«Daşlı sahə» surəsi (15) 32 -51 -ci ayətlər
(32).Dedi: «Ay Iblis! Nə olub sənə ki, səcdə edənlərlə olmadın?» (33).Dedi: «Mən səcdə edən olmayacağam o bəşərə ki, gildən səslənən saxsı qab kimi xəlq etmisən». (34).Dedi: «Xaric ol oradan! Həqiqətən, sən müraciətlilərdənsən. (35).Və həqiqətən, sənin üzərində lənət vardır din gününə qədər!» (36).Dedi: «Rəbbim! Nəzərə al məni onların qaldırılacaqlari günə qədər». (37).Dedi: «Həqiqətən, sən nəzərə alınmışlardansan (38) vaxtı məlum olan günə qədər». (39).Dedi: «Rəbbim! Nə ilə ağvay etdin məni, zinətləndirərəm onlar üçün ərzdəkiləri və ağvay edərəm onları cəmiyyən, (40) ancaq Sənin məxlus bəndələrindən başqa». (41).Dedi: «Bu, Mənim üçün düz yoldur. (42).Həqiqətən, Mənim bəndələrimin üzərində yoxdur sənin üçün sultanlıq, ancaq sənə tabe olan azğınlardan başqa. (43).Həqiqətən, cəhənnəm vədəsidir onların cəmiyyən! (44).Onun yeddi qapısı var və külli qapıdan ayrıca hissə var. (45).Həqiqətən, müttəqilər cənnətlər və bulaqlar arasındadırlar: (46).«Daxil olun bura salamla, əminliklə!» (47).Nə ki, onların ürəklərində kindən var, çıxardarıq. Onlar qardaş olaraq taxt üzərində üz-üzə əyləşərlər. (48).Toxunmaz onlara orada yorğunluq və onlar oradan xaric edilməzlər. (49).Xəbər ver Mənim bəndələrimə ki, həqiqətən, Mən Ğəfuram, Rəhiməm (50) və Mənim əzabım – əzabdır ələmli! (51).Və xəbər ver onlara Ibrahimin qonaqlarından!
«Daşlı sahə» surəsi (15) 52 -70 -ci ayətlər
(52).Onda daxil oldular onun yanına, dedilər: «Salam!» Dedi: «Həqiqətən, biz, sizdən qorxuruq!» (53).Dedilər: «Qorxma! Həqiqətən, biz sənə bəşarət veririk bilikli qulam ilə». (54).Dedi: «Ə, bəşarət verirsiniz mənə, nə vaxt ki, mənə böyüklük toxunub? Nə ilə bəşarət verirsiniz?» (55).Dedilər: «Biz bəşarət veririk sənə haqq ilə və olma ümidsiz olanlardan!» (56).Dedi: «Azğınlardan başqa kim Rəbbinin rəhmətindən ümidsiz olar?» (57).Dedi: «Nədən ibarətdir işiniz, ay mürsəllər?» (58).Dedilər: «Həqiqətən, biz cərimə olunmuş qouma göndərilmişik, (59) ancaq Lutun ailəsindən başqa. Biz onlara cəmiyyən nicat verəcəyik, (60) ancaq onun arvadından başqa. Biz qərara aldıq ki, həqiqətən, o, arxada qalanlardandır!» (61).Amma elə ki, gəldilər Lutun ailəsinə mürsəllər, (62) dedi: «Həqiqətən, siz qoumsunuz minkir». (63).Dedilər: «Bəli, Biz gəldik sənə nə ilə ki, oldular onda şübhəlilər. (64).Və Biz əta etdik sənə haqq ilə və həqiqətən, Biz sadiqlərik! (65).Çıx öz əhlinlə gecədən bir qədər keçmiş və get onların arxasınca və qoy sizdən bir kəs arxaya baxmasın və əmr olunan tərəfə gedin!» (66).Və Biz qəzavat etdik ona bu əmri ki, onların dibi sübh çağında qətt olunacaq. (67).Və gəldi şəhər əhli bəşarətli halda. (68).Dedi: «Həqiqətən, bunlar mənim qonaqlarımdır, məni nüfuzdan salmayın. (69).Və qorxun Allahdan və məni rüsvay etməyin!» (70).Dedilər: «Ə, məgər biz səni qadağan etmədikmi bütün aləmlərdən?»
«Daşlı sahə» surəsi (15) 71 -90 -cı ayətlər
(71).Dedi: «Bunlar mənim qızlarımdır, əgər siz əməl edənsinizsə». (72).And olsun sənin ömrünə! Həqiqətən, onlar öz məstliklərində kor qalmışdılar. (73).Və tutdu onları bərk səs gün çıxan zaman. (74).Və Biz oranı alt-üst etdik və yağdırdıq onların üzərinə gildən olan daşları. (75).Həqiqətən, bunda düşüncə sahibləri üçün ayətlər vardır! (76).Və həqiqətən, o yol üzərində durur! (77).Həqiqətən, bunda inananlar üçün ayətlər vardır! (78).Və oldu əshabı Əykənin zalimlər! (79).Biz onlardan intiqam aldıq və onlar hər ikisi aşkar rəhbərlər idi. (80).Əlbəttə, Daş əshabı yalançı saydı mürsəlləri. (81).Və əta etdik onlara ayətlərimizi və ondan üz çevirənlər oldular. (82).Onlar dağlardan evlər oydular, əminliklıə (83).Və tutdu onları bərk səs sübh çağı. (84).Və ehtiyacsız etmədi onlardan nə ki, kəsb etmişdilər. (85).Və Biz xəlq etdik səmaları və ərzi və nə ki, hər ikisinin arasında var, ancaq haqq ilə. Həqiqətən, saat gələcəkdir və güzəşt et gözəl güzəştlə. (86).Həqiqətən, Rəbbin - O Xaliqdir, Alimdir! (87).Əlbəttə, Biz əta etdik sənə yeddi təkrar olunanı və əzəmətli Qur’anı. (88).Yönəltmə gözlərini tərəfinə nə ki, mətahlandırmışıq onunla zövcləri onlardan və hüznlü olma üzərində onların və aç cinahını möminlər üçün. (89).De: «Həqiqətən, mən aşkar nəzərə çatdıranam!» (90).Nə qədər nazil etdik Biz bölənlərin üzərinə,
«Daşlı sahə» surəsi (15) 91 -99 -cu ayətlər
(91) o kəslər ki, Qur’anı hissələrə böldülər. (92).And olsun sənin Rəbbinə ki, onları cəmiyyən sual edəcəyik (93) etdikləri əməllər barəsində! (94).Sən nə ilə ki, əmr olunmusan əncam ver və müşriklərdən üz döndər! (95).Həqiqətən, Biz sənə kafiyik istehza edənlərə qarşı - (96) o kəslər ki, Allahla yanaşı axır ilahi edirlər, sonra onlar biləcəklər. (97).Əlbəttə, Biz bilirik ki, sənin ürəyin daralır nə ilə ki, deyirlər. (98).Və saya sal həmd ilə Rəbbini və səcdə edənlərdən ol (99) və ibadət et Rəbbinə, ta sənə yəqinlik gəlincə!
«Bal arısı» surəsi (16)
(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Allahın əmri gəldi, onu tələsdirməyin! Sübhandır O və Alidir nədən ki, şərik qoşurlar. (2).Nazil edir mələkləri Ruh ilə Öz əmrindən üzərinə kimi istəsə bəndələrindən ki, nəzərə çatdırsın o, Haqdır O: «Yoxdur ilahi, ancaq Mənəm və qorxun Məndən!» (3).Xəlq etdi səmaları və ərzi haqq ilə. Alidir nədən ki, şərik qoşurlar! (4).Xəlq etdi insanı nütfədən. Onda ki, o xosunlaşandır aşkar. (5).Və davarları O xəlq etdi. Sizin üçün onda qızışdırıcı və mənfəət vardır və onlardan yeyirsiniz. (6).Sizin üçün onda gözəllik var, onda ki, siz onları dincəlməyə qovursunuz və onda ki, buraxırsınız.
«Bal arısı» surəsi (16) 7 -14 -cü ayətlər
(7).Və onlar daşıyırlar yüklərinizi o ölkəyə ki, siz ona yorulmadan çata bilməzdiniz. Həqiqətən, Rəbbiniz Raufdur, Rəhimdir! (8).Və atlar və qatırlar və ulaqlar sizin onlara süvar olmanız və zinət üçündür. Xəlq edir O nəyi ki, siz bilmirsiniz. (9).Düz yola hidayət etmək Allahın öhtəsinədir və ondan geri çəkilənlər var. Əgər O istəsəydi, hidayət edərdi sizi cəmiyyən. (10).O – Odur ki, səmadan su nazil edir. Sizin üçün ondan içəcək var və ondan ağaclar var ki, orada otarırsınız. (11).O bitirir sizin üçün onunla əkinlər və zeytunluqlar və xurmalıqlar və üzümlüklər və külli səməratdan. Həqiqətən, bunda ayətlər var təfəkkürlü qoum üçün. (12).Və ram etdi sizin üçün gecəni və gündüzü və şəmsi və qəməri. Ulduzlar Onun əmri ilə ram olublar. Həqiqətən, bunda ayətlər var əql edən qoum üçün! (13).Nə ki, O səpdi sizin üçün ərzdə müxtəlif rənglər, həqiqətən, bunda zikr edən qoum üçün ayətlər var! (14).Və O – Odur ki, ram etdi dəryanı oradan təzə ət yeməyiniz üçün və xaric edəsiniz oradan geyindiyiniz bəzəklər. Və sən görürsən gəmiləri onda yarıb gedən və axtarmanız üçün Onun fəzlindən, ola ki, şükr edəsiniz!
Dostları ilə paylaş: |