Əsrlərdən bəri yanan tonqal (Novruz bayramı münasibətilə keçirilən ədəbi-bədii gecənin senarisi)



Yüklə 35,25 Kb.
tarix17.11.2018
ölçüsü35,25 Kb.
#83392


Əsrlərdən bəri yanan tonqal

(Novruz bayramı münasibətilə keçirilən ədəbi-bədii gecənin senarisi)


(Novruz



Musiqi
İştirakçı: Novruz, Novruz, al Novruz!..

Novruz,Novruz, qal Novruz!

Novruz, Novruz, xoş gəldin,

Dolu gəldin, boş gəldin?

Novruz, Novruz, xoş gəldin...
Aparıcı: Bu gün biz xalqımızın min illərdən bəri el arasında yaşayan bayramlarından biri olan Novruz bayramının əsrlərdən bəri alovlanan tonqalının işığına toplaşmışıq. Bu bayramda oxunulan nəğmələr, göstərilən tamaşalar, xalqın əməl etdiyi etiqad və həyata keçirdiyi mərasimlər folkorumuzun tərkib hissəsindən birin təşkil edir. Məhz bunun üçün də bədii gecəmizdə Novruz bayramı ilə yanaşı onun qaynaqlandığı şıfahi xalq yaradıçılığımız haqqında danışacaq, Novruz süfrəsini bəzəyən milli mətbəximizlə bağlı söhbət açacağıq.

Musiqi

İştirakçı: Xonçalı novruz gəlir,

Qonçalı Novruz gəlir.

Sürmə çəkin qaşına,

Noğul səpin başına.

Tonqalları odlayın,

Tüfəngləri addayın.

Xonçalı Novruz gəlir,

Qonçalı Novruz gəlir.



Keçəl, kosa və təkə rolunun ifaçıları zala daxil olurlar. Onlar çalıb-oxuyub, oynayır. Şən mahnılarla hamını əyləndirir və rəqsə dəvət edirlər.



Aparıcı: Bütün qadağalara baxmayaraq, xalq Novruzla əlaqədar bir-birindən zəngin, rəngarəng nəğmələrini, adətlərini, oyun və tamaşalarını yaşada bilmişdir. Novruz sərhəd bilməyən, çox geniş regionda yayılan, yazın gəlməsini, yeni əmək mövsümünün başlanmasını vəsf eləyən böyük el bayramıdır. Yüz minlərlə azərbaycanlı bu əziz günlərdə bir ağızdan deyir: “Xoş gəlmisən,elin əziz bayramı!”

Musiqi

“İnanclar”dan ibarət ədəbi kompozisiya ifa olunur.



I iştirakçı: Su dağılması aydınlıqdır

Çinardan beşik düzəltməzlər

Süfrədə çörək ovulsa qonaq gələr

Günəş tutulanda tüfəng atarlar



II iştirakçısı: Fəqirin pulunu yeməzlər

Nahar üstə danışmazlar

Payız və yaz yağışı bərəkət gətirər

III iştirakçı: Cümə günü səfərə çıxmazlar

Günbatan vaxt ev süpürməzlər

Axşam evdən pul verməzlər

Aparıcı: Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

Musiqi__İştirakçı'>Çıxış

Musiqi

İştirakçı: Əzizim ötmək olmaz,

Köhləni ötmək olmaz.

Elin atdığı daşı

Yerindən tərpətmək olmaz.

****

Eləmi arxa gəlsin,



Su axsın, arxa gəlsin,

Mən təkəm, düşmənim çox,

Köməyə arxa gəlsin.



Aparıcı: Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmşlər. Xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.

Musiqi

Rəqs

Aparıcı: Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da “Ab, atəş, xak, badan yarandım” deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.

Birinci su çərşənbəsi adlandırılırdı. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.

İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.

Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.

Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğda isladardılar.

Ədəbi-bədii kompozisiya təqdim olunur:



I uşaq: Səməni, saxla məni,

İldə göyərdərəm səni.

Səməni sazana gəlmişəm,

Uzana-uzana gəlmişəm.



II uşaq: Boynu bükük

Bənövşəm,

Könlü sökük

Bənövşəm.

Qar üstündən

Boylanan ...

A yaz ətirli

Bənövşəm.



III uşaq: Gün çıx, gün çıx,

Kəhər atı min, çıx.

Oğlun qayadan uçdu,

Qızın təndirə düşdü.

Keçəl qızı evdə qoy,

Saçlı qızı götür çıx.



Musiqi

“İrs” folklor ansamblının ifasında bir xalq musiqisi səsləndirilir.



Aparıci: Novruz etnoqrafik həyatı Azərbaycan xalqı üçün səciyyəvi olan sırf milli elat həyatıdır. O, Azərbaycan xalqının etnik-fəlsəfi dünyasıdır. Novruz şənlikləri dəbdəbədən çox təbiiliyi, səmimiliyi ilə səciyyəvidir. Novruz torpağa, onu sevməyə, əzizləməyə, torpaqdan daha bol nemət götürməyə çağıran əməkçi xalqın bayramıdır. Xalq Novruzu başdan-ayağa toy-büsata çevirərdi.

Çıxış__Musiqi_nömrəsi_(saz)__Aparıcı'>Çıxış

Musiqi nömrəsi (saz)

Aparıcı: Azərbaycan xalqının tarixi bayramları sırasında olan Novruz bayramında bişirilən xörəklər Azərbaycan milli mətbəxinin əsas qolunu təşkil edir. Azərbaycan mətbəxi Azərbaycan folklorunu özündə əks etdirir. Etiqad və mərasimlərimiz burada da özünü ifadə edə bilir. O, bizim həm maddi, həm də mənəvi mədəniyyətimizinn əsas hissələrindən biridir. Novruz mətbəxi və ümumilikdə Azərbaycan mətbəxi haqqında söhbət açmaq üçün Milli Kulinariya Mərkəzinin direktoru Tahir müəllim Əmiraslanovdan xahiş edək.

Çıxış

Musiqi

Aparıcı: Beləliklə də, milli bayramımız olan Novruz bayramı münasibətilə Azərbaycan folkloruna həsr etdiyimiz bədii gecəni sona çatdırırıq. Bu gecəyə dəvət edilən və öz çıxışları ilə maraqlı faktları diqqətimizə çatdıran insanlara minnətdarlığımızı bildiririk. Bizm bədii gecəmizi öz musiqiləri ilə zinətləndirən, öz şən əhval-ruhiyyəsindən bizə pay verən Sidqi Mustafayevin rəhbərlik etdiyi “ İrs” folklor ansamblına da “çox sağ olun!” deyirik.

Musiqi

İştirakçı: Üzlərə sevinc qonar,

Hər yanda tonqal yanar.

Uşaqlar bu tonqalın

Üzərindən atlanar

İlaxır günlərində.

*******


Qodu-qodu gəzərlər,

Qol çırmayıb süzərlər.

Qoğal dolu xonçanı

Süfrələrə düzərlər

İlaxır günlərində.

*******


Oyun çıxarar keçəl,

Kosa keçəldən dəcəl.

Onların hər fəndinə

Burda tamaşaya gəl



İlaxır günlərində.


Yüklə 35,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin