«f a t I h ə» s u r ə s I (1)


«Gecə vaxtı seyr» surəsi (17) 67 -75 -ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə35/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8741
1   ...   31   32   33   34   35   36   37   38   ...   78

«Gecə vaxtı seyr» surəsi (17) 67 -75 -ci ayətlər

(67).Və onda ki, sizə dəryada zərər toxunur, Ondan başqa kimi ki, çağırırdınız itib aradan yox olur. Amma elə ki, sizə nicat verir quruya tərəf, siz üz döndərirsiniz. Həqiqətən, insan kafirdir! (68).Ə, məgər əmin oldunuz ki, O qurunun bir hissəsinə sizi uddurmaya, ya üzərinizə daş yağdıran külək göndərməyə? Sonra tapa bilməzsiniz özünüz üçün Bizə qarşı vəkil. (69).Yoxsa əmin oldunuz ki, sizi bir daha ora qaytarmaya və üzərinizə məhv edən külək göndərib küfrünüzə görə sizi qərq etməyə? Sonra tapa bilməzsiniz özünüz üçün Bizə qarşı itaət ediləsi birini. (70).Əlbəttə, Biz kəramətli etdik Adam oğullarını və onları quruda və dəryada daşıdıq və ruzi verdik onlara pak olanlardan və fəzilətli etdik onları fəzilətli xəlq etdiklərimizin əksəriyyəti üzərində. (71).O gün bütün insanları imamları ilə çağırarıq. Kimin yazısını sağ əlinə verələr, həmin onlar qiraət edərlər yazılarını və onlara xurma teli qədər zülm olunmaz. (72).Və kim bunda kor olarsa, o, axirətdə də kor olar və zəlil olar yoldan. (73).Yaxın idi səni sınağa çəksinlər ondan ki, sənə vəhy etmişik qeyrisini Bizə iftira edəsən və onda səni dost tutalar. (74).Əgər Biz səni sabit etməsəydik, yaxın idi onlara meyl edəsən şeynən az. (75).Onda Biz sənə daddırardıq iki dəfə həyatda və ölümdə. Sonra tapa bilməzsən özün üçün Bizə qarşı yardım edən.


«Gecə vaxtı seyr» surəsi (17) 76 -86 –cı ayətlər

(76).Yaxın idi götürsünlər səni ərzdən - xaric etmək üçün səni oradan. Onda qalardılar səndən sonra ancaq az - (77) səndən qabaq göndərdiyimiz rəsulların sünnətinə görə və sən Bizim sünnətimizdə dəyişiklik tapa bilməzsən. (78).Qalx islahat üçün şəms gecəyə bürünməyə meyl edəndən və Qur’anı fəcrdə. Həqiqətən, Qur’an fəcrdə müşahidə olunar! (79).Gecələr çalış onda özün üçün könüllü olaraq, ola bilsin ki, qaldırsın səni Rəbbin təriflənən məqama! (80).De: «Rəbbim! Daxil et məni sidqlə daxil etməklə və xaric et məni sidqlə xaric etməklə və et mənim üçün yanından sultan nəsir!» (81).De: «Haqq gəldi, batil aradan getdi, həqiqətən, batil aradan gedən olar!» (82).Nazil edirik Qur’andan nə ki, o şəfadır və rəhmətdir inananlar üçün. Zalimlərə xəsarətdən başqa bir şey artırmaz. (83).Onda ki, insana nemət verdik, üz döndərib və uzaq olar. Onda ki, ona şər toxunar, məyus olar. (84).De: «Külli öz şəklinə görə əməl edəcək və Rəbbiniz bilir kim hidayət yolundadır!» (85).Səndən sual edirlər Ruh haqqında, de: «Ruh Rəbbimin əmrindəndir və əta olunub sizə elmdən ancaq az!» (86).Əgər Biz istəyək apararıq onu ki, sənə vəhy etmişik. Sonra tapa bilməzsən özün üçün onunla Bizə qarşı vəkil,



«Gecə vaxtı seyr» surəsi (17) 87 -96 –cı ayətlər

(87) ancaq Rəbbindən olan rəhmətdir. Həqiqətən, Onun fəzli sənin üzərində böyükdür! (88).De: «Əgər insanlar və cinlər cəm ola ki, bu Qur’anın mislini gətirələr, onun mislini gətirə bilməzlər və əgər olsaydı bəzisi onların bəzisi üçün arxa». (89).Əlbəttə, Biz sərf etdik bu Qur’anda insanlar üçün külli məsəldən və insanların əksəriyyəti isə ancaq küfrə razı oldu. (90).Dedilər: «Sənə inanmarıq, ta bizə ərzdən bulaq çıxarmayınca, (91) ya sənin üçün xurma və üzüm cənnəti ola ki, cari olur arasından onun nəhrlər, (92) ya səmanın bir hissəsini bizim başımıza salasan nə qədər ki, deyirsən, ya Allahı və mələkləri dəstə-dəstə bizim müqabilimizə gətirəsən, (93) ya sənin üçün qızıl bəzəkli ev ola, ya səmaya çıxasan. Sənin səmaya çıxmağına da inanmarıq, ta bizə kitab nazil edəsən, onu qiraət edək». De: «Sübhandır Rəbbim! Məgər mən ancaq bəşər rəsul deyiləmmi?» (94).Mane oldu insanlara ki, iman gətirsinlər onda ki, gəldi onlara hidayət, ancaq ki, dedilər: «Ə, Allah bəşərimi rəsul qaldırdı?» (95).De: «Əgər ərzdə əmin-amanlıqla gəzənlər mələklər olsa idi, Biz nazil edərdik səmadan onlara mələk rəsul». (96).De: «Kafidir Allah ilə şahidlik mənim və sizin aranızda. Həqiqətən, O olar bəndələri ilə Xəbir, Bəsir!»



«Gecə vaxtı seyr» surəsi (17) 97 -104 -cü ayətlər

(97).Kimi Allah hidayət etdi və o, hidayət olunub. Kim ki, zəlalətə düşdü, tapa bilməzsən onlar üçün Onun əvəzinə dost. Və qiyamətin günü toplayarıq onları üzləri üstə kor və lal və kar halda. Onların sığınacağı yer cəhənnəmdir. Külli nə ki, sönməyə başlasa, artırarıq onların alovunu. (98).Bu, onların cəzasıdır, ona görə ki, onlar kafir oldular ayətlərimizlə Bizə və dedilər: «Ə, onda ki, biz sümüklər və ovuntu olduq, ə, həqiqətən, biz qalxıb yeni xəlqmi olacağıq?» (99).Ə, onlar görmədilər ki, Allah Odur ki, xəlq etdi səmaları və ərzi, qadirdir onların mislini xəlq etməyə və etdi onlar üçün əcəl ki, onda şübhə yoxdur? Zalimlər küfrdən başqa bir şey qəbul etməzlər. (100).De: «Əgər siz Rəbbimin rəhmət xəzinələrinin maliki olsaydınız, yenə infaq etməkdən çəkinərdiniz. Həqiqətən, insan simic olar!» (101).Əlbəttə, Biz əta etdik Musaya doqquz aydın ayət. Sual et Israil oğullarından, onda gəldi onlara, dedi Firaun ona: «Mən səni, ay Musa, sehrlənmiş zənn edirəm». (102).Dedi: «Bilirsən ki, nazil edib bunları ancaq səmaların və ərzin Rəbbi bəsirət olaraq və həqiqətən, mən səni, ay Firaun, məhv olmuş zənn edirəm». (103).Iradə etdi ki, onları ərzdən götürsün, Biz də qərq etdik onu və kim ki, onunla var idi, cəmiyyən. (104).Və dedik ondan sonra Israil oğullarına: «Ərzə sakin olun. Onda ki, gəldi axirət vədəsi, sizin hamınızı qarışmış halda gətirərik!»




«Gecə vaxtı seyr» surəsi (17) 105 -111 -ci ayətlər

(105).Və haqq ilə nazil etdik onu və haqq ilə nazil oldu. Və Biz səni göndərmişik ancaq bəşarət verən və nəzərə çatdıran. (106).Və Qur’anı hissələrə böldük ki, onu insanlara tədricən qiraət edəsən və nazil etdik onu nazil olan. (107).De: «Inanın onunla, ya inanmayın. Həqiqətən, o kəslərə ki, elm verilib ondan qabaq, onda ki, tilavat olunur onlara, xar olurlar çənələri üstə səcdə edərək (108) və deyirlər: «Sübhandır Rəbbimiz! Oldu vədi Rəbbimizin fəaliyyət olunan!» (109). və xar olurlar çənələri üstə ağlar halda və artırır onlara çəkinmələrini». (110).De: «Allah çağırın, ya Rəhman çağırın - hər hansını çağırasınız, Onun üçündür yaxşı adlar». Islahatınla səsini uca etmə və məxfi etmə və bu arada yol axtarıb get. (111).De: «Həmd Allah üçündür – Odur ki, Özünə övlad götürmədi və olmadı Onun üçün şərik mülkündə və olmadı Onun üçün dost zəlalətdən!» və ulu tut Onu ululuqla!




Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin