«f a t I h ə» s u r ə s I (1)


«Bal arısı» surəsi (16) 65 -72 -ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə32/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8741
1   ...   28   29   30   31   32   33   34   35   ...   78

«Bal arısı» surəsi (16) 65 -72 -ci ayətlər

(65).Və Allah nazil etdi səmadan su və diri etdi onunla ərzi ölümündən sonra. Həqiqətən, bunda eşidən qoum üçün ayətlər vardır. (66).Və həqiqətən, sizin üçün davarlarda ibrət var. Biz onun bətnində olan ifrazat və qanın arasından sizə xalis süd içirdirik ki, içənlər üçün çox yaxşıdır. (67).Və səməratından xurmanın və üzümün əldə edirsiniz məstedici içki və yaxşı ruzilər. Həqiqətən, bunda əql edən qoum üçün ayətlər var. (68).Vəhy etdi sənin Rəbbin bal arısına: «Dağlardan və ağaclardan və nədən ki, qururlar, evlər götür. (69).Sonra külli səməratdan ye və Rəbbinin yolunu asanlıqla tutub get!» Onların bətnlərindən müxtəlif rəngli içkilər xaric olur ki, onda insanlar üçün şəfa vardır. Həqiqətən, bunda təfəkkürlü olan qoum üçün ayətlər var. (70).Və Allah sizi xəlq edib, sonra sizə vəfat bağışlar. Sizdən eləsi var qaytarılır ömrünün elə rəzil çağına ki, elmdən sonra, bir şey bilmir. Həqiqətən, Allah Alimdir, Qadirdir! (71).Və Allah fəzilət verdi bəzinizə üzərində bəzinizin ruzilərdə. O kəslər ki, fəzilət sahibidirlər, öz ruzilərini əlləri altında olan qulluqçulara verməzlər ki, onlar onda bərabər olsunlar. Ə, Allahın nemətinəmi qarşı çalışırlar? (72).Və etdi Allah sizin üçün nəfsinizdən zövclər və etdi sizin üçün zövclərinizdən övlad və nəvələr və ruziləndirdi sizi paklıqla. Ə, onlar batilə inanıb və Allahın nemətinə kafirmi olurlar?




«Bal arısı» surəsi (16) 73 -79 -cu ayətlər
(73).Və Allahdan başqalarına ibadət edirlər ki, malik deyillər bir şeylə səmadan və ərzdən onlar üçün ruzi verməyə və bacarmazlar da. (74).Allaha məsəl vurmayın. Həqiqətən, Allah bilir və siz bilmirsiniz. (75).Allah məsəl vurur bir bəndəni – köləni, bir şey üzərində qüdrəti yoxdur və bir kəsi ki, Biz ona yaxşı ruzi vermişik və o, infaq edir ondan sirli və aşkar. Ə, məgər onlar bərabərdirmi? Həmd Allah üçündür. Bəli, onların əksəriyyəti bilməz! (76).Və məsəl vurur Allah iki kişini. Onlardan biri laldır, bir şey üzərində qüdrəti yoxdur və o, ağasının üzərində yükdür. Onu hara göndərsə, xeyirlə gəlməz. Məgər bərabərdirmi o kəslə ki, əmr edir ədalətlə və o, düz yolun üzərindədir? (77).Və Allah üçündür səmaların və ərzin qeybi. Və saatın əmri ancaq bir göz qırpımı, ya daha yaxındır. Həqiqətən, Allah üzərində külli şeyin Qadirdir! (78).Və Allah sizi analarınızın bətnindən xaric etdi o halda ki, bir şey bilmirdiniz. Etdi sizin üçün qulaq və göz və könül, ola ki, şükr edənlər olasınız. (79).Ə, görmürlərmi quşları, ram olublar səmanın havasında? Onları saxlayan ancaq Allahdır. Həqiqətən, bunda inanan qoum üçün ayətlər var!


«Bal arısı» surəsi (16) 80 -87 -ci ayətlər

(80).Və Allah etdi sizin üçün evlərinizi məskən və etdi sizin üçün davarların cildlərindən evlər, ta yüngül olsun köç edən gündə və bir yerdə dayanan gündə. Onun yunundan və tükündən və qılından mənzil əsası və mətah var müəyyən vaxtadək. (81).Və Allah etdi sizin üçün xəlq etdiyindən kölgəlik və etdi sizin üçün dağlardan məkanlar və etdi sizin üçün geyimlər ki, sizi istidən qorusun və geyimlər ki, sizi bir-birinizin basqısından qorusun. Belə tamam etdi nemətlərini sizin üzərinizdə, ola ki, təslim olasınız. (82).Və əgər üz döndərdilər, həqiqətən, sənin vəzifən aşkar təbliğdir. (83).Onlar Allahın nemətini tanıyırlar, sonra onu inkar edirlər və onların əksəriyyəti kafirdir. (84).O gün külli ümmətdən şahid qaldırarıq, sonra o kəslər ki, kafirdirlər, onlara izn verilməz və onların qayıtmaları da qəbul olunmaz. (85).Onda ki, görərlər o kəslər ki, zalimdirlər, əzabı - xəfif olmaz onlardan və onlar nəzərə alınmazlar. (86).Onda ki, görərlər o kəslər ki, müşrikdirlər, öz şəriklərini, deyərlər: «Rəbbimiz, bunlar bizim şəriklərimizdir - o kəslərdir ki, Səndən başqa çağırırdıq!» Və qaytarılar onlara söz: «Həqiqətən, siz yalançısınız!» (87).O gün onlar Allaha təslim olarlar və zəlil olar onlardan iftira etdikləri!



«Bal arısı» surəsi (16) 88 -93 -cü ayətlər

(88).O kəslər ki, kafirdirlər və Allahın yolundan sədd çəkirlər, artırarıq onlara əzab fövqünə əzabın nə ilə ki, oldular fəsad edənlər! (89).O gün qaldırarıq külli ümmətdə onların üzərinə öz nəfslərindən şahidlər və Biz gələrik səninlə şahid üzərinə bunların. Nazil etdik sənin üzərinə kitabı ki, külli şeyi bəyan edəndir və hidayətdir və rəhmətdir və bəşarətdir təslim olanlar üçün. (90).Həqiqətən, Allah əmr edir ədalətlə və yaxşılıqla və yaxınlara əta etməyi. Qadağan edir fahişəliyi və bəyənilməyən işi və zülm etməyi. O sizə nəsihət verir, ola ki, zikr edəsiniz. (91).Onda ki, Allahla əhd bağladınız, əhdinizə vəfa edin və öz andınızı sındırmayın ondan sonra ki, möhkəm edibsiniz, çünki Allahı öz üzərinizdə kifil qərar veribsiniz. Həqiqətən, Allah sizin nə əməl etdiyinizi bilir! (92).Olmayın o qadın kimi ki, əyirdiyi ipi toxuyub möhkəm edəndən sonra açıb dağıdır. Siz də öz andlarınızı yalana çevirib öz aranızda işlədirsiniz ki, bir ümmət o biri ümmətdən artıq olsun. Allah sizi onunla imtahan edir. Qiyamət günü sizin üçün bəyan edəcək nə ki, oldunuz onda ixtilaflılar. (93).Əgər Allah istəsəydi sizi vahid ümmət edərdi. Lakin zəlalətdə tərk edir kimi istəsə və hidayət edir kimi istəsə və sual olunacaqsınız nədən ki, oldunuz əməllilər!



«Bal arısı» surəsi (16) 94 -102 -ci ayətlər

(94).Və andlarınızı yalana çevirib öz aranızda işlətməyin, ta qədəmləriniz sabit olandan sonra büdrəyər və Allahın yolundan sədd çəkdiyinizə görə dadarsınız pisliyi və sizin üçün əzəmətli əzab var! (95).Və Allahın əhdini az qiymətə satmayın. Həqiqətən, Allah yanında olan sizin üçün xeyirlidir, əgər biləsiniz! (96).Nə ki, sizin yanınızda var, tükənər və nə ki, Allah yanındadır, baqidir. Biz cəzalandırarıq o kəsləri ki, səbr edirlər, əcrlərinə görə yaxşılıqla nə ki, oldular əməllilər. (97).Kimin əməli islahat ola - kişi və ya qadın - və o inanan ola, Biz ona pak həyat bəxş edərik və cəzalandırarıq onları əcrlərinə görə yaxşılıqla nə ki, oldular əməllilər. (98).Onda ki, Qur’an qiraət edirsən, güvən Allah ilə, müraciət etmiş şeytandan. (99).Həqiqətən, yoxdur onun sultanlığı üzərində o kəslərin ki, iman gətiriblər və Rəblərinə təvəkkül edirlər. (100).Həqiqətən, onun sultanlığı üzərindədir o kəslərin ki, onu özlərinə dost tuturlar və o kəslər ki, onunla şərik qoşurlar. (101).Onda ki, Biz bir ayəti başqa ayətlə dəyişirik – Allah bilir nə nazil edir – deyirlər: «Həqiqətən, sən iftira edənsən!» Bəli, əksəriyyəti onların bilməz! (102).De: «Nazil etdi onu Müqəddəs Ruh sənin Rəbbindən haqq ilə, sabit etmək üçün o kəsləri ki, iman gətiriblər və hidayətdir və bəşarətdir təslim olanlar üçün!»



Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin