Epidemiologiya ixtisası üzrə nümunəvi test sualları Epidemiologiya, İmmunoprofilaktika


) Profaq tərkibli bakterial hüceyrələr necə adlanır?



Yüklə 1,35 Mb.
səhifə8/14
tarix17.11.2018
ölçüsü1,35 Mb.
#84118
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

495) Profaq tərkibli bakterial hüceyrələr necə adlanır?

A) lizogen

B) toksik

C) defektli

D) antitoksik

E) aqqlütinasiya edən


Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986

496) Quduzluğa qarşı vaksin ilk dəfə kim tərəfindən yaradılıb?

A) Samoyloviç

B) L.Meçnikov

C) N.Qamaleya

D) R.Kox

E) L.Paster


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

497) Babeş – Neqri cisimcikləri hansı xəstəlikdə rast gəlir?

A) təbii çiçək

B) traxoma

C) poliomielit

D) quduzluq

E) qrip
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984



498) Qvarnieri cisimcikləri hansı xəstəlikdə rast gəlir?

A) traxoma

B) herpes

C) quduzluq

D) qrip

E) təbii çiçək


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

499) Virionun strukturunda olan simmetriyanın tipi hansıdır?

A) spiralşəkilli

B) dairəvi

C) sapşəkilli

D) çubuqşəkilli

E) başlı
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998



500) Hansı xəstəliyin törədiciləri Pikornaviruslara aiddir?

A) gənə ensefaliti

B) məxmərək

C) A virus hepatiti

D) qrip

E) qızılca


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

501) Hansı viruslar ortomiksoviruslara aiddir?

A) hepatit A

B) gənə encefaliti

C) reoviruslar

D) qrip

E) quduzluq


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

502) Hansı viruslar retroviruslara aiddir?

A) insan immun çatmamazlığı virusu

B) Sarı qızdırma

C) qızılca

D) quduzluq

E) rotoviruslar


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

503) Hansı viruslar hepadnaviruslara aiddir?

A) vezikulyar stomatit

B) məxmərək

C) hepatit B

D) Lass xəstəliyi

E) Koksaki


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

504) Çöpşəkilli viruslar hansılardır?

A) qrip


B) çiçək vaksini

C) quduzluq

D) tütün mozaikası

E) təbii çiçək


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

505) Hansı virus kubşəkilli formaya malikdir?

A) bakteriofaq

B) təbii çiçək

C) tütün mozaikası

D) rotavirus

E) qrip
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998



506) Disyunktiv reproduksiya ilə çoxalma hansılar üçün xarakterdir ?

A) göbələklər

B) ibtidailər

C) spiroxetlər

D) viruslar

E) bakteriyalar


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

507) Lui Paster nə kəşf edib?

A) vərəm törədicisini kəşf edib

B) laborator praktikada bərk qidalı mühitləri tətbiq edib

C) quduzluğa qarşı vaksin yaradıb

D) immunitetin faqositar nəzəriyyəsini yaradıb

E) vəba vibrionu kəşf edib


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

508) Hansı virus dairəvi formadadır?

A) çiçək vaksini

B) tütün mozaikası

C) qrip


D) quduzluq

E) təbii çiçək


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

509) İİV- infeksiyanın yayılmasında hansı yollar əhəmiyyətsizdir?

A) şaquli yol

B) inyeksion

C) cinsi əlaqə

D) hava-damcı

E) hemotransfuziya


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

510) Donorun oğlu B viruslu hepatit ilə xəstələnmişdir. Donor nə zaman qan verə bilər?

A) hospitalizasiyadan 6 ay sonra

B) oğlu hospitallaşdırıldıqdan 1 ay sonra

C) qan verə bilməz

D) istənilən vaxt

E) hospitalizasiyadan 3 ay sonra


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

511) Hansı manipulyasiyalar zamanı tibb işçiləri İİV-infeksiyası ilə yoluxma riskinə məruz qala bilərlər?

A) dişlərin çıxarılması

B) bronxoskopiya

C) rentgenoqrafiya

D) sitoskopiya

E) rektoromanoskopiya


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

512) Virusları nə xarakterizə edir?

A) qidalı mühitlərdə böyüyürlər

B) hüceyrəvi quruluşa malikdirlər

C) tumurcuqlanma ilə çoxalır

D) miseliləri vardır

E) obliqat hüceyrədaxili parazitlər sayılırlar


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

513) Qanla təmasda olan tibb işçilərinin HBs-Ag (avstraliya antigeni) görə müayinəsi hansı tezliklə aparılmalıdır?

A) hər rüb

B) ayda 1 dəfə

C) yarım ildə 1 dəfə

D) yalnız işə qəbul edildikdə müayinə olunurlar

E) ildə 1 dəfə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

514) Ağız boşluğunu tez-tez zədələyən virus hansıdır?

A) qrip virusu

B) hepatit C virusu

C) qızılca virusu

D) herpes virusu 1

E) arboviruslar


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

515) Qrip virusunda hansı ferment aşkar olunub?

A) hialuronidaza

B) plazmakoaqulaza

C) katalaza

D) neyramidaza

E) kollagenaza


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

516) Ekzotoksin nədir?

A) piqment

B) ferment

C) hüceyrə divarı

D) zülal tərkibli maddə

E) lipopolisaxarid


Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986

517) Quduzluq virusunu nə xarakterizə edir?

A) DNT-yə malikdir

B) RNT-yə malikdir

C) pikornaviruslar qrupuna aiddir

D) immun sistemini zədələyir

E) dermatrop viruslara aiddir


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

518) Stomatoloji alətlər vasitəsilə ötürülə bilən virus infeksiyası hansıdır?

A) A viruslu hepatit

B) rotavirus infeksiyası

C) B viruslu hepatit

D) paraqrip

E) poliomielit


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

519) Faqovarlar – həmin növün daxilində hansı əlamətə görə bir-birindən fərqlənən variantdır?

A) antigen xüsusiyyətlərinə görə

B) faqlara qarşı həssaslığına görə

C) bu və ya digər bioloji əlamətə görə

D) antibiotiklərə qarşı həssaslığına ğörə

E) biokiyəvi xüsusiyyətlərinə görə


Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986

520) Xemovar – həmin növün daxilində hansı əlamətə görə bir-birindən fərqlənən variantdır?

A) antigen xüsusiyyətlərinə görə

B) bu və ya digər (bir) əlamətə görə

C) antibiotiklərə qarşı həssaslığına görə

D) faqlara qarşı həssaslığına görə

E) biokimyəvi xüsusiyyətlərinə görə


Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986

521) Antirabik vaksinlə peyvənd prosesində ağırlaşmalar əmələ gəldikdə hansı preparatlar yeritmək lazımdır?

A) antibiotiklər

B) bakteriofaqlar

C) allergiya əleyhinə

D) sulfanilamidlər

E) immunostimulyatorlar


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

522) Xəstənin qanında kəskin mərhələdə HbsAg aşkar olunması hepatitin hansı formasının olduğunu göstərir?

A) kəskin virus hepatitinin bütün formaları

B) A viruslu hepatit

C) B viruslu hepatit

D) nə A, nə B virus hepatiti

E) Delta virus hepatiti


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

523) Qrip virusu üçün giriş qapısı nədir?

A) gözlərin selikli qişası

B) sidik – cinsiyyət sisteminin selikli qişası

C) yuxarı tənəffüs yollarının selikli qişası

D) mədə - bağırsaq yolunun selikli qişası

E) mədə - bağırsaq sistemi


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989

524) Qrip zamanı etiotrop terapiya məqsədilə nə istifadə olunur?

A) antibiotik

B) aspirin

C) amidopirin

D) remantadin

E) parasetamol


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

525) Hansı sistem reovirus infeksiyasında zədələnir?

A) mədə - bağırsaq sistemi

B) dayaq - hərəkət aparatı

C) ürək – damar sistemi

D) sinir sistemi

E) qan sistemi


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

526) Epidemik parotitdə diaqnozun təsdiqi üçün ən informativ üsullar hansılardır?

A) seroloji

B) bakterioloji

C) tüpürcək vəzlərindən götürülmüş punktatın müayinəsi

D) virusoloji

E) rentgenoloji


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

527) Kəmərləyici dəmrov (herpes zoster) hansı xəstəliyi keçirmiş şəxslərdə inkişaf edir?

A) sitomeqalovirus infeksiyası

B) rotavirus infeksiyası

C) su çiçəyi

D) genital herpes

E) infeksion mononukleoz


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

528) İİV-infeksiyası zamanı inkubasiya dövrünün başa çatması nə ilə assosiasiya olunur?

A) limfatik düyünlərin böyüməsi ilə

B) İİV-yə qarşı anticisimlərin yaranması ilə

C) bədən temperaturunun yüksəlməsi ilə

D) sinir sisteminin zədələnməsi ilə

E) selikli qişaların və dəri örtüklərinin kandidozunun əmələ gəlməsi ilə


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989

529) Sadalananlardan hansı ləng infeksiyalara aiddir?

A) İİV- infeksiya

B) gənə qayıdan yatalağı

C) tetanus

D) qarın yatalağı

E) vərəm
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989



530) Qızılca vaksini olan qutunu açdıqda, onun içərisində preparatın tətbiqinə dair təlimat aşkar edilmədikdə nə etmək lazımdır?

A) həmin seriyadan olan digər qutunun içərisindəki təlimatdan istifadə etmək

B) təlimatı digər həkimdən götürmək

C) vaksini işlətməkdən imtina etmək

D) istifadə etmək

E) peyvəndin aparılması texnikasını bilərək təlimatdan istifadə etməmək


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

531) Hansı hallarda A viruslu hepatit (VHA) ocaqlarında immunoqlobulin profilaktikasını aparmaq məqsədəuyğundur?

A) ilin müəyyən aylarında

B) ilin müəyyən dövründə

C) VHA ilə xəstə sagaldıkdan sonra

D) VHA ilə xəstəni qospitallizasiya etdikdən sonra

E) müəyyən ərazidə xəstələnmənin səviyyəsindən və uşaq kollektivlərində epidemik ocaqların intensivliyindən asılı olaraq


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

532) A hepatiti üçün hansı mövsümilik xasdır?

A) xas deyil

B) yay

C) bütün fəsillər



D) qış-yaz

E) payız-qış


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

533) Hansı dövrdə qızılca xəstəliyi yoluxucudur?

A) inkubasiya dövrünün son günləri, prodromal dövrdə

B) 10 gün ərzində

C) yalnız prodromal dövrdə

D) yalnız səpgilər dövründə

E) inkubasiya dövrünün son günləri, prodromal dövr və səpgilərdən sonra 5 gün ərzində


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

534) Kəskin B virus hepatitli (VHB-nin) xəstələrlə təmasda olan şəxslər hansı hallarda qanverməkdən azad edilirlər?

A) VH “B” xəstələri ilə təmas başa çatana qədər qan verməkdən azad edilirlər

B) VH “B” xəstəsinin hospitalizasiyasından sonra 6 ay ərzində

C) donorların qanını yüksək həssas metodlarla müayinə etmək imkanı olmadıqda

D) ömürlük

E) azad olunmurlar


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

535) İİV-infeksiyasında sadalan yoluxma yollarından hansı epidemiyanın yayılmasında daha çox rol oynayır?

A) qan və onun preparatları köçürüldükdə

B) qida yolu ilə

C) infeksiyalaşmış anadan uşağa

D) cinsi yol

E) ümümi iynə və şprislərdən istifadə etməklə dərman preparatlarının parenteral yeridilməsi zamanı


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989

536) İİV-infeksiya ilə cinsi əlaqə vasitəsilə yoluxma təhlükəsi çox zaman nədən asılıdır?

A) xəstəliyin dövrüliyindən

B) xəstələrin cinsindən

C) dəyişən cinsi partnyorların sayından

D) cinsi əlaqələrin texnikasından

E) cinsi əlaqəyə girən şəxslərin yaşından


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989

537) Müayinə edilən şəxsdə İİV-infeksiyasına qarşı anticisimlərin olması nəyi sübut edir?

A) əvvəllər infeksiyanın keçirilməsini

B) yoluxmanın baş verdiyini

C) qazanılmış immunitetin yaranmasını

D) törədicinin virulentliyindən

E) orqanizmin infeksiyaya qarşı qeyri həssas olmasını


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989

538) Sitomeqaliya virusları hansı ailəyə aiddirlər?

A) adenoviruslar

B) arenoviruslar

C) rabdoviruslar

D) herpesviruslar

E) pikornaviruslar


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

539) Quduzluq – infeksion virus xəstəliyi olub hansı tipə aiddir?

A) zoonoz

B) antroponoz

C) psittakoz

D) antropozoonoz

E) ornitoz


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

540) Sadə herpes virusunun mənbəyi və rezervuarı nədir?

A) virus gəzdirənlər

B) qida məhsulları

C) heyvanlar

D) quşlar

E) gəmiricilər


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

541) Qrip virusu hansı ailəyə aiddir?

A) pikornaviruslar

B) paramiksoviruslar

C) rabdoviruslar

D) ortomiksoviruslar

E) adenoviruslar


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

542) Latın terminologiyasında “quduzluq” nəcə adlanır?

A) Pestis

B) Pertussis

C) Rabies

D) Variola

E) Aphtae epizooticae


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

543) Viruslu hepatit hansı xəstəliklərə aiddir?

A) transmissiv

B) konvension

C) antropozoonoz

D) antroponoz

E) zoonoz


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

544) Qrip virusu nə ilə xarakterizə olunur?

A) süni qidalı mühitlərdə kultivasiya olunur

B) mitoxondriləri vardır

C) köndələn bölünmə ilə çoxalırlar

D) antigen strukturunun dəyişkənliyi ilə

E) pikornaviruslara aiddir


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

545) Poliomielit virusu nə ilə xarakterizə olunur?

A) efirə qarşı həssasdır

B) DNT tərkiblidir

C) immunotrop təsirə malikdir

D) reoviruslara aiddir

E) pikornaviruslara aiddir


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

546) Orqanizmdə quduzluq virusu harada toplanır?

A) mərkəzi sinir sisteminin hüceyrələrində

B) parenximatoz orqanlarda

C) immunokompetent hüceyrələrdə

D) əzələ toxumasında

E) bağırsaqda


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

547) Herpesviruslar ailəsinə hansı viruslar daxildir?

A) poksviruslar

B) adenoviruslar

C) sitomeqaloviruslar

D) pikornaviruslar

E) rabdoviruslar


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

548) Virus infeksiyasının müalicəsi məqsədilə nə istifadə olunur?

A) interferon

B) bakteriofaq

C) kolibakterin

D) anatoksin

E) antitoksik zərdab


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

549) Su çiçəyi virusu hansı ailəyə aiddir?

A) pikornaviruslar

B) herpesviruslar

C) arboviruslar

D) rabdoviruslar

E) hepadnoviruslar


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

550) İnsanın immunçatmamazlığı virusu (İİV) hansı ailəyə aiddir?

A) arenoviruslar

B) parvoviruslar

C) toqoviruslar

D) retroviruslar

E) miksoviruslar


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

551) İİV-infeksiyalı şəxslərin “tüklü” leykoplagiyasının səbəbi hansı virusdur?

A) herpes

B) qrip

C) dabaq



D) hepatit B

E) Epşteyn - Barr


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

552) Hüceyrə səviyyəsində virus infeksiyasının tipi hansıdır?

A) produktiv

B) latent

C) ocaqlı

D) qarışıq

E) kəskin


Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986

553) B viruslu hepatit zamanı rekovalessentlər üzərində dispanser müşahidənin davametmə müddəti nə qədərdir?

A) 12 ay


B) 3 ay

C) 6 ay


D) 1 ay

E) 2 il
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004



554) İİV-infeksiyası ilə yoluxmuş şəxsin qanında anticisimlər nə zaman əmələ gəlir?

A) 6 aydan sonra

B) 1 ildən sonra

C) 1 aydan sonra

D) 2 həftədən 3 aya qədər olan müddətdə

E) 8 aydan sonra


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

555) Kimin qanında HBs-Ag aşkar edildikdə işdən azad olunur?

A) cərrah

B) stomatoloq

C) uroloq

D) həkim - infeksionist

E) qanköçürmə stansiyasının tibb bacısı


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

556) İİV-seropozitiv xəstənin qanı +70°C temperturda su hamamında 15 dəqiqə ərzində qızdırıldıqdan sonra tibb bacısının əllərinə düşmüşdür. Bu zaman yoluxma baş verə bilərmi?

A) xeyr


B) yoluxma əllərdə mikrotravmalar olduqda baş verə bilər

C) yoluxma imkanı təbii rezistentliyinin vəziyyəti ilə müyyən olunur

D) yoluxma imkanı immunitetin vəziyyəti ilə müyyən olunur

E) hər bir halda – bəli


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

557) Yoluxma mexanizminə görə İİV-infeksiyası hansı infeksiyalar qrupuna aiddir?

A) transmissiv

B) hava-toz

C) hava-damcı

D) fekal-oral

E) təmas
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006



558) İİV-infeksiyasının hansı xüsusiyyətlərilə bağlı əraziyə uyğunlaşması imkanı var?

A) əhalinin yaş strukturu ilə

B) iqlim xüsusiyyətləri ilə

C) mövsümiliklə

D) yoxdur

E) demoqrafik göstəriciləri ilə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

559) Hansı klinik mərhələdə göyöskürək daha yoluxdurucudur?

A) sağalma

B) kataral

C) inkubasiya

D) paroksizmal

E) regenerasiya


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

560) İnfeksion hepatit törədicisinin ətraf mühitdə davamlılığı necədir?

A) çox davamlıdır

B) qızdırıldıqda davamlıdır

C) orta-davamlıdır

D) davamlıdır

E) davamsızdır


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

561) İnfeksion hepatitlə kimlər daha tez-tez xəstələnir?

A) 14 yaşdan yuxarı uşaqlar

B) 1 yaşa qədər uşaqlar

C) 1 yaşdan yuxarı uşaqlar

D) böyüklər

E) yenidoğulmuşlar


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

562) Zərdab hepatitində inkubasiya dövrü nə qədərdir?

A) 35 gün

B) 2 gün

C) 7-50 gün

D) 50 gün

E) 40-180 (210) gün


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

563) Qrip zamanı infeksiya mənbəyi nədir?

A) xəstə


B) qida məhsulları

C) heyvan

D) ətraf mühit obyektləri

E) rekonvalessent


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

564) Qripin yoluxma yolları hansılardır?

A) təmas


B) su

C) hava-damcı

D) alimentar

E) fekal
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984



565) Qripin profilaktikasında hansı tip vaksin işlədilir?

A) ekzotoksin

B) zəiflədilmiş

C) diri


D) anatoksin

E) kimyəvi


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

566) Qripli xəstələrin hospitallaşdırılması hansı göstərişlərə əsasən aparılır?

A) klinik göstərişlərə əsasən

B) ümumiyyətlə aparılmır

C) epidemik göstərişlərə əsasən

D) mütləq göstərişlərə əsasən

E) mütləq deyildir


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

567) Qripdən sonra yaranmış immunitetin davametmə müddəti nə qədərdir?

A) 2 il


B) 1 ay

C) 6 il


D) 2 ay

E) 10 il
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin