Məsələnin çıxış yolları:
1) Qadın ailə qurmazdan öncə özünü sığortalaya bilər. Belə ki, nikah oxunmamışdan qabaq xanımın əqdin kənarında şəriət qanunlarına zidd olmayan bir neçə şərti qoymağa ixtiyarı vardır. Məsələn:
---Mən səninlə ailə qurmağa hazıram, bu şərtlə ki, əgər mənə nahaqdan zülm etsən, mən sənin tərəfindən talağın icrasında vəkiləm.
---Mən səninlə ailə qurmağa hazıram, bu şərtlə ki, əgər mənə ibadət etməyə mane olsan, mən sənin tərəfindən talağın icrasında vəkiləm.
---Mən səninlə ailə qurmağa hazıram, bu şərtlə ki, əgər mənə hicab bağlamağı qadağan etsən, mən sənin tərəfindən talağın icrasında vəkiləm.
---Mən səninlə ailə qurmağa hazıram, bu şərtlə ki, əgər məni altı aydan artıq tərk edib getsən, mən sənin tərəfindən talağın icrasında vəkiləm və s.
Beləliklə, xanımlar ailə qurarkən ehtiyatlı olmalı və necə deyərlər, qarşıya bir sıra çətinliklərin çıxmaması üçün öz hüquqlarını bilməlidirlər.
2) Əgər kişi müəyyən səbəblər (inadkarlıq, düşmənçilik, itgin düşmə və s.) üzündən xanımına talaq verməzsə, onda xanım şəriət hakiminə (müctehidə) və ya onun nümayəndəsinə müraciət etməlidir. Şəriət hakiminə hamının əli çatmadığı və bu məsələ çox çətin olduğu üçün bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da onun nümayəndəsi mövcuddur. Həmin nümayəndəyə müraciət etməklə talaq baş tuta bilər. Bir az da ətraflı desək, xanım ya məktub vasitəsilə, ya da hüzuri surətdə nümayəndəyə müraciət etməli və ailəsində olan bu müşkülü ona bildirməlidir. Nümayəndə məsələni araşdırandan sonra bu müşkülü həll etməlidir.
Dostları ilə paylaş: |