ayrı-ayrı qruplarında xəstələnmənin enməsi

B) Epidemiyaların ləğv edilməsi

C) Yoluxucu xəstəliklərin gedişinin ağirlıq dərəcəsinin enməsi

D) Əhalinin ümumi xəstələnməsinin azalması

E) riyazi modelləşmədən


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993


67) Bu və ya digər infeksion xəstəliyin qlobal miqyasda ləğv olunmasını nəyin əsasında demək olar?

A) Yoluxma mexanizminin həyata keçirilməsi üçün şəraitin olmamasına əsasən

B) Törədicigəzdirənliyin olmamasına əsasən

C) Bir bioloji növ kimi törədicinin ləğv edilməsinə əsasən

D) Xəstəliklərin olmamasına əsasən

E) Sporadik xəstələnməyə əsasən


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

68) Epidemik ocaqda tibbi müşahidənin davam etmə müddəti nə qədərdir?

A) Xəstə hospitallaşdırıldıqdan sonra

B) Təmasda olmuş şəxslərin sayı ilə

C) Xəstə ilə təmasda olmuş şəxslərə immunoqlobulin, vaksin vurulduqdan sonra

D) Son dezinfeksiyadan dərhal sonra

E) Xəstə ilə təmasda olmuş şəxslərdə maksimal inkubasiya dövrünün bitməsinə qədər


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

69) Aşağıda qeyd olunanlardan hansı infeksiyanın yoluxma yollarına aid deyildir?

A) Hava-damcı

B) Transmissiv

C) Fekal-oral

D) Qida

E) Təmas-məişət


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

70) Aspirasion yoluxma mexanizmi ilə yayılan xəstəliklərin səviyyəsinin dövri şəkildə artıb-azalması nədən asılıdır?

A) Əhali arasında immun təbəqənin həcmindən

B) İqlim şəraitindən

C) Yaşayış fondunun vəziyyətindən

D) Kommunal abadlıqdan

E) Nəqliyyat əlaqələrindən


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

71) Kəsilmiş iribuynuzlu qaramalın sanitar-baytarlıq ekspertizası hansı xəstəliyin qarşısını almaq üçün vacibdir?

A) Askaridoz

B) Teniarinxoz

C) Strongiloidoz

D) Difillobotrioz

E) Opistorxoz


Ədəbiyyat: Çobanov R.Ə., Jəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

72) İnfeksiya ocağında epidemioloji müayinənin aparılma vaxtı nə qədərdir?

A) Təcilı bildiriş aldıqdan 1 ay ərzində

B) Qrafik üzrə plan əsasında

C) Təcili bildiriş aldıqdan sonra ilk 6 saat ərzində

D) Hər hansı vaxtda epidemioloqun göstərişinə əsasən

E) Təcili bildiriş aldıqdan 2 sutka ərzində


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

73) Xəstələnmənin ehtimal olunan təqribi yoluxma vaxtını təyin etmək üçün xəstələnmə tarixindən hansı dövrlərin davametmə müddətini çıxmaq lazımdır?

A) Yoluxduruculuq və minimal inkubasiya dövrlərinin

B) Maksimal inkubasiya və rekonvalessensiya dövrlərinin

C) Minimal və maksimal inkubasiya dövrlərinin

D) Yoluxduruculuq və rekonvalessensiya dövrlərinin

E) Maksimal inkubasiya dövrünün


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

74) Aşağıda qeyd olunanlardan hansı tədbirlərin köməyi ilə epidemik ocağın fəaliyyətinin qarşısı alınır?

A) Xəstələrin dispanserizasiyası

B) Cari dezinfeksiyanın aparılması

C) Təmasda olan şəxslərə peyvənd edilməsi

D) Xəstənin hospitallaşdırılması və maksimal inkubasiya dövrünün başa çatması

E) Təmasda olanlara faqlar vasitəsilə profilaktikanın aparılması


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

75) Vəba ocağında əksepidemik tədbirlərə hansı aid deyildir?

A) Antibiotiklərlə təcili profilaktika

B) Xəstələrin hospitallaşdırılması

C) Həyətyanı yoxlamalar

D) Təmasda olanların 3 gün müddətində müşahidəsi

E) Ocaqda dezinfeksiya


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

76) Ubikvitar yoluxucu xəstəliklər dedikdə nə başa düşülür?

A) Epidemik xəstələnmədir

B) Müəyyən təbii ərazilərdə yayılmışdır

C) Ərazilərarası yayılmağa meyillidir

D) Müəyyən iqlim qurşaqlarında yayılmışdır

E) Qlobal yayılmağa meyillidir


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

77) İdarə olunmayan infeksiyalara hansı infeksiya aiddir?

A) Epidemik parotit

B) Difteriya

C) Göyöskürək

D) Qızılca

E) Yalançı göyöskürək


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

78) “Prevalentlik” termini nə deməkdir?

A) Bir qrup xəstəliklərin ümumi xəstələrin sayına olan nisbəti

B) Konkret vaxt ərzində yenidən qeydiyyata alınmış xəstələrin müəyyən miqdarı

C) Müəyyən qrup insanların müəyyən vaxt ərzində öyrənilən əlamətin aşkar olunmasının tezliyi

D) Konkret vaxt ərzində xəstələrin müəyyən miqdarı

E) Xəstələrin ümumi sayı


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

79) Doğum müəssisələrində yenidoğulmuşlar arasında irinli-septik infeksiyalarda daha çox hansı törədicilərə təsadüf olunur?

A) Proteylər

B) Qızılı stafilokoklar

C) Eşerixiyalar

D) Klebsiellalar

E) Streptokoklar


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

80) Hazırda irinli–septik xəstəliklərin etioloji strukturunda hansı mikroorqanizmlər aparıcı rol oynayır?

A) Leptospiralar

B) Qrammənfi aerob bakteriyalar

C) Salmonellalar

D) Göbələklər

E) Brusellalar


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

81) Difteriya ilə mübarizədə hansı tədbirlər daha vacib əhəmiyyət daşıyır?

A) Cari dezinfeksiya

B) Toksigen ştamların gəzdirənlərinin vaxtında və tam aşkar edilməsi

C) Yekun dezinfeksiya

D) Əhalinin planlı immunoprofilaktikası

E) Difteriya ilə xəstələrin vaxtında aşkar edilməsi


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

82) Müxtəlif ərazilərdə göyöskürəklə xəstələnmənin səviyyəsi nə ilə müəyyən edilir?

A) Ekzotik xəstələnmə ilə

B) Göyöskürəyə qarşı peyvəndlə əhalinin müxtəlif səviyyədə əhatə olunması ilə

C) Əhalinin müxtəlif demoqrafik strukturu ilə

D) Təbii-iqlim şəraitində olan fərqlərlə

E) Sanitar-kommunal abadlığın dərəcəcəsinə olan fərqlərlə


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

83) Malyariya zamanı əsas yoluxma yolu hansıdır?

A) Anopheles cinsindən olan ağcaqanadın dişləməsi

B) Malyariya xəstəliyini keçirmiş şəxslərin qanının köçürülməsi

C) Sporozoitlərin transplasentar ötürülməsi zamanı bətndaxili yoluxma

D) Bətndaxili yoluxma

E) Culex cinsindən olan ağcaqanadın dişləməsi


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

84) Aşağıda qeyd olunanlardan hansı ləng infeksiyalara aiddir?

A) İİV-infeksiya

B) Qarın yatalağı

C) Tetanus

D) Vərəm

E) Gənə qayıdan yatalağı


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

85) B viruslu hepatit (BVH) zamanı kəskin formalı xəstə ilə təmasda olan şəxslər qan verməkdən nə vaxta qədər azad edilirlər?

A) Ömürlük azad edilirlər

B) Donorların qanını yüksək həssas metodlarla müayinə etmək imkanı olmadıqda

C) BVH xəstəsinin hospitalizasiyasından sonra 6 ay ərzində

D) BVH xəstələri ilə təmas başa çatana qədər qan verməkdən azad edilirlər

E) Azad olunmurlar


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

86) İİV-infeksiyası zamanı məlum yoluxma yollarından hansı 100% yoluxmaya gətirib çıxarır?

A) Narkotiklərin venadaxili yeridilməsi

B) Qida ilə yoluxma

C) Cinsi təmas

D) Torpaqla yoluxma

E) Qanın köçürülməsi


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989

87) Qida toksikoinfeksiyalarına daxil olan xəstəliklər daha çox nəyin təsirindən baş verir?

A) Törədicinin sayından

B) Bakterioqrafların təsirindən

C) Bakterial toksinlərin və törədəcinin birgə təsirindən

D) Müxtəlif mənşəli sporların

E) İmmunoqlobulinlərin təsirindən


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989

88) B viruslu hepatitin spesifik profilaktikası nəyi nəzərdə tutur ?

A) Birdəfəlik tibb alətlərinin işlədilməsini

B) Qan preparatlarının transfuziyasının qanəvəzedicilərlə əvəz olunması

C) Vaksinasiyanı

D) Cari dezinfeksiyanı

E) Müalicə-profilaktika müəssisələrində tibb alətlərinin sterilizasiyasını


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

89) Hansı salmonellalar qida toksikoinfeksiyalarının törədiciləridir?

A) S.typhimurium

B) S.paratyphi A

C) S.paratyphi B

D) S.typhi

E) S.anatum


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989


90) Vəbanın törədicisi hansıdır ?

A) V.plesimonas

B) Meçnikov vibrionu

C) parlaq vibrion

D) V.proteus

E) V.eltor


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


91) Vəbanın müalicəsində nədən istifadə edilir?

A) Anatoksinlər

B) Antibiotiklər

C) Öldürülmüş monovaksinlər

D) Sulu–duzlu məhlullar

E) Antitoksik zərdab


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

92) Vəba vibrionunum sintez etdiyi xolerogen nəyə aiddir?

A) Endotoksinlərə

B) Anatoksinlərə

C) Bakteriofaqlara

D) Bakteriosinlərə

E) Ekzotonsinlərə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

93) Vəba törədicisinin təbii rezervuarı nədir ?

A) Xəstə insan və bakteriyagəzdirən

B) İribuynuzlu mal-qara

C) Həşəratlar–keçiricilər

D) Gəmiricilər

E) Xırdabuynuzlu mal-qara


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

94) Qarın yatalağı törədicisi hansı növə aiddir ?

A) Salmonella

B) Escherichia

C) Moraxella

D) Bordetella

E) Neisseria


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

95) Rekonvalessensiya mərhələsində qarın yatalağının diaqnostikası hansı materialın bakterioloji müayinəsi ilə aparılır?

A) İfrazatların

B) Qanın

C) Əsnəkdən yaxmanın

D) Mədə şirəsinin

E) İrinin


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

96) Rikketsiyalar nədir?

A) Autotroflardır

B) Heterotroflardır

C) Saprofitlərdir

D) Viruslardır

E) Hüceyrədaxili parazitlərdir


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

97) Rikketsiyalar hansı yolla çoxalırlar?

A) Ətli peptonlu aqarda

B) Hüceyrədaxili, köndələn bölünmə yolu ilə

C) Levin mühitində

D) Endo mühitində

E) Süni qidalı mühitlərdə


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

98) Rikketsiyalarda hansı əlamət yoxdur?

A) Hüceyrəvi quruluş

B) Hüceyrələrin polimorfizmi

C) Spor


D) RNT

E) DNT
Ədəbiyyat:

Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

99) Epidemik səpgili yatalağın törədicisi hansıdır?

A) Muzer rikketsiyası

B) Bernett rikketsiyası

C) Stafilokok

D) Provaçek rikketsiyası

E) Qonokok


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

100) Rikketsiyalar hansı üsulla boyanırlar?

A) Burri – Gins üsulu

B) Sadə metodla

C) Neyser üsulu

D) Romanovski – Gimza üsulu

E) Burri üsulu


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

101) Kampilobakterioz hansı infeksiyalara aiddir?

A) Heç birinə

B) Antropozoonozlara

C) Transmissiv infeksiyalara

D) Antroponozlara

E) Sapronozlara


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


102) Törədicinin yoluxma mexanizmi nədən asılıdır?

A) İnfeksion proses zamanı törədicinin lokalizasiyasından

B) Xəstəliyin gedişinin ağırlıq dərəcəsindən

C) Törədicinin virulentliyindən

D) Törədicinin patogenliyindən

E) Ətraf mühitdə törədicinin davamlılığından


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

103) Epidemik prosesin əsas halqaları hansılardır?

A) İnfeksiya mənbəyi, yoluxma mexanizmi, həssas orqanizm

B) Yoluxma mexanizmi, həssas orqanizm

C) Yoluxma mexanizmi, məişət əşyaları

D) Su, hava, torpaq, qida, məişət əşyaları və s.

E) Törədicinin yoluxma mexanizmi


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

104) Qızılca zamanı kontagiozluq neçə faiz təşkil edir?

A) 50%-dən aşağı

B) 30%

C) 50%


D) 90%-dən çox

E) 80%
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984



105) Səpgili yatalaq hansı infeksiyalara aiddir?

A) Fekal-oral

B) Virus

C) Qan


D) Bağırsaq

E) Hava-damcı


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

106) İnsanın heyvandan taunla xəstələnməsi nə zaman mümkün deyil?

A) Cəmdəkləri soyduqda

B) Təmas zamanı dəri zədələndikdə

C) Birənin dişləməsi zamanı

D) Təmas yolu ilə

E) Hava-damcı yolu ilə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

107) Bernett rikketsiyası hansı xəstəliyi törədir?

A) Epidemik səpgili yatalaq

B) Endemik səpgili yatalaq

C) Sarı qızdırma

D) Kü - qızdırması

E) Marsel qızdırması


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

108) Epidemik səpgili yatalaq zamanı infeksiya mənbəyi nədir?

A) Virusgəzdirən

B) Xəstə insan

C) Bakteriyagəzdirən

D) Ağcaqanadlar

E) Xəstə heyvanlar


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

109) Səpgili (epidemik) yatalağın törədiciləri hansılardır?

A) Spiroxetlər

B) Provaçek rikketsiyaları

C) Xlamidiyalar

D) Muzer rikketsiyaları

E) Bernet rikketsiyaları


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

110) Kü qızdırmasının törədiciləri hansılardır?

A) Provaçek rikketsiyaları

B) Bernet rikketsiyaları

C) Konori rikketsiyaları

D) Muzer rikketsiyaları

E) Salmonellalar


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


111) Epidemik səpgili yatalağın residivi necə adlanır?

A) Kü qızdırması

B) Susuqamuşi qızdırması

C) Endemik səpgili yatalaq

D) Sarı qızdırma

E) Bril – Sinser xəstəliyi


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

112) Hansı hallarda mikrooranizmlərin orqanizmdə uzun müddət qalması xarakterdir?

A) Kəskin infeksiyada

B) Residivlərdə

C) Xronik infeksiyada

D) Qarışıq infeksiyada

E) Superinfeksiyalarda


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

113) Bağırsaq infeksiyalarının törədiciləri hansı yoluxma yolu ilə ötürülürlər?

A) Hava-damcı, alimentar

B) Transplasentar, məişət yolu ilə

C) Kontaminasiya, su yolu ilə

D) Transmissiv, alimentar

E) Alimentar, su yolu ilə


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

114) Klinik təzahürləri olmayan gizli keçən infeksiya necə adlanır ?

A) Ekzogen infeksiya

B) Latent infeksiya

C) Xroniki infeksiya

D) Kəskin infeksiya

E) Qarışıq infeksiya


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989

115) Hansı xəstəliyin törədiciləri ekzotoksinlər ifraz edir ?

A) Difteriya

B) Sifilis

C) Qrip


D) Qarın yatalağı

E) Meningit


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

116) Sepsis zamanı törədici harada çoxalır ?

A) Qanda

B) Sidikdə

C) Sümük iliyində

D) Likvorda

E) Nəcisdə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

117) Zoonozlarda infeksiya mənbəyi nədir?

A) Sürünənlər

B) Xəstə heyvanlar

C) Rekonvalessent

D) Xəstə insan

E) Bakteriyagəzdirən


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

118) Bir neçə ölkədə və ya qitədə yayılan kütləvi xəstəliklər necə adlanır ?

A) Sporadik xəstəliklər

B) Epidemiya

C) Ekzotik xəstəliklər

D) Endemiya

E) Pandemiya


Ədəbiyyat: Tağızadə T.Ə. İzahlı epidemiologiya terminləri lüğəti. «Elm» nəhriyyatı, 1990

119) Vərəm zamanı hansı allergik sınaq qoyulur?

A) Dik


B) Şik

C) Bürne


D) Frenkel

E) Mantu
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004



120) Sadalanan infeksiyalardan hansı zoonozlara aiddir?

A) Difteriya

B) Sifilis

C) Qarın yatalağı

D) Skarlatina

E) Tulyaremiya


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

121) Bu mikroblardan hansı xüsusi təhlükəli zoonoz infeksiyasının törədicisidir?

A) S.typhi

B) S.aureus

C) M.tuberculosis

D) Clostridium tetani

E) Yersiniya pestis


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

122) Taun törədicisi hansı növə mənsubdur ?

A) Shigella

B) Salmonella

C) Yersiniya

D) Neisseriya

E) Escerichia


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

123) Hansı brusellalar insan üçün daha patogendir?

A) B.abortus

B) B.melitensiz

C) B.suis

D) B.ovis

E) B.canis


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

124) Tulyaremiyanın mənbəyi nədir?

A) Xəstəliyin kəskin dövründə olan xəstə

B) Xəstə heyvanlar

C) Rekonvalessentlər

D) Bakteriyagəzdirənlər

E) İnkubasiya dövründə olan xəstə


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

125) Keçirilmiş difteriyadan sonra yaranmış immunitet necə adlanır ?

A) İmmunitet yaranmır

B) Qısamüddətli

C) Antitoksik

D) Təbii passiv

E) Qeyri - steril


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

126) Difteriya zamanı antitoksik immuniteti təyin etmək üçün hansı sınaq qoyulur ?

A) Pirke sınağı

B) Şik sınağı

C) Dik sınağı

D) Bürne sınağı

E) Mantu sınağı


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

127) Tulyaremiyanın törədicisi hansı cinsə aiddir?

A) Corynebacterium

B) Baccillus

C) Francisella

D) Yersiniya

E) Neisseriya


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989

128) Sadalanan infeksiyalardan hansı xəstə insandan sağlam insana keçmir?

A) Poliomielit

B) Göyöskürək

C) Brüselyoz

D) Qayıdan yatalaq

E) Taun
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin