«Mağara» surəsi (18) 98 –110 -cu ayətlər
(98).Dedi: «Bu rəhmət Rəbbimdəndir. Onda ki, Rəbbimin vədəsi gəldi, onu xırda-xırda edər və Rəbbimin vədəsi haqq olar!» (99).Və o gün Biz tərk edərik onları bir-birlərinə dalğalanmış halda və surda üfürülər və cəmləyərik onları cəm olaraq. (100).Nişan verərik cəhənnəmi o gün kafirlər üçün nişangah kimi - (101) o kəslər ki, gözləri bağlı oldu Mənim zikrimdən və oldular eşitməyi bacarmayanlar. (102).Ə, hesab edirlər o kəslər ki, kafirdirlər, bəndələrimi Mənim əvəzimə dostmu tutacaqlar? Həqiqətən, Biz hazırlamışıq cəhənnəmi kafirlər üçün mənzil. (103).De: «Xəbər verimmi sizə xəsarətdə olanları əməlnən? (104).O kəslər ki, dünya həyatındakı səyləri zəlil oldu və onlar hesab edirlər ki, yaxşı işlər görürlər?» (105).Həmin onlar o kəslərdir ki, kafir oldular ayətlərilə Rəblərinə və Onun görüşünə. Onların əməlləri aradan gedər və qiyamət günü onlar üçün vəzn etmərik. (106).Budur onların cəzası – cəhənnəm, nə ilə ki, kafir oldular və Mənim ayətlərimi və rəsullarımı əyləncəyə tutdular! (107).Həqiqətən, o kəslər ki, inanırlar və əməlləri islahatdır, onlar üçün Firdovs cənnətləri mənzil olacaq - (108) həmişəlikdirlər orada - istəməzlər ondan dəyişiklik. (109).De: «Əgər dəryalar Rəbbimin kəlmələri üçün mürəkkəb ola, Rəbbimin kəlmələri tükənməzdən qabaq dəryalar tükənər və əgər onun misli ilə yardım gətirsək də». (110).De: «Həqiqətən, mən də sizin kimi bəşərəm. Mənə vəhy olunur ki, sizin Ilahiniz Vahid Ilahidir. Kim Rəbbinin görüşünə müraciət edirsə, gərək saleh əməl etsin və Rəbbinə ibadətdə bir kəsi Ona şərik qoşmasın!»
«Məryəm» surəsi (19)
(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Kəf. Ha. Ya. Ayn. Sad. (2).Sənin Rəbbinin rəhmətinin Öz bəndəsi Zəkəriyyəyə olan zikridir! (3).Onda nida etdi Rəbbini məxfi nida edərək. (4).Dedi: «Rəbbim! Mənim sümüklərim süst və zəif olub və başımın tükləri ağarıb. Olmamışam dua ilə Sənə, Rəbbim, məşəqqətli. (5).Və həqiqətən, xoflanıram özümdən sonrakı yaxınlarımdan və arvadım doğmaz oldu. Bəxş et mənə Öz tərəfindən vəliəhd! (6).O mənim varisim və Yəqub ailəsinin varisindən olsun və et onu Rəbbim, razı qaldıqlarından!» (7).«Ay Zəkəriyyə, Biz sənə qulamla bəşarət veririk ki, ismi onun Yəhyadır. Ondan qabaq bu ismi kimsə üçün etmədik!» (8).Dedi: «Rəbbim, necə mənim üçün qulam ola bilər? Bir surətdə ki, arvadım doğmaz oldu və özüm də böyüklükdən aciz olmuşam». (9).Dedi: «Belə buyurdu Rəbbin: «O Mənim üçün asandır. Mən səni xəlq etdim bundan qabaq və sən bir şey deyildin!» (10).Dedi: «Rəbbim, et mənim üçün bir ayət!» Dedi: «Sənin ayətindir ki, üç gecə insanlarla kəlmə kəsməyəcəksən səviyyəli olaraq!» (11).Və xaric oldu mehrabdan qoumuna tərəf və onlara vəhy etdi ki: «Saya salın Onu səhər və axşam!»
«Məryəm» surəsi (19) 12 -25 -ci ayətlər
(12).«Ay Yəhya, kitabdan qüvvətlə yapış!» Əta etdik ona hikməti uşaq ikən (13) və Öz tərəfimizdən rəhmət və paklıq və təqvalı oldu. (14).Valideynlərinə yaxşılıq edən idi və olmazdı zor edən, asi. (15).Və salam olsun üzərində onun o gün ki, doğuldu və o gün ki, vəfat edər və o gün ki, qaldırılar diri olaraq! (16).Və zikr et kitabda Məryəmi. Onda ki, çəkilib getdi əhlindən məkanın şərq tərəfinə. (17).Götürdü onlardan ayrılaraq pərdə. Göndərdik ona tərəf ruhumuzu və məsəldə onun üçün bəşər səviyyəsində. (18).Dedi: «Mən güvənirəm səndən Rəhmana, əgər sən təqvalısan!» (19).Dedi: «Həqiqətən, mən sənin Rəbbinin rəsuluyam hədiyyələndirmək üçün səni pak oğlanla!» (20).Dedi: «Necə mənim üçün oğlan ola bilər, bir halda ki, mənə toxunmayıb bəşər və mən əxlaqsız deyiləm». (21).Dedi: «Belə buyurdu sənin Rəbbin: “O Mənim üçün asandır. Və onu edəcəyik insanlar üçün ayət və Öz tərəfimizdən rəhmət!” Və əmr qəzavat olunub!» (22).Hamilə oldu ona və onunla uzaq məkana çəkildi. (23).Gətirdi onu doğuş əzabı xurma ağacı budağının altına tərəf. Dedi: «Ay kaş, ölmüş olsaydım bundan qabaq və unudulub yaddan çıxmış olardım!» (24).Onun alt tərəfindən nida gəldi: «Hüznlü olma! Əlbəttə, Rəbbin sənin altından bulaq etdi. (25).Silkələ üzərindəki xurma budağını, sənin üçün təzə və dəymiş töksün.
«Məryəm» surəsi (19) 26 -38 -ci ayətlər
(26).Ye və iç və işıqlansın gözlərin! Nə vaxt ki, gördün bəşərdən birini və de: “Mən nəzir demişəm Rəhman üçün yiməs və kəlmə kəsmərəm bu gün insan ilə!”» (27).Gəldi onunla qoumuna tərəf, daşıyaraq onu. Dedilər: «Ay Məryəm, əcəb bir şeylə gəlmisən! (28).Ay Harunun bacısı, olmadı sənin atan pis iş sahibi və olmadı anan əxlaqsız!» (29).Işarə etdi ona tərəf. Dedilər: «Necə kəlmə kəsmək olar o kəslə ki, beşikdə olan uşaqdır?» (30).Dedi: «Həqiqətən, mən bəndəsiyəm Allahın. Əta etdi O mənə kitabı və etdi məni nəbi. (31).Və mübarək etdi məni harada olsam və mənə vəsiyyət etdi islahatı və paklanmağı nə qədər ki, diriyəm (32) və anama yaxşılıq etməyi. Və etmədi məni zor edən, məşəqqətli. (33).Və salam olsun üzərimə o gün ki, doğuldum və o gün ki, vəfat edərəm və o gün ki, qaldırılaram diri halda!» (34).Budur Isa Məryəm oğlu, haqqın sözüdür – odur ki, onda şübhə edirlər. (35).Olmaz Allah üçün ki, götürsün Özü üçün övlad. Sübhandır O. Onda ki, qəzavat edir əmrə, ancaq deyir onun üçün: «Ol!» və olur. (36).Və həqiqətən, Allah Rəbbimdir və Rəbbinizdir və ibadət edin Ona. Budur düz yol! (37).Ixtilaf etdi dəstələr öz aralarında! Vay olsun o kəslərə ki, kafirdirlər əzəmətli günün şəhadətindən! (38).Eşidərlər onlar və görərlər o gündə ki, gələrlər Bizə tərəf! Lakin zalimlər o gün aşkar zəlalətdədirlər!
«Məryəm» surəsi (19) 39 -51 -ci ayətlər
(39).Və nəzərinə çatdır onların həsrət günündən. Onda qəzavat olunar əmr və onlar qəflətdədirlər və onlar inanmırlar. (40).Həqiqətən, Biz varisiyik ərzin və kim ki, üzərində vardır onun və Bizim tərəfimizə müraciət edərlər. (41).Və zikr et kitabda Ibrahimi. Həqiqətən, o, oldu siddiq, nəbi. (42).Onda atasına dedi: «Ay ata! Nə üçün ibadət edirsən ona ki, eşitmir və görmür və ehtiyacsız etmir səni şeynən? (43).Ay ata! Həqiqətən, gəldi mənə o elmdən ki, sənə gəlməyib və tabe ol mənə, hidayət edim səni yolun səviyyəlisinə! (44).Ay ata! Ibadət etmə şeytana. Həqiqətən, şeytan Rəhmana asi oldu! (45).Ay ata! Həqiqətən, xoflanıram ki, sənə əzab toxuna Rəhmandan və olasan şeytanın dostu!» (46).Dedi: «Ə, sən üz döndəribsən mənim ilahilərimdən, ay Ibrahim? Əgər əl çəkməyəsən, səni daşa basarıq. Bir müddət məndən uzaq ol!» (47).Dedi: «Salam olsun üzərində sənin! Istərəm sənin üçün Rəbbimdən bağışlanmaq. Həqiqətən, O mənə qarşı mehriban oldu. (48).Və mən uzaqlaşıram sizdən və Allahdan başqa çağırdıqlarınızdan. Çağırıram Rəbbimi, ola ki, Rəbbimi çağırmaqla məşəqqətli olmayım». (49).Amma elə ki, uzaqlaşdı onlardan və Allahdan başqa ibadət etdiklərindən, bəxş etdik onun üçün Ishaqı və Yəqubu və küllisini nəbilər etdik. (50).Və bəxş etdik onlar üçün Öz rəhmətimizdən və etdik onlar üçün uca olan doğru danışıq. (51).Və zikr et kitabda Musanı. Həqiqətən, o, oldu məxlus və oldu rəsul, nəbi.
Dostları ilə paylaş: |